Ana səhifə »  Xəbər lenti »  Xalq öz Lideri ilə tanınar
A+   Yenilə  A-
Xalq öz Lideri ilə tanınar

Vətənpərvərlik, Vətənə, torpağa, xalqa bağlılıq duyğular duyğusudur. İnsanı zirvələrə, səmalara yüksəldir. Bütün qəlbinlə qəhrəmanlığa, fədakarlığa, məğlubedilməzliyə köklənirsən. Özünə inamın artır. Başlıcası isə mənsubiyyətinlə öyünürsən, haradan gəlib, hara getdiyini bilirsən.

Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Cavad xan, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur  soydaşlarımızın, həmçinin  çağımızın milli qəhrəmanlarının nümunəsi xalqımızın əzəli cəngavərliyinin əlvan tablolarıdır. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn Vətən müharibəsi qəhramanlarından biri olan Xudayarın Vətən haqqında mahnısı hər bir azərbaycanlı üçün ana laylası qədər müqəddəs və şirindir.

Türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərləri, vətənpərvərlik tərbiyəsini hər bir zaman üçün vacib amil sayırdı. Unudulmaz dahi şəxsiyyətin bu barədə söylədiyi qanadlı fikirlər daim duyğu və düşüncələrimizin səmasında pərvaz edir, ürəklərimizin ən dərin guşələrinə şölə saçır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Əsrlərin o üzündən gələn bir deyim var: “Torpağı qoruyarsan, Vətən olar, qorumazsan, kəfən”. Vətənə sədaqət  ən çətin anlarda belə adamların qüvvələrini azadlıq uğrunda mübarizəyə səfərbər edir. Vətən sevgisi, yurd təəssübü gənc nəslin milli mənlik şüurunun inkişafında əsas aspektləri müəyyənləşdirir.

Ümummilli liderin layiqli davamçısı,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətənpərvərliyi gənclər üçün parlaq nümunədir. Nəbzi daim Vətənin nəbzi ilə vuran dövlət başçımızın 18 il əvvəl hakimiyyətə gəldiyi ilk gündən qarşıya qoyduğu əsas vəzifələrdən biri torpaqlarımızı işğaldan qurtarmaq, yurd-yuvalarından didərgin salınmış soydaşlarımızı öz ata-baba torpaqlarına qaytarmaq və hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması olmuşdur. 

Vətənpərvərlik konkret əməli işə söykənəndə, fədakar addımlarla müşayiət olunanda daha möhtəşəm təsir bağışlayır. İlham Əliyev məhz belə böyük vətənpərvərdir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşinin cəbhənin təmas xəttindən alınaraq Vətəndə torpağa tapşırılması, Macarıstanda bizim dövlət bayrağımızı təhqir etdiyinə görə erməni zabitini ölümlə cəzalandırmış Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və dərhal azad edilərək dövlət təltifinə layiq görülməsi,... bu kimi digər faktlar hər birimizin qəlbini sonsuz vətənpərvərlik duyğuları ilə coşdurmuşdur.

Ötən ilin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti özünün daha bir yüksək keyfiyyəti ilə dünyanı heyrətləndirdi. Beynəlxalq təzyiqlərə və təhdidlərə baxmayaraq özünün uzaqgörənlik qabiliyyəti ilə yanaşı Ali Baş Komandan kimi sərkərdəlik bacarığını nümayiş etdirdi. Məhz bu bacarıq, düşünülmüş, düzgün qərarlar nəticəsində hazırlanan hərbi əməliyyatlar müharibənin gedişində uğurlarımızın əsasını təşkil etdi.

Çətin günlərdə insan bir daha dostunu, düşmənini tanıyır. Hər bir zaman qardaş ölkə olduğunu sübut edən Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycana dəstək və  həmrəylik nümayiş etdirməklə təkcə regionda deyil, dünyada söz sahibi olan ölkə  olduğunu sübut elədi. Bu qardaşlıq, mənəvi dəstək, həmrəylik və birlik müharibədən sonrakı dövrdə bölgədə sülhə nəzarət olunmasında və azad olunmuş torpaqlarda abadlıq-quruculuq işlərində uğurla davam etdirilir.

Abadlıq-quruculuq işləri isə dövlətimizin son illərdə həyata keçirdiyi islahatların davamı kimi əldə olunmuş yüksək təcrübə əsasında həyata keçirilir. XXI əsrin əvvəllərindən başlayaraq dünyanı bürüyən iqtisadi böhran inkişaf etmiş ən iri dövlətlərin yaşam tərzinə, fəaliyyətinə mənfi təsir göstərsə də, Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın bütün ölkələrini qabaqlayaraq dünyanı heyrətləndirməyi bacardı. Ölkədə aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən sosial layihələrin əsasında isə Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması durur. Layihələr Bakının ən gənc rayonu olan Pirallahı rayonunda da yüksək səviyyədə icra olunur. Yarandığı 8 il ərzində rayonun ictimai siması əsaslı şəkildə dəyişmişdir. Əsasən neft rayonu olan Pirallahı rayonunun yaradılması ölkə başçısı İlham Əliyevin fədakar neftçi əməyinə verdiyi qiymətdir. İlk öncə infrastruk layihələrin, enerji təminatının keyfiyyətinin artırılması istiqamətində aparılan işlər yerli sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına və rahatlığına səbəb oldu. Rayonun Bakının mərkəzi birləşdirən magistral yol xəttinin müasir standartlara uyğun çəkilişi ilə yanaşı rayon mərkəzi olan Pirallahı qəsəbəsini quru ilə birləşdirən körpünün salınması rayonda aparılan abadlıq-quruculuq işlərinin sürətlə həyata keçirilməsi üçün geniş imkanlar yaratdı. Yerli sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün məhəllədaxili istirahət guşələrinin və parkların salınması xüsusən yaşlı nəsil tərəfindən böyük sevinclə qarşılandı. Yarandığı ilk vaxtlardan  rayon əhalisinin içməli su ilə fasiləsiz olaraq təminatı rayonda həyat səviyyəsinin yüksəldilməsi və əhalinin içməli su ilə bağlı mövcud olan probleminin aradan qaldırılmasına səbəb oldu. 4 tərəfdən su ilə əhatə olunan Pirallahı qəsəbəsi müasir görkəmi ilə rayona gələnləri valeh edir. Qəsəbənin hər bir küçəsi mərkəzləşdirilmiş kanalizasiya xətti və su xətti ilə təmin olunmaqla yanaşı asfalt yollarla mərkəzi magistral yola birləşdirilmişdir. Abadlıq-quruculuq işləri çərçivəsində rayon mərkəzi olan Pirallahı qəsəbəsinin ayrı-ayrı yerlərində istirahət guşələri, uşaqların əylənməyi üçün xüsusi yerlər ayrılmışdır. Yaşıllıqların artırılması ekoloji durumun yaxşılaşdırılması ilə yanaşı günü gündən inkişaf edən rayonumuza xüsusi estetik gözəllik bəxş edir.

Görülən işlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinin  uğurlarından rayon əhalisinin bəhrələnməsi kimi qiymətləndirilə bilər. Rayonda işsizliyin aradan qaldırılması, rayon iqtisadiyatının inkişaf etrilməsi üçün Pirallahı rayonunda yaradılmış Sənaye Parkı və Yüksək Texnologiyalar Parkında istifadəyə verilən sənaye müəssisələri rayonda yerli əhalinin işlə təminatında mühüm rol oynamışdır. Ərazi və əhali sayına görə kiçik bir rayonda abadlıq-quruculuq işlərinin həcmi və sürətlə həyata keçirilməsi ölkə başçısının diqqətindən kənarda qalmamışdır. Fəxrlə qeyd etmək istərdim ki, yarandığı 8 il müddətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin biri Birinci vutse-prezident Mehriban xanım Əliyeva olmaqla 7 dəfə rayonumuza səfəri rayon ictimaiyyətinə göstərilən xüsusi diqqətin nəticəsidir.

Rayon ictimaiyyəti də ölkə başçısının xarici və daxili siyasətinə dəstək olaraq daim  çağırışlara ilk qoşulanlar sırasındadır.  Hər bir azərbaycanlı kimi rayon ictimaiyyətinin nümayəndələri də gözəl anlayır ki, hər bir xalqın dünya birliyinə sürətlə intreqrasiyasının kökündə, uğurlu daxili və xarici siyasətində, vətəndaşının sosial rifah halının yüksəldilməsinin əsasında onun liderinin düşünülmüş, uzaqgörən siyasəti, əzmkarlığı, qətiyyəti, siyasi təcrübəsi dayanır. Ulu Tanrının Azərbaycan xalqına hədiyyəsi Heydər Əliyev idisə, Heydər Əliyevin xalqımıza töhfəsi İlham Əliyev cənablarıdır. Hər bir azərbaycanlı öz liderinə olan sevgi və inamını Vətən müharibəsi dövründə göstərdiyi həmrəyliklə nümayiş etdirdi. Azərbaycanın hər bir bölgəsində olduğu kimi rayonumuzun əli silah tuta biləcək yüzlərlə sakini döyüşlərin ilk günündən ölkə başçısına müraciət edərək torpaqlarımızın azadlığı uğurunda gedən haqq-ədalət savaşında iştirak etmək arzusunda olduqlarını bildirdilər. Vətən müharibəsindəki Zəfər Qələbəmiz bir daha sübut etdi ki, xalqın seçimi olan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bundan sonra da dünyaya günəş kimi doğacaq, təkcə regionun deyil, dünyanın ən inkişaf etmiş bir ölkəsinə çevriləcək.

