Ana səhifə »  Xəbər lenti »  Vüqar Rəhimzadə: Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir

“Möhtərəm Prezidentimiz İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı çox mühüm məqamlarla yadda qalan böyük bir siyasi hadisə oldu. Mətbuat konfransında işğalçı Ermənistana və dünyaya ünvanlanan mesajlar bu günümüz üçün son dərəcə vacib məsələlərin aydın mənzərəsini yaratdı.”

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə dövlətimizin başçısının keçirdiyi mətbuat konfransı ilə bağlı bir neçə mühüm məqamlara diqqəti yönəldərək deyib ki, 10 noyabr üçtərəfli Bəyanatının imzalanması dünyaya Azərbaycanın hərbi və siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatıdır: “Bəyanatın imzalanmasından ötən müddətdə razılaşmanın bütün müddəaları icra olunmaqdadır. Sülhməramlıların yerləşdirilməsi, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması, 9-cu bəndə uyğun olaraq tərəflər arasında iqtisadi əlaqələrin qurulması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində addımların atılması və sair mühüm məsələlər sırasındadır. Prezident İlham Əliyev mətbuat konfransında sülhməramlıların fəaliyyəti, onların mandatı, gördükləri və qarşıdakı beş ildə görəcəkləri işlərlə bağlı məqamları konkret fikirlərlə ifadə edərək hazırda sual doğuran məsələləri də cavablandırdı. Əcnəbi hərbçilərin regionda müşahidəçi olaraq qalması məsələsinə münasibət bildirən Prezident bildirdi ki, onların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır.”

Baş redaktor 10 noyabr Bəyanatının tələblərinə uyğun olaraq bölgədə Rusiya sülhməramlılarının fəaliyyətinin beş il müddətinə nəzərdə tutulduğunu önə çəkərək dövlətimizin başçısının mətbuat konfransında diqqət yönəltdiyi və bu günümüz üçün narahatlıq doğuran suallara da aydınlıq gətirdiyini diqqətə çatdırıb: “Prezidentin mətbuat konfransında sülhməramlıların fəaliyyəti ilə bağlı narahatlıq doğuran məsələlərə münasibətindən məlum oldu ki, hazırda Laçın dəhlizində Azərbaycanın suverenliyinin bərpa olunması, bütün sərhədlərin demarkasiyası və demilitasiyası, qaçqın və məcburi köçkünlərin geri qaytarılması və sair kimi məsələlər ciddi müzakirə mövzusudur. Dövlətimizin başçısı, həmçinin hələ də bəzi beynəlxalq dairələr tərəfindən tez-tez gündəmə gətirilən Dağlıq Qarabağın statusu məsələsinə də münasibətini açıqladı. Bildirdi ki, statusun ünvanı göstərilib. Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir”.

V.Rəhimzadə diqqəti son zamanlar ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən gündəmə gətirilməsinə göstərilən cəhdlərə yönəldib: “Moskvanın əvvəllər Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan formuluna üstünlük verdiyi halda artıq bu gün ATƏT-in mandatından istifadə məsələsini qabartması təəssüf doğurur. Ermənistan və ona dəstək verən dövlətlər ilk gündən Türkiyənin bu proseslərdə iştirakının əleyhinə olublar və bu gün də bu yanaşma özünü göstərməkdədir. Azərbaycan həmişə dost, qardaş Türkiyəni yanında görüb, daim onun sülhyaratma prosesində iştirakının vacibliyini bildirib. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da deyilənlərin təsdiqidir. Azərbaycan tərəfi ümidvardır ki, Rusiya sülhməramlıları üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirəcək, bölgədə sülh, təhlükəsizlik təmin olunacaq, soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı reallaşacaq. Bunun üçün işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi əsasdır. Lakin, Ermənistanın xəritələri verməməsi bu prosesi uzadır. Düşünürük ki, bəzi məqamlarda mandatından istifadənin vacibliyi önə çəkilən ATƏT-in Minsk qrupunun həmsədrləri bu xəritələrin verilməsinə cəhdlər göstərməli, ərazilərimizin tez bir zamanda minalardan təmizlənməsinə dəstək olmalıdırlar”.

Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, Azərbaycan Prezidenti perspektivlərdən bəhs etdiyi halda, Ermənistan tərəfinin bunun əksinə yönələn pozucu, aqressiv yanaşması rəsmi Yerevanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir: “Əgər Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi ordularının müasirləşdirilməsi yolu ilə revanşizm mövqeyindən çıxış edirsə, artıq bu, onun təsdiqidir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin dərslərindən nəticə çıxarmaq istəmir. Eyni zamanda, hazırda işğalçı dövlətin yaşadığı siyasi böhran göz önündədir. Azərbaycanın illərdir Ermənistanı işğalçılıq siyasəti ucbatından bütün qlobal enerji layihələrindən təcrid vəziyyətə salması düşmən ölkənin iqtisadi böhran içərisində çapalaması ilə müşayiət olunur. Ermənistanın revanşist cəhdləri bir daha bu dövlətin təcavüzdən, düşmənçilikdən, nifaqdan uzaq olmaq istəmədiyini təsdiqləyir. Dünya bu kimi cəhdləri görüb susursa artıq geniş şərhə ehtiyac duymuruq. Ermənistan yenidən bu yolu tutarsa, ən acınacaqlı vəziyyəti yaşayacaq”.

Vüqar Rəhimzadə Ermənistanın hansı addımları atmasına və ona havadarlıq edən dövlətlərin dəstəyinə baxmayaraq, Azərbaycanın hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü təmin etməyə hazır, meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadir olduğunu bildirib.

