Futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA ilə Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparılıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 27-də qarşılaşacaqlar. Qarşılaşma Alanya şəhərindəki “Oba” stadionunda keçiriləcək.
Oyunun tarixi və saatı ilə bağlı əlavə məlumat veriləcək.
- Oxunub: 2370 |
- Tarix: 02-03-2021 |
-
Çap et |