Ana səhifə »  Xəbər lenti »  Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub
A+   Yenilə  A-
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub

İtaliyanın “Il Giornale”, “Messenger News”, “Focus News 24”, “Kmetro”, “Metroct”, “Politicamente Corretto”, “EurasiaNews”, “Globus Magazine”, “Agenzia Nova” kimi mətbu orqanları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə dair məlumatlar dərc edib. Məlumatlarda çoxsaylı yerli və xarici media nümayəndələrinin iştirak etdikləri mətbuat konfransının 4 saatdan artıq davam etdiyi və Prezident İlham Əliyevin 50-yə yaxın sualı cavablandırdığı vurğulanıb.

Məlumatlarda Prezident İlham Əliyevin açılış nitqində 1992-ci il 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən 613 mülki azərbaycanlının qətlə yetirildiyi Xocalı faciəsindən bəhs etdiyi bildirilib.

Yazılarda jurnalistlərin suallarını cavablandıran dövlət başçısının Vətən müharibəsinin nəticələrinə dair məlumat verdiyi, bunun otuz illik səmərəsiz danışıqlardan daha effektli olduğunu bildirdiyi qeyd olunub. Prezident İlham Əliyevin bu sözlərinə yer verilib: “Biz öz sərhədimizdə dayanmışıq və erməni əhalisinə qarşı hər hansı bir zərərli addımlar atmırıq. Biz orada “Azərbaycana xoş gəlmisiniz” lövhəsi asmışıq və mən anlamıram, bu, nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur. Biz yanlış heç nə yazmamışıq”.

Həmçinin dövlətimizin başçısının fikirlərinə istinadən bildirilib ki, Azərbaycan mümkün olmayanı 44 gün ərzində reallığa çevirib, Xocalı qurbanlarının intiqamını döyüş meydanında alıb: “Biz Xocalıya da qayıdacağıq. Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir”.

Məlumatlarda, həmçinin ölkə başçısının Ermənistanın üçtərəfli Bəyanatın icrasını pozmağa cəhd göstərəcəyi halda bunun onun üçün sui-qəsd olacağını, hər hansı revanş cəhdlərinin Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacağını bildirdiyi qeyd edilib. Prezident İlham Əliyevin Ermənistanda baş verən böhrana münasibətdə bu tragikomediyaya son qoyulmalı olduğunu bildirdiyi vurğulanıb. “Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir... Müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq…Biz yeni reallıq yaratdıq və indi hər kəs bu reallıqla barışmalıdır, hesablaşmalıdır”, – deyə ölkə başçısının fikirlərinə istinad olunub.

Əcnəbi əsgərlərə münasibətdə Prezident İlham Əliyev onların Azərbaycan ərazisində fəaliyyət göstərməsinin müvəqqəti xarakter daşıdığını, onların xüsusi missiya icra etdiklərini, bunun hərbi baza anlamına gəlmədiyini, beş ildən sonra Azərbaycanın bu məsələ ilə bağlı fərqli fikir sərgiləcəyi halda onların fəaliyyətinə son veriləcəyini, onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda, azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacağını, Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsinin müzakirə mövzusu olmadığını, işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyinin təmin edildiyini, müntəzəm reydlər keçirildiyini, buna görə vəziyyətin tam nəzarət altında olduğunu bildirdiyi qeyd olunub.

Məlumatlarda, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına dair Prezident Ilham Əliyevin fikirlərinə yer verilib.

Mətbuat konfransında, habelə Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin qovulduğu ərazilərə qayıtmasının qrafiki məsələsinə də toxunduğu, onların qayıtmasından öncə ərazilərin minalardan təmizlənməli olduğunu, ziyanın qiymətləndirilməsinin tamamlanmalı, infrastrukturun bərpa edilməli, şəhər və kənd planlamasının başa çatdırılmalı olduğunu bildirdiyi qeyd edilib. Habelə Prezidentin sözlərinə istinadən vurğulanıb ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və Füzuli Beynəlxalq Hava Limanının bu payız istifadəyə verilməsi planlaşdırılıb. Hazırda həmin hava limanı ilə yanaşı, Şuşa şəhərinə də iki magistral yolun tikildiyi, Laçın və Zəngilan hava limanları da inşa ediləcəyi, Zəngilanın əhəmiyyətli bir logistik mərkəzə çevriləcəyi vurğulanıb.

Prezident İlham Əliyevin davamlı sülh və təhlükəsizliyin 10 noyabr Bəyanatına sadiq qalmaqla, revanşizmdən çəkinmək və əməkdaşlığa üstünlük verməklə təmin edilə biləcəyini, məqsədin üçtərəfli əsasda əlaqəni bərpa etmək və Zəngəzur dəhlizini yaratmaq olduğunu, bunun reallığa çevriləcəyi halda Ermənistanın da sülhdən faydalanacağını bildirdiyi qeyd olunub.

Yazılarda ölkə başçısının erməni tərəfinin minalanmış sahələrin xəritələrini təqdim etməməsini cinayət kimi qiymətləndirdiyi, bu səbəbdən müharibə bitdikdən sonra həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında həlak olanların olduğunu, minalanmış sahələrin xəritələrini ölkəmizə verməməyin dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək demək olduğunu bildirdiyi diqqətə çatdırılıb.

