Ana səhifə »  Xəbər lenti »  Azərbaycançılıq ideologiyasının təbliği milli ədəbiyyatımızın aktual mövzularındandır
A+   Yenilə  A-
Azərbaycançılıq ideologiyasının təbliği milli ədəbiyyatımızın aktual mövzularındandır

Milli ənənələri özündə əks etdirən ədəbi nümunələrin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm payı var
Bu, bir həqiqətdir ki, azərbaycançılıq ideologiyasının mühüm elementlərindən sayılan vətənpərvərlik milli ruhun formalaşmasında, milli kimliyin identikləşməsində əsaslı rol oynayır. Bu mənada, milli ruhun yüksəldilməsi, vətənpərvərliyin təbliği birmənalı şəkildə ölkəmizdə milli birliyin və həmrəyliyin daha da güclənməsinə, gənc nəslin öz torpağına, vətəninə bağlılığına yol açır. Təbii ki, bu məsələdə ən böyük vəzifələrdən biri ədəbiyyatımızın üzərinə düşür. Belə ki, milli ənənələri özündə əks etdirən ədəbi nümunələr xalqın milli ruhda yetişməsinin təməlini təşkil edir.
Bu məqamda vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsi və onun nəticələri azərbaycançılıq ideologiyasından güc alan ölkə gəncliyinin öz dövlətinə, torpağına bağlılığını növbəti dəfə sübuta yetirdi. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib və bu Qələbədə əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Belə vətənpərvər gənc nəslin yetişməsində isə milli keçmişimizi, tariximizi özündə əks etdirən ədəbi nümunələrimizin payı olduqca böyükdür. Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin, bu zəfərə aparan yolun və onu təmin edən qəhrəmanların təbliği, tanınması da müəyyən mənada ədəbiyyatımızın ən aktual mövzusuna çevrilməkdədir. Çünki gələcək nəsillər bu qəhrəmanlıqları məhz indi yaranan ədəbi nümunələr vasitəsilə oxuyub əxz edəcəklər.
Mövzu ilə bağlı fikirlərini bölüşən Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı milli kimliyimizin formalaşmasında, milli ideologiyamızın inkişafında ədəbiyyatımızın mühüm rol oynadığını diqqətə çatdırıb. S.Rüstəmxanlı bildirib ki, milli ədəbiyyatımız yüz illərdir, hələ “Kitabi Dədə Qorqud” dastanından başlanan genetik kodları və rəmzləri özündə qoruyur və gələcəyə daşıyır. Xalqımızın öz varlığını hər zaman qılınca və sözə borclu olduğunu önə çəkən S.Rüstəmxanlı vurğulayıb ki, Azərbaycan xalqını, dövlətini qoruyan, dövlətin təməl daşlarını quran başlıca rəmzlər məhz söz və qılıncdır: “Qədim dastanlarımıza baxsaq, bunun şahidi olarıq. Məsələn, “Koroğlu” dastanında da saz, yəni dolayısı ilə söz və qılınc rəmzi xarakter daşıyır. Heç bir zaman unutmamalıyıq ki, milli varlığımızı həm də öz Ana dilimizə, bu dildə yaranan əsərlərə borcluyuq. Milli ədəbiyyatımız uzun əsrlərboyu millətimizin tarixini, milli ideyasını, yaşam mücadiləsinin hədəflərini özündə qoruyub. Qədim zamanlarda millətimizin dili başqa dildə danışılanda, siyasəti saraylarda başqa dillərdə yazılanda milli ruhu, milli tarixi, təfəkkürü, idealları ədəbiyyatında yaşayıb. Bu baxımdan birmənalı şəkildə, demək olar ki, bizim milli dövlətimiz və millətimiz ədəbiyyatımızdan doğulub, güc alıb. O cümlədən milli-mənəvi düşüncələrimizin sərhədlərini də ədəbiyyatımız cızıb. Diqqət yetirsək “Kitabi Dədə Qorqud” dastanında Azərbaycanın dövlət xəritəsi var. Bizim hansı sərhədlərdə yaşadığımızı bu dastan aşkar şəkildə ortaya qoyur”.