İlqam Əskərov,

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının aparat rəhbəri

 
  • Oxunub:  2370  |  
  • Tarix:  02-03-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir

21 Aprel 21:07
Dunya Miyatoviş: Müharibə dayanıb, indi gələcəyə baxmalı və barışıq haqqında düşünməliyik
21 Aprel 20:56
İndoneziya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində aparılan işlərdə iştirak etmək arzusundadırlar
21 Aprel 18:53
Yevlaxda “Hər bir canlının yuvaya ehtiyacı var” adlı ekoloji aksiya keçirilir
21 Aprel 18:38
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələsi icra olunub
21 Aprel 18:33
Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələrinin onlayn təqdimatı olub
21 Aprel 18:25
MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclası keçirilib
21 Aprel 18:06
Anar Məmmədov: Yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir
21 Aprel 17:55
Milli Məclisin deputatı Hikmət Babaoğlu seçicilərinin növbəti qəbulunu keçirib
21 Aprel 17:50
Sahibkar xanımlar Ağdamda səfərdə olublar
21 Aprel 17:38
YAP Cəbrayıl rayon təşkilatının üzvləri şəhid Zamin Rəhimovun məzarını ziyarət ediblər
21 Aprel 17:28
Milli Məclisin sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
21 Aprel 17:24
Bakı və İzmir təhsil idarələri arasında onlayn görüş
21 Aprel 17:12
Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
21 Aprel 17:09
Avronest PA-nın 9-cu sessiyası başa çatıb
21 Aprel 16:59
Gün ərzində Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 14 min 680 doza vaksin vurulub
21 Aprel 16:57
Pərvin Kərimzadə: İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir
21 Aprel 16:54
Azərbaycan ilə Meksika arasında turizm sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə edilib
21 Aprel 16:52
SOCAR-ın mədən ərazilərində 135 mindən çox ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir
21 Aprel 16:44
YAP Suraxanı rayon təşkilatı şəhid anaları ilə görüş keçirib
21 Aprel 16:42
Azərbaycanda koronavirusa 2075 yeni yoluxma faktı qeydə alınıb
21 Aprel 16:35
Əliabbas Salahzadə: Regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetirilir
21 Aprel 16:28
Deputat: Ölkəmizdə regionların sosial-inkişafı istiqamətində formalaşdırılan strategiya özünü tam doğrultmaqdadır
21 Aprel 16:27
Brest və Minsk şəhərlərinin faşist işğalından azad edilməsində azərbaycanlılar yaxından iştirak edib
21 Aprel 16:19
AŞPA-nın komitə iclasında ətraf mühitin qorunması ilə bağlı Azərbaycanın təcrübəsindən bəhs olunub
21 Aprel 16:16
Yeniyetmələrin XV Avropa Gənclər Qış Olimpiya Festivalı yenidən təxirə salınıb
21 Aprel 16:14
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanır
21 Aprel 15:58
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunacaq
21 Aprel 15:57
Avropa Olimpiya Komitəsinin saytında azərbaycanlı gimnastın qələbə əzmindən bəhs edən məqalə yer alıb
21 Aprel 15:39
“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək
21 Aprel 15:23
Fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4 faizi kommersiya qurumlarıdır
21 Aprel 15:17
Rəcəb Tayyib Ərdoğan: AKP-nin hakimiyyəti dövründə Türkiyənin valyuta ehtiyatları dəfələrlə artıb
21 Aprel 15:11
YAP Sədrinin müavini Əli Əhmədov İCAPP-ın tədbirində iştirak edib
21 Aprel 15:07
Ramanıda 40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olunub
21 Aprel 15:00
Deputat: Hacıqabulda sənaye məhəlləsinin yaradılması sənayeləşməyə dövlət dəstəyinin təzahürü kimi xarakterizə olunmalıdır
21 Aprel 14:58
Qubadakı Qırmızı Qəsəbədə yeni turizm məlumat nişanları quraşdırılıb
21 Aprel 14:49
Deputat: Azərbaycan döyüş meydanında olduğu kimi, bütün siyasi arenalarda da Ermənistan üzərində qələbə əldə edib
