Ana səhifə »  Xəbər lenti »  Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır
A+   Yenilə  A-
Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır

Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında 4 saatdan artıq müddətdə canlı yayımla dünyanın 35 ölkəsini təmsil edən 50-dən çox jurnalistin suallarını fasiləsiz cavablandırdı.

Məhz Xocalı faciəsi qurbanlarının anım günündə soyqırımı həqiqətlərinin dövlətimizin başçısı tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılması, erməni faşizminin təkzibolunmaz faktlarla ifşasının nüfuzlu KİV-lərin manşet xəbərlərində tirajlanması informasiya cəbhəsində növbəti böyük uğur olaraq, ilk növbədə, beynəlxalq ictimaiyyətin Azərbaycana artan diqqətindən xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əli Hüseynli deyib.

Deputat bildirib ki, media nümayəndələrinin Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərdə Azərbaycana vurduğu ziyan və bu cinayətə görə cəza perspektivləri barədə sualları xüsusi maraq doğurur.

Bildiyiniz kimi, erməni varvarları zəbt etdikləri Qarabağ torpaqlarını viran qoyub, bütün infrastrukturu məhv edib, evləri, binaları talayaraq yerlə yeksan etmiş, xalqımızın tarixi, mədəni və mənəvi irsinə ağır zərbə vurublar. 100 min hektar kənd təsərrüfatı təyinatlı münbit torpaqlar, 54 min hektar ərazidə meşə fondu məhv edilib, bölgə ekoloji fəlakət həddinə çatdırılıb. Bu vandallıq hətta 10 noyabr üçtərəfli Bəyanatın qəbul olunmasından sonra da davam etmişdir. Vurulmuş ziyanın həcmi 100 milyardlarla ölçülür.

Görünən odur ki, başı daxili çəkişmələrə qarışmış məğlub Ermənistan hakimiyyəti bu hərbi cinayətlərin dairəsini hələlik tam təsəvvür edə bilmir. Amma bütün əvvəlki oxşar hərbi cinayətlərin araşdırılması göstərir ki, söhbət böyük məbləğdə təzminat tələbindən gedir. Artıq dünyanın aparıcı media qurumları da Ermənistan tərəfindən barbarcasına dağıdılan şəhərlərimizi Xirosima ilə müqayisə edirlər, onları “ruhlar şəhəri” adlandırırlar. Bu, məhz hərbi cinayətin miqyasını göstərən müqayisələrdəndir. Mətbuat konfransının gedişində Prezident İlham Əliyev bu məsələyə münasibətini açıqlayaraq söylədi: “Bütün dünya bunu gördü. İkinci Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazilərimizin, ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl real sifətini gördü. Biz, əlbəttə ki, bütün dəymiş ziyanı hesablamalıyıq və hesablayırıq. Mənim göstərişimlə indi Azərbaycanın müvafiq qurumları video, foto çəkilişlər aparırlar, dron çəkilişləri aparılır. Dəymiş bütün ziyan hesablanacaq. Dağılmış bütün evlərin protokollaşdırılması işlərinə start verilib ki, vətəndaşlar fərqi qaydada dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrə, ilk növbədə, Azərbaycan məhkəmələrinə və sonra beynəlxalq məhkəmələrə müraciət etsinlər”.

Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanması ciddi ziyan kimi hesablanmalıdır. Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun birbaşa etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac yaranır. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin dediyi kimi, bununla bağlı işlər bir neçə istiqamətdə və mərhələdə reallaşacaq: “İkinci mərhələdə, - artıq bu sahədə də işlər başlanıb, müvafiq sənədlər imzalanıb, - buna oxşar münaqişələrdə dəymiş ziyanın hesablanması üçün təcrübəsi olan beynəlxalq şirkətlərlə də sənədlər imzalanıb, onlar yaxın gələcəkdə Azərbaycana gələcəklər. Əlbəttə ki, onlar özləri tədqiqatlar aparacaqlar, ancaq biz də onları lazım olan materiallarla təmin edəcəyik. Bu beynəlxalq şirkətlərin bu sahədə təcrübəsi var və dəymiş ziyanın ödənilməsi, təzminatın ödənilməsi üçün əlbəttə ki, beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq”.