 
  • Oxunub:  3330  |  
  • Tarix:  02-03-2021  |  
  •    Çap et   |  
Azərbaycanda həyata keçirilən siyasət respublikamızın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir

22 Aprel 21:09
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
22 Aprel 20:59
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
22 Aprel 20:57
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb
22 Aprel 20:53
Ahmet Yıldız: AŞPA-dakı nümayəndə heyətlərimiz arasında sıx əməkdaşlıq mövcuddur
22 Aprel 20:44
Azərbaycanda xroniki xəstəliklərdən əziyyət çəkən insanların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur
22 Aprel 20:40
Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib
22 Aprel 20:37
Azərbaycanda yürüdülən məqsədyönlü siyasət nəticəsində cəmiyyət həyatının müasirləşməsi günümüzün reallığıdır
22 Aprel 20:31
Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının növbəti iclası keçirilib
22 Aprel 20:26
Pakistanla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
22 Aprel 20:20
Komitə sədri: Azərbaycanda dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur
22 Aprel 18:54
Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
22 Aprel 18:50
Kamilə Əliyeva: Bu gün Azərbaycan sürətlə inkişaf edən dövlət olduğunu bir daha sübut edir
22 Aprel 18:47
“Erkən Uşaqlıq Dövrü İnkişafı və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub
22 Aprel 18:42
Dünya Axıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub
22 Aprel 18:38
Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olunub
22 Aprel 18:19
Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 400 minə yaxındır
22 Aprel 18:15
Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib
22 Aprel 18:04
Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb
22 Aprel 17:57
“Avro-2020”: İsveçrəli futbol azarkeşlərinin Bakıya gəlişi ilə bağlı fikir mübadiləsi aparılıb
22 Aprel 17:49
Yevlax şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb
22 Aprel 17:43
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
22 Aprel 17:40
Bəzi səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş şəxsləri tərəfindən neqativ hallara yol verilməsi çox təəssüfedicidir
22 Aprel 17:30
Vətən müharibəsinin iştirakçısı: Olimpiya çempionu olmaq istəyirəm
22 Aprel 17:27
Nazir: Apreldə qeyri-neft-qaz sektorunda əhəmiyyətli artım gözləyirik
22 Aprel 17:21
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
22 Aprel 17:11
Hulusi Akar: Atəşkəs Azərbaycanla Ermənistan arasında yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır
22 Aprel 17:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunub
22 Aprel 16:58
Fransalı hüquqşünas: “Bir zamanlar böyük bir şəhər olmuş Ağdamın bu cür dağıdıldığını görmək dəhşətlidir”
22 Aprel 16:45
Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub
22 Aprel 16:27
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı Prezident İlham Əliyevin xalqımızın Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb
22 Aprel 16:24
Jurnalistlər Suqovuşan ərazisində minaların təmizlənməsi prosesi ilə tanış olublar
22 Aprel 16:16
Finlandiyalı deputat: Minalanmış ərazilərin xəritəsinin verilməməsi münaqişənin fəsadlarının aradan qaldırılmasına ciddi maneədir
22 Aprel 16:08
Eldar İbrahimov: Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir
22 Aprel 15:48
Fransalı hüquqşünaslar Ağdamda Şahbulaq qalasını ziyarət ediblər
22 Aprel 15:45
Şamaxıda qanvermə aksiyası keçirilib
22 Aprel 15:37
Aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq
22 Aprel 15:25
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət edib
22 Aprel 15:19
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb
22 Aprel 15:14
Azərbaycanlı deputat: AŞPA-da ikili standartlar, qeyri-obyektiv və sifarişli çıxışlar çoxalıb
22 Aprel 14:53
İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb
22 Aprel 14:41
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
22 Aprel 14:31
YAP Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib
22 Aprel 14:22
Maykl Ceksonun heykəli 4 milyona satışa çıxarılıb
22 Aprel 14:21
Koronavirusun beyni zədələmə mexanizmi aşkar edilib
22 Aprel 14:09
Regionlarda reallaşdırılan sosial-iqtisadi layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir
22 Aprel 14:03
Sərbəst güləş yığmamız komanda hesabında Avropa dördüncüsü olub
22 Aprel 13:55
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
22 Aprel 13:44
NATO-nun sammiti iyunun 14-də Brüsseldə keçiriləcək
22 Aprel 13:41
BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
22 Aprel 13:37
Deputat: Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək
22 Aprel 13:14
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Ağdama səfərindən yazıb
22 Aprel 13:08
Adil Əliyev: Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar
22 Aprel 13:05
Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunublar
22 Aprel 13:01
Ermənistanın müharibə cinayətləri davam edir
22 Aprel 12:56
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Zeynallı Rəşad Qiyas oğlunun məzarını ziyarət ediblər
22 Aprel 12:52
Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir
22 Aprel 12:49
Baş Prokurorluq: 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edilib
22 Aprel 12:43
Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb
22 Aprel 12:21
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb
22 Aprel 12:17
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
22 Aprel 12:07
Bakı Ali Neft Məktəbinin rektoru İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb
22 Aprel 12:02
Media nümayəndələri Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub
22 Aprel 11:39
DYP sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı narazılıqlara cavab verib
22 Aprel 11:28
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib
22 Aprel 11:23
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb
22 Aprel 11:20
“YAŞAT” Fondun fəaliyyət istiqamətləri üzrə 19 milyon manatdan çox vəsait xərclənib
22 Aprel 11:08
İctimai xadimlər Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi ilə bağlı petisiyaya qoşulmağa çağırış ediblər
22 Aprel 10:55
Üç ayda ölkəyə 15,5 mindən çox avtomobil idxal olunub
22 Aprel 10:44
“Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib
22 Aprel 10:36
Deputat: Azərbaycan regionlarının sürətli sosial-iqtisadi inkişafı mənzərəsini tezliklə işğaldan azad olunmuş ərazilərdə də müşahidə edəcəyik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA