Rusiyanın “Lenta.ru” portalının verdiyi xəbərə görə, həkim, tibb verilişinin aparıcısı Aleksandr Myasnikov "Ən vacib olan" verilişində populyar ağrıkəsicilərin ölümcül təhlükəsindən danışıb. Mütəxəssis deyib ki, bu cür dərmanların mədə üçün son dərəcə zərərli olduğu üçün istifadəsi tövsiyə olunmur. Bundan əlavə, steroid olmayan antiinflamatuar dərmanlar qanaxmaya səbəb ola bilər. Myasnikov əməliyyat otağında kəskin mədə qanaxmasından ölən 40 yaşlı xəstənin vəziyyətini xatırladıb. Sonra anlaşılıb ki, mərhum ayağındakı ağrı səbəbindən gündə yeddi tabletə qədər içdiyi dərman mədə xorasına səbəb olubmuş.
Myasnikov onu da əlavə edib ki, qeyri-steroid antiinflamatuar dərmanlar infarkt və insultun əsas səbəbidir. Həkim 65 yaşdan yuxarı insanlara ürək xəstəliyindən, o cümlədən ürək çatışmazlığından əziyyət çəkənlərə belə dərmanların qadağan edildiyini bildirib: “Hər hansı bir həb potensial zərər verə bilər. Dərman və zəhər yalnız dozaları ilə fərqlənir”.
- Oxunub: 4290 |
- Tarix: 02-03-2021 |
-
Çap et |