Millət vəkili vurğulayıb ki, milli ədəbiyyatımız milli simvollarımızın və atributlarımızın müasir dövrə qədər yaşamasında da önəmli rola malikdir. Hətta 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayrağımızın rəngləri də ədəbiyyatımızın tarixindən keçir. “Ədəbiyyatımız tariximizin, milli ənənələrin, milli kimliyin yaşamasına zəmin yaradıb. Nizami Gəncəvi, İmadəddin Nəsimi kimi klassiklər ədəbiyyatımızın nə qədər böyük insan sevgisi və humanizmlə biçimləndiyini, vətənpərvərlik, insanı yüksəldən, onu öz torpağına, yurduna bağlayan ruhla aşılandığını ortaya qoyublar. Sonrakı dövrlərdə Füzuli bu sərhədləri daha da genişləndirdi. 200 il öncə Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatında xalqımızın düşüncə, mənəvi konturlarını daha aydın cızdı. Bəlkə də, Mirzə Fətəli Axundzadə olmasaydı, müasir Azərbaycan düşüncəsi də hazırkı səviyyədə olmazdı”, - deyən S.Rüstəmxanlı əlavə edib ki, XX əsrin ikinci onilliyinin başlanğıcında Azərbaycan Türk dünyasının, Türk dilinin bir parçası olsa da, eyni zamanda, azərbaycançılıq düşüncəsi, Azərbaycan varlığı ön plana çıxdı. İlk müstəqil respublikamızın qurulması öncəsi Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Hadi, Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyli kimi şəxsiyyətlər milli məfkurəmizin inkişafı yolunda müstəsna xidmətlər göstərdilər: “Bizim milli məfkurəmiz belə bir yol gəlib. Hətta sovet dönəmində, repressiya illərində belə Səməd Vurğun məşhur “Azərbaycan” şeirini, “Yandırılan kitablar”ı, Süleyman Rüstəm Cənub şeirlərini, Məmməd Səid Ordubadi “Dumanlı Təbriz”i, “Qılınc və Qələm”i yazmışdı. Həmin şəraitdə belə şairlərimiz, yazıçılarımız ehtiyatla olsa da Azərbaycan varlığı, bütövlüyü və dövlət müstəqilliyinin bərpası ideyasını qoruyurdular. 1960-80-ci illərdə öz intibah dövrünü yaşayan Azərbaycan ədəbiyyatında da milli vətənpərvərlik nümunələri, xüsusilə ön plana çıxdı. Bəxtiyar Vahabzadə, Balaş Azəroğlu, Xəlil Rza, Söhrab Tahir, Məmməd Araz və digər görkəmli şairlərimiz istiqlal ideyasını tərənnüm edirdilər, arzulayırdılar. Nəticədə, 1988-ci illərdə həmin şair və yazıçıların sözlə apardığı bu mübarizə meydanlara daşındı və orada da ədəbiyyat adamları ön planda oldular. Bugünkü müasir gəncliyimiz də məhz o təməllər üzərində, azərbaycançılıq, milli birlik ideyaları əsasında formalaşmış gənclikdir. Sirr deyil ki, Vətən müharibəsinin ən böyük yükü məhz gənclərimizin çiyninə düşdü. Həmin döyüş günlərində bir nəfər də olsun Azərbaycan gənci fərarilik etmədi, ordudan yayınmadı. Bu nəyin təzahürü idi? Məhz milli ideyalarla böyüyən, milli ədəbiyyatın işığında formalaşan gənclik öz torpağı, dövləti uğrunda bütün çətinliklərə sinə gərdi. Xatırlayıram, hələ 1990-cı illərin əvvəlində meydanlara gələn gənclərimiz əllərində istiqlalı, milli düşüncəni, vətənpərvərliyi tərənnüm edən yazıçılarımızın, şairlərimizin kitablarını gəzdirirdilər. Sevinirəm ki, gənclərin milli şüurunun formalaşmasında mənim də kitablarımın - “Gəncə qapısı”, “Sağ ol Ana dilim”, “Qan yaddaşı”, “Ömür kitabı”nın da rolu olub. Sonrakı illərdə bəzən gənclərdən narazılıq edirdilər, gənclərin milli ruhdan kənar düşdükləri iddia olunurdu. Unutmamalıyıq ki, vətənpərvərlik qan yaddaşıdır və bu, 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi”.
Azərbaycançılıq ideologiyasının təbliği və inkişafında ədəbiyyatımızın da önəmli rol oynadığını bildirən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə deyib ki, istər müstəqilliyimizin bərpasından əvvəlki, istərsə də sonrakı Azərbaycan ədəbiyyatı gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində müstəsna rol oynayıb. Ədəbiyyatın bu istiqamətdə formalaşmasının və milli şüurun təşəkkül tapmasının siyasi liderlərlə bağlı olduğunu diqqətə çatdıran E.Mirzəbəyli vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin ardından Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində mühüm addımlar atıldı. Məhz Ümummilli Liderin səyi və qayğısı nəticəsində 80-ci illərdə Azərbaycan ədəbiyyatına bütöv, kompleks şəkildə yanaşıldı: “Həmin dövrdən başlayaraq ədəbiyyatımız sovet Azərbaycanının sərhədlərindən kənara çıxdı və bütövlükdə dünya azərbaycanlılarının ərsəyə gətirdiyi ədəbiyyat nümunələri əsas götürüldü. Azərbaycan ilk olaraq ədəbiyyat məkanında bütövləşdirildi. Bu çox mühüm faktor idi. Azərbaycan Yazıçılar İttifaqında Güney şöbəsinin açılması, eyni zamanda, Milli Elmlər Akademiyasında Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı müvafiq şöbələrin yaradılması da həmin vaxtlara təsadüf edirdi. Eyni zamanda, həmin dövrdə yaradılan ədəbi nümunələrin əksəriyyəti əsasən, Azərbaycanın dövlətçilik tarixinə yönəlik ədəbi əsərlər idi”.
“Müasir dövrdə də milli vətənpərvərliyin təbliği məsələsinin Azərbaycan ədəbiyyatının əsas istiqamətlərindən biri olması müasir gəncliyin tərbiyəsində əsaslı rol oynayıb. 44 günlük Vətən müharibəsində qazanılan qələbə isə əbədiyyatımızın inkişafında yeni mərhələnin başlanğıcıdır”, - deyə E.Mirzəbəyli əlavə edib.
Onun sözlərinə görə, müasir dövrdə Azərbaycan ədəbiyyatının üzərinə mühüm məsuliyyət düşür: “Biz artıq qalib xalqın ədəbiyyatını yaradırıq, cəmiyyətə yeni düşüncə, hədəflər, strategiya bəxş edirik. Təbii ki, ideoloji amillər insanların genetik yaddaşında illərlə, bəlkə də on illərlə yer alan bir məsələdir. Bu gün yazılanlar həmin an bütövlükdə cəmiyyət tərəfindən qəbul edilmir və gənc nəsil də bir şeirlə, bir romanla formalaşmır. Bunun üçün isə indiyə qədər aparılan kütləvi və uzunmüddətli proses davam etdirilməlidir. Məhz indiyə qədər aparılan uğurlu prosesin nəticəsində yetişmiş nəsil Qarabağda rəşadət göstərdi və tarixə 44 günlük müharibənin zəfərini yazdı. Bu aspektdən daha böyük hədəflər üçün