 
  • Oxunub:  3150  |  
  • Tarix:  02-03-2021  |  
  •    Çap et   |  
Azərbaycanda həyata keçirilən siyasət respublikamızın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir

22 Aprel 21:09
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
22 Aprel 20:59
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
22 Aprel 20:57
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb
22 Aprel 20:53
Ahmet Yıldız: AŞPA-dakı nümayəndə heyətlərimiz arasında sıx əməkdaşlıq mövcuddur
22 Aprel 20:44
Azərbaycanda xroniki xəstəliklərdən əziyyət çəkən insanların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur
22 Aprel 20:40
Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib
22 Aprel 20:37
Azərbaycanda yürüdülən məqsədyönlü siyasət nəticəsində cəmiyyət həyatının müasirləşməsi günümüzün reallığıdır
22 Aprel 20:31
Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının növbəti iclası keçirilib
22 Aprel 20:26
Pakistanla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
22 Aprel 20:20
Komitə sədri: Azərbaycanda dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur
22 Aprel 18:54
Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
22 Aprel 18:50
Kamilə Əliyeva: Bu gün Azərbaycan sürətlə inkişaf edən dövlət olduğunu bir daha sübut edir
22 Aprel 18:47
“Erkən Uşaqlıq Dövrü İnkişafı və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub
22 Aprel 18:42
Dünya Axıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub
22 Aprel 18:38
Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olunub
22 Aprel 18:19
Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 400 minə yaxındır
22 Aprel 18:15
Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib
22 Aprel 18:04
Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb
22 Aprel 17:57
“Avro-2020”: İsveçrəli futbol azarkeşlərinin Bakıya gəlişi ilə bağlı fikir mübadiləsi aparılıb
22 Aprel 17:49
Yevlax şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb
22 Aprel 17:43
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
22 Aprel 17:40
Bəzi səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş şəxsləri tərəfindən neqativ hallara yol verilməsi çox təəssüfedicidir
22 Aprel 17:30
Vətən müharibəsinin iştirakçısı: Olimpiya çempionu olmaq istəyirəm
22 Aprel 17:27
Nazir: Apreldə qeyri-neft-qaz sektorunda əhəmiyyətli artım gözləyirik
22 Aprel 17:21
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
22 Aprel 17:11
Hulusi Akar: Atəşkəs Azərbaycanla Ermənistan arasında yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır
22 Aprel 17:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunub
22 Aprel 16:58
Fransalı hüquqşünas: “Bir zamanlar böyük bir şəhər olmuş Ağdamın bu cür dağıdıldığını görmək dəhşətlidir”
22 Aprel 16:45
Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub
22 Aprel 16:27
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı Prezident İlham Əliyevin xalqımızın Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb
22 Aprel 16:24
Jurnalistlər Suqovuşan ərazisində minaların təmizlənməsi prosesi ilə tanış olublar
22 Aprel 16:16
Finlandiyalı deputat: Minalanmış ərazilərin xəritəsinin verilməməsi münaqişənin fəsadlarının aradan qaldırılmasına ciddi maneədir
22 Aprel 16:08
Eldar İbrahimov: Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir
22 Aprel 15:48
Fransalı hüquqşünaslar Ağdamda Şahbulaq qalasını ziyarət ediblər
22 Aprel 15:45
Şamaxıda qanvermə aksiyası keçirilib
22 Aprel 15:37
Aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq
22 Aprel 15:25
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət edib
22 Aprel 15:19
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb
22 Aprel 15:14
Azərbaycanlı deputat: AŞPA-da ikili standartlar, qeyri-obyektiv və sifarişli çıxışlar çoxalıb
22 Aprel 14:53
İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb
22 Aprel 14:41
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
22 Aprel 14:31
YAP Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib
22 Aprel 14:22
Maykl Ceksonun heykəli 4 milyona satışa çıxarılıb
22 Aprel 14:21
Koronavirusun beyni zədələmə mexanizmi aşkar edilib
22 Aprel 14:09
Regionlarda reallaşdırılan sosial-iqtisadi layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir
22 Aprel 14:03
Sərbəst güləş yığmamız komanda hesabında Avropa dördüncüsü olub
22 Aprel 13:55
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
22 Aprel 13:44
NATO-nun sammiti iyunun 14-də Brüsseldə keçiriləcək
22 Aprel 13:41
BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
22 Aprel 13:37
Deputat: Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək
22 Aprel 13:14
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Ağdama səfərindən yazıb
22 Aprel 13:08
Adil Əliyev: Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar
22 Aprel 13:05
Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunublar
22 Aprel 13:01
Ermənistanın müharibə cinayətləri davam edir
22 Aprel 12:56
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Zeynallı Rəşad Qiyas oğlunun məzarını ziyarət ediblər
22 Aprel 12:52
Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir
22 Aprel 12:49
Baş Prokurorluq: 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edilib
22 Aprel 12:43
Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb
22 Aprel 12:21
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb
22 Aprel 12:17
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
22 Aprel 12:07
Bakı Ali Neft Məktəbinin rektoru İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb
22 Aprel 12:02
Media nümayəndələri Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub
22 Aprel 11:39
DYP sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı narazılıqlara cavab verib
22 Aprel 11:28
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib
22 Aprel 11:23
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb
22 Aprel 11:20
“YAŞAT” Fondun fəaliyyət istiqamətləri üzrə 19 milyon manatdan çox vəsait xərclənib
22 Aprel 11:08
İctimai xadimlər Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi ilə bağlı petisiyaya qoşulmağa çağırış ediblər
22 Aprel 10:55
Üç ayda ölkəyə 15,5 mindən çox avtomobil idxal olunub
22 Aprel 10:44
“Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib
22 Aprel 10:36
Deputat: Azərbaycan regionlarının sürətli sosial-iqtisadi inkişafı mənzərəsini tezliklə işğaldan azad olunmuş ərazilərdə də müşahidə edəcəyik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA