Qalib Azərbaycan dövləti öz şərtlərini diktə etmək iqtidarındadır
02.03.2021 [09:45]
Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında Xocalı soyqırımı və 44 günlük Vətən müharibəsindəki böyük qələbədən sonrakı proseslərlə bağlı çox əhəmiyyətli tezislərlə çıxış etdi.
Dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi və 4 saat davam edən konfrans zamanı jurnalistlərin suallarına cavab olaraq postmüharibə dövründə bölgədə yaranmış geosiyasi vəziyyəti dolğun şəkildə təhlil edən dövlət başçısı indiki vəziyyətdə əməkdaşlıq mühitinin formalaşmasını yeganə variant kimi dəyərləndirdi. O, qeyd etdi ki, Azərbaycan tərəfi bununla bağlı Azərbaycan, Türkiyə, Rusiya, İran və Gürcüstanın daxil olduğu altılıq əməkdaşlıq formatını Ermənistana da təklif edib. Bu istiqamətdə müsbət dəyişikliklər baş verib və müəyyən addımlar atılmaqdadır: “Biz davamlı sülhə nail olmaq istəyirik. Bu, düşmənçilik səhifəsini çevirmək üçün bir yoldur”.
Lakin xaos içində, üstəlik vətəndaş müharibəsi astanasında olan və Azərbaycanın 1990-cı illərini xatırladan siyasi durum və güclü revanşizm meyilləri bu prosesi əngəlləyən əsas faktora çevrilib. Cənab İlham Əliyev bildirdi ki, bu gün Ermənistanda baş qaldırmış revanşist qüvvələr hakimiyyətə gələrək 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın reallaşmasına mane olmağa çalışırlar. Hətta bu məsələdə artıq onları dəstəkləyən dövlətlər Ermənistanı silah-sursatla təmin etməklə yeni müharibəyə təhrik edirlər. Lakin “Azərbaycanla revanşist mövqedən çıxış edən tərəflər bilməlidirlər ki, ölkəmizin “dəmir yumruğu” hər zaman hazır vəziyyətdədir, onların başını bundan sonra da əzəcək”.
Dövlətimizin rəhbəri bir daha xatırlatdı ki, Ermənistanda dövlətin başında kimin olmasından asılı olmayaraq, razılaşmaları pozmaq cəhdləri, Rusiya Prezidenti Vladimir Putinin təbirincə desək, onlar üçün intihara bərabər olacaqdır.
Mətbuat konfransının gedişində Prezident İlham Əliyev dəfələrlə qeyd etdi ki, artıq Qarabağda status məsələsi yoxdur və olmayacaq. Biz qələbə qazanaraq Qarabağın qondarma statusunu məhv etmişik və Azərbaycanın digər bölgələrinin statusu nədirsə, onun da statusu o olacaq. Bu, sadəcə olaraq, bütün beynəlxalq təşkilatlara, xüsusilə Vətən müharibəsindən sonra yaranmış geosiyasi vəziyyətdə çaş-baş qalmış ATƏT-in Minsk qrupuna da bir ismarıcdır ki, məsələnin yenidən gündəmə gətirilməsi sonda mütləq fiasko ilə nəticələnəcək və bu, vasitəçi kimi öz işinin öhdəsindən gələ bilməyən təşkilatın onsuz da azalmış nüfuzuna ağır bir zərbə olacaq.
İşğal altındakı torpaqlarımızın azad edilməsindən sonra Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açılmışdır. Qarabağın dirçəldilməsi ilə bölgədə yeni siyasi konfiqurasiyanın yarandığı bir reallıqdır. Bu gün, demək olar ki, dünyanın bütün istiqamətlərindən ölkəmizə qarşı maraqlar tuşlanıb. Yeni logistika layihələri, təbii resurslardan istifadə, turizm üçün geniş imkanların yaranması bu bölgəni hər kəs üçün cəlbedici bir məkana çevirməkdədir. Çünki 30 il bundan öncəki məğlub Azərbaycana münasibətlə bugünkü qalib Azərbaycana münasibət arasında yerlə göy qədər fərq var. Ona görə də cənab İlham Əliyevin söylədiyi kimi, əgər Ermənistan təklənərək bu layihələrdən kənarda qalarsa, artıq heç kim, hətta ən yaxın tərəfdaşları onu himayə etməyəcək, itirən yalnız özü olacaq və nəticə onun üçün indikindən daha ağır olacaq.
Ölkə Prezidenti Rusiya sülhməramlılarının fəaliyyətinə toxunaraq ümumilikdə onların işinin səmərəli olduğu qənaətini bölüşməklə yanaşı, Azərbaycan tərəfini qane etməyən bəzi neqativ halların aradan qaldırılması istiqamətində birgə səylərlə dərhal zəruri tədbirlərin görüldüyünü bildirdi. O, Türkiyə-Rusiya Birgə Monitoring Mərkəzinin açılmasından sonra bu bölgədə güclü nəzarət sisteminin formalaşdığını bir daha diqqətə çatdırdı və bu fəaliyyətlə bağlı ictimaiyyəti çaşdırmağa çalışan radikal müxalifətin bədbin proqnozlarını bir daha alt-üst etmiş oldu.
Ölkə rəhbəri məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaları ilə bağlı KİV nümayəndələrini maraqlandıran sualları da ətraflı cavablandırdı. O, 30 il ərzində böyük dövlətlərin və beynəlxalq təşkilatların siyasi yollarla aradan qaldıra bilmədiyi nəhəng bir problemin Azərbaycan Ordusunun gücü ilə cəmi 44 günə həll edildiyinə diqqət çəkərək, bundan sonra da Qarabağa qayıdışla bağlı problemlərin xalqımızın maraqları çərçivəsində həll ediləcəyinə əminliyini ifadə etdi. Azərbaycan cəmiyyətində daha çox narahatlıq və nigarançılıq yaradan bu məsələlərin tezliklə nizama salınması məqsədilə münasib şəraitin yaradılacağını bildirən cənab İlham Əliyev söylədi ki, bunun üçün Azərbaycanın möhkəm siyasi iradəsi və güclü potensialı mövcuddur. Bizim mübarizə aparacağımız bir şey varsa, o da zamandır...
Əli Hüseynli,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27