Rusiyanın “Lenta.ru” portalının “Times of India” jurnalına istinadən verdiyi xəbərə görə, dietoloq Pooja Maxija orqanizmin şəkərə olan tələbatına qarşı asan bir üsul təklif edir. Sağlam qidalanma prinsiplərinə dair bir neçə kitabın müəllifi olan mütəxəssisin sözlərinə görə, şirin yemək arzusu bədəndə zülal çatışmazlığından qaynaqlanır: “Hər dəfə şəkərə tələbat yaranarsa, deməli, bədəniniz zülal tələb edir. Buna görə də, səhər yeməyi, nahar və şam yeməyində kifayət qədər zülal qəbulu vacibdir”.
Dietoloq deyib ki, zülalla zəngin qidalar yemək doyma hormonu olan leptin istehsalını təhrik edir və yaxşı qidalanmış bir insan daim şirin qida yemək istəmir.
- Oxunub: 2400 |
- Tarix: 02-03-2021 |
-
Çap et |