Təbii resurslarımızı icazəsiz istismar edən xarici şirkətlərin də məsuliyyətə cəlb edilməsi gündəlikdədir. Bu, beynəlxalq cinayətdir. Prezident İlham Əliyev açıqladı ki, artıq bu cinayəti törətmiş bəzi qurumların məsuliyyətə cəlb edilməsi üçün ilkin hazırlıq işləri aparılıb: “Mən bu məsələ ilə bağlı bir-iki dəfə öz sözümü demişəm, bir daha demək istəyirəm ki, ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, kompensasiya verəcəklər, ya da ki, məhkəməyə gedəcəklər. Məhkəməyə getdikləri təqdirdə, tam əminəm ki, məhkəmədə onlar uduzacaqlar, eyni zamanda, dünya miqyasında biabır olacaqlar. Çünki başqa ölkədə qanunsuz işlərlə məşğul olmaq, qanunsuz sahibkarlıqla məşğul olmaq, o ölkənin təbii sərvətlərini talamaq cinayət sayılır. Bu şirkətlərin beynəlxalq reputasiyasına da çox ciddi ziyan dəyəcək”.

Bu cinayət əməllərinin mühakiməsi ilə bağlı perspektivlərə gəldikdə, ölkə rəhbəri dünya ictimaiyyətinə və beynəlxalq hüquq institutlarına çağırış edərək, onları bu məsələdə ədalətli və obyektiv olmağa dəvət etdi: “İndi beynəlxalq məhkəmələrdə buna nə dərəcədə reaksiya veriləcək? O, işin ikinci məsələsidir. Burada, əlbəttə ki, əsas məsələ obyektivlikdir. Əgər obyektiv yanaşma olsa, əlbəttə ki, onlar bu təzminatı ödəməli olacaqlar. Biz, eyni zamanda, beynəlxalq praktikaya da nəzər saldıq. Xarici İşlər Nazirliyinə tapşırıq verildi və artıq bu günlərdə mənə məlumat verildi, presedentlər necə olub, bu presedentlər var. O qədər də çox deyil, amma var. Burada, əlbəttə, hər bir presedent bizim tərəfimizdən təhlil edilməlidir ki, bunun təməlində nələr dayanır? Obyektivlik, yoxsa ki, siyasi sifariş? Çünki sirr deyil ki, beynəlxalq məhkəmə sistemi də siyasi təzyiqdən azad deyil və bəzi hallarda siyasi sifarişlər də yerinə yetirilir. Ona görə hər şey bundan asılı olacaq. Hər halda, biz öz üzərimizə düşən missiyanı yerinə yetiririk və yaxın zamanlarda dolğun hesabat hazırlanacaqdır”.

Prezident İlham Əliyevin hələ ötən il noyabrın 6-da imzaladığı “Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncama uyğun olaraq Dövlət Komissiyası və müxtəlif regionlar üzrə yaradılmış 9 işçi qrupu bu istiqamətdə fəaliyyətini davam etdirir.

Digər tərəfdən, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası müstəqil dövlət olaraq bir sıra beynəlxalq müqavilələrə, o cümlədən müvafiq beynəlxalq konvensiyalara qoşulmuş, öz milli qanunvericiliyini məhz beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşdırmışdır. 1998-ci il aprelin 10-da “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Bu qanun tarix və mədəniyyət abidələrinin mühafizəsi, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir.

Beləliklə, həm milli qanunvericilik səviyyəsində, həm də beynəlxalq hüquq normaları baxımından yetərincə imkanların mövcudluğu təzminatla bağlı məsələlərin həlli prosesində Azərbaycan tərəfinin nikbinliyi artıran ən vacib amildir.