21 Aprel 14:38
Kamal Cəfərov: Ermənilər Hərbi Qənimətlər Pakını həzm edə bilmirlər
21 Aprel 14:31
Vladimir Putin: Dünya səhiyyəsi inqilab ərəfəsindədir
21 Aprel 14:03
Sevinc Fətəliyeva: Ermənistanda və xaricdə bu ölkəni üçtərəfli Bəyanatı yerinə yetirməkdən yayındırmaq üçün süni maneələr yaratmaqda maraqlı dairələr var
21 Aprel 13:56
Türkiyə Silahlı Qüvvələri tərəfindən bu il 836 terrorçu zərərsizləşdirilib
21 Aprel 13:53
Aqroparkların yaradılması kəndlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına və məşğulluğunun artmasına xidmət edir
21 Aprel 13:47
Bakının və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir
21 Aprel 13:45
Deputat: Hacıqabuldakı Sənaye Məhəlləsi, aqroparklar Azərbaycanın postpandemiya dövrü üçün yeni inkişaf mərhələsinin mənzərəsidir
21 Aprel 13:43
Rafael Hüseynov: Əsassız arqumentlərlə Ermənistanı müdafiə etməyə çalışanlar yaxşı olardı ki, dostlarını düz yola dəvət etsinlər
21 Aprel 13:24
YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Türkiyəli qonaqlar Şəhid ailələrini ziyarət ediblər
21 Aprel 13:15
Hacıqabulda yeni məktəb binasının tikintisinə ilkin olaraq 1,5 milyon manat ayrıldı -SƏRƏNCAM
21 Aprel 13:09
Prezident İlham Əliyev Hacıqabulda yol tikintisinə ilkin olaraq 5 milyon manat ayırıb
21 Aprel 13:08
DİN: Gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılıb
21 Aprel 12:57
Milli Məclisin deputatı: AŞPA Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu
21 Aprel 12:53
Dmitri Savelyev: Prezident İlham Əliyevin göstərdiyi nümunələr Azərbaycanın sülhsevərliyinə dəlalət edir
21 Aprel 12:40
Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulur
21 Aprel 12:33
Nikol Paşinyan etiraz aksiyası səbəbindən Mehri şəhərini tərk edib
21 Aprel 12:30
Sevinc Hüseynova: Bakıdakı Hərbi Qənimətlər Parkı möhtəşəm Qələbəmizi tərənnüm edir
21 Aprel 12:22
Çin-Azərbaycan istiqamətində ikinci konteyner blok qatarı Bakıya çatıb
21 Aprel 12:12
Deputat: Sənaye məhəllələrinin yaradılması ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılmasına xidmət edir
21 Aprel 11:54
Hacıqabulda yaradılan aqroparklar ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir
21 Aprel 11:37
Leyla Abdullayeva: Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir
21 Aprel 11:24
Daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib
21 Aprel 11:12
Müdafiə Nazirliyi Qubadlı rayonunun Ulaşlı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
21 Aprel 10:56
Aprelin 5-dən 11-dək Azərbaycanda COVID-19-a 15 min 258 yoluxma faktı qeydə alınıb
21 Aprel 10:52
Sabah 9 minə yaxın şagird buraxılış imtahanı verəcək
21 Aprel 09:09
Müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev ideyaları əsasında inkişaf edir
21 Aprel 09:06
Akademik Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına böyük töhfələr verib
21 Aprel 09:03
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
21 Aprel 09:02
Məzahir Bayramov: Azərbaycan regionda yeni əməkdaşlıq imkanları yaradıb
21 Aprel 09:01
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər
21 Aprel 08:58
Tahir Kərimli: Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə BMT-nin müvafiq qətnamələrinin icrasına nail oldu
21 Aprel 08:57
Abutalıb Səmədov: Münaqişə həll olunduqdan sonra Minsk qrupunun fəallaşmaq cəhdi bir çox suallar doğurur
21 Aprel 08:56
Elşad Musayev: Hərbi Qənimətlər Parkı gələcək nəsillər üçün Azərbaycanın hərb tarixi muzeyi rolunu oynayacaq
21 Aprel 08:55
Əlisahib Hüseynov: Azərbaycan yeni əməkdaşlığa tam hazırdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+12 +14