 
  • Oxunub:  2760  |  
  • Tarix:  02-03-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir

21 Aprel 21:07
Dunya Miyatoviş: Müharibə dayanıb, indi gələcəyə baxmalı və barışıq haqqında düşünməliyik
21 Aprel 20:56
İndoneziya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində aparılan işlərdə iştirak etmək arzusundadırlar
21 Aprel 18:53
Yevlaxda “Hər bir canlının yuvaya ehtiyacı var” adlı ekoloji aksiya keçirilir
21 Aprel 18:38
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələsi icra olunub
21 Aprel 18:33
Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələrinin onlayn təqdimatı olub
21 Aprel 18:25
MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclası keçirilib
21 Aprel 18:06
Anar Məmmədov: Yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir
21 Aprel 17:55
Milli Məclisin deputatı Hikmət Babaoğlu seçicilərinin növbəti qəbulunu keçirib
21 Aprel 17:50
Sahibkar xanımlar Ağdamda səfərdə olublar
21 Aprel 17:38
YAP Cəbrayıl rayon təşkilatının üzvləri şəhid Zamin Rəhimovun məzarını ziyarət ediblər
21 Aprel 17:28
Milli Məclisin sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
21 Aprel 17:24
Bakı və İzmir təhsil idarələri arasında onlayn görüş
21 Aprel 17:12
Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
21 Aprel 17:09
Avronest PA-nın 9-cu sessiyası başa çatıb
21 Aprel 16:59
Gün ərzində Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 14 min 680 doza vaksin vurulub
21 Aprel 16:57
Pərvin Kərimzadə: İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir
21 Aprel 16:54
Azərbaycan ilə Meksika arasında turizm sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə edilib
21 Aprel 16:52
SOCAR-ın mədən ərazilərində 135 mindən çox ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir
21 Aprel 16:44
YAP Suraxanı rayon təşkilatı şəhid anaları ilə görüş keçirib
21 Aprel 16:42
Azərbaycanda koronavirusa 2075 yeni yoluxma faktı qeydə alınıb
21 Aprel 16:35
Əliabbas Salahzadə: Regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetirilir
21 Aprel 16:28
Deputat: Ölkəmizdə regionların sosial-inkişafı istiqamətində formalaşdırılan strategiya özünü tam doğrultmaqdadır
21 Aprel 16:27
Brest və Minsk şəhərlərinin faşist işğalından azad edilməsində azərbaycanlılar yaxından iştirak edib
21 Aprel 16:19
AŞPA-nın komitə iclasında ətraf mühitin qorunması ilə bağlı Azərbaycanın təcrübəsindən bəhs olunub
21 Aprel 16:16
Yeniyetmələrin XV Avropa Gənclər Qış Olimpiya Festivalı yenidən təxirə salınıb
21 Aprel 16:14
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanır
21 Aprel 15:58
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunacaq
21 Aprel 15:57
Avropa Olimpiya Komitəsinin saytında azərbaycanlı gimnastın qələbə əzmindən bəhs edən məqalə yer alıb
21 Aprel 15:39
“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək
21 Aprel 15:23
Fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4 faizi kommersiya qurumlarıdır
21 Aprel 15:17
Rəcəb Tayyib Ərdoğan: AKP-nin hakimiyyəti dövründə Türkiyənin valyuta ehtiyatları dəfələrlə artıb
21 Aprel 15:11
YAP Sədrinin müavini Əli Əhmədov İCAPP-ın tədbirində iştirak edib
21 Aprel 15:07
Ramanıda 40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olunub
21 Aprel 15:00
Deputat: Hacıqabulda sənaye məhəlləsinin yaradılması sənayeləşməyə dövlət dəstəyinin təzahürü kimi xarakterizə olunmalıdır
21 Aprel 14:58
Qubadakı Qırmızı Qəsəbədə yeni turizm məlumat nişanları quraşdırılıb
21 Aprel 14:49
Deputat: Azərbaycan döyüş meydanında olduğu kimi, bütün siyasi arenalarda da Ermənistan üzərində qələbə əldə edib
21 Aprel 14:38
Kamal Cəfərov: Ermənilər Hərbi Qənimətlər Pakını həzm edə bilmirlər
21 Aprel 14:31
Vladimir Putin: Dünya səhiyyəsi inqilab ərəfəsindədir
21 Aprel 14:03
Sevinc Fətəliyeva: Ermənistanda və xaricdə bu ölkəni üçtərəfli Bəyanatı yerinə yetirməkdən yayındırmaq üçün süni maneələr yaratmaqda maraqlı dairələr var
21 Aprel 13:56
Türkiyə Silahlı Qüvvələri tərəfindən bu il 836 terrorçu zərərsizləşdirilib
21 Aprel 13:53
Aqroparkların yaradılması kəndlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına və məşğulluğunun artmasına xidmət edir
21 Aprel 13:47
Bakının və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir
21 Aprel 13:45
Deputat: Hacıqabuldakı Sənaye Məhəlləsi, aqroparklar Azərbaycanın postpandemiya dövrü üçün yeni inkişaf mərhələsinin mənzərəsidir
21 Aprel 13:43
Rafael Hüseynov: Əsassız arqumentlərlə Ermənistanı müdafiə etməyə çalışanlar yaxşı olardı ki, dostlarını düz yola dəvət etsinlər
21 Aprel 13:24
YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Türkiyəli qonaqlar Şəhid ailələrini ziyarət ediblər
21 Aprel 13:15
Hacıqabulda yeni məktəb binasının tikintisinə ilkin olaraq 1,5 milyon manat ayrıldı -SƏRƏNCAM
21 Aprel 13:09
Prezident İlham Əliyev Hacıqabulda yol tikintisinə ilkin olaraq 5 milyon manat ayırıb
21 Aprel 13:08
DİN: Gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılıb
21 Aprel 12:57
Milli Məclisin deputatı: AŞPA Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu
21 Aprel 12:53
Dmitri Savelyev: Prezident İlham Əliyevin göstərdiyi nümunələr Azərbaycanın sülhsevərliyinə dəlalət edir
21 Aprel 12:40
Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulur
21 Aprel 12:33
Nikol Paşinyan etiraz aksiyası səbəbindən Mehri şəhərini tərk edib
21 Aprel 12:30
Sevinc Hüseynova: Bakıdakı Hərbi Qənimətlər Parkı möhtəşəm Qələbəmizi tərənnüm edir
21 Aprel 12:22
Çin-Azərbaycan istiqamətində ikinci konteyner blok qatarı Bakıya çatıb
21 Aprel 12:12
Deputat: Sənaye məhəllələrinin yaradılması ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılmasına xidmət edir
21 Aprel 11:54
Hacıqabulda yaradılan aqroparklar ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir
21 Aprel 11:37
Leyla Abdullayeva: Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir
21 Aprel 11:24
Daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib
21 Aprel 11:12
Müdafiə Nazirliyi Qubadlı rayonunun Ulaşlı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
21 Aprel 10:56
Aprelin 5-dən 11-dək Azərbaycanda COVID-19-a 15 min 258 yoluxma faktı qeydə alınıb
21 Aprel 10:52
Sabah 9 minə yaxın şagird buraxılış imtahanı verəcək
21 Aprel 09:09
Müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev ideyaları əsasında inkişaf edir
21 Aprel 09:06
Akademik Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına böyük töhfələr verib
21 Aprel 09:03
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
21 Aprel 09:02
Məzahir Bayramov: Azərbaycan regionda yeni əməkdaşlıq imkanları yaradıb
21 Aprel 09:01
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər
21 Aprel 08:58
Tahir Kərimli: Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə BMT-nin müvafiq qətnamələrinin icrasına nail oldu
21 Aprel 08:57
Abutalıb Səmədov: Münaqişə həll olunduqdan sonra Minsk qrupunun fəallaşmaq cəhdi bir çox suallar doğurur
21 Aprel 08:56
Elşad Musayev: Hərbi Qənimətlər Parkı gələcək nəsillər üçün Azərbaycanın hərb tarixi muzeyi rolunu oynayacaq
21 Aprel 08:55
Əlisahib Hüseynov: Azərbaycan yeni əməkdaşlığa tam hazırdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +23
gecə+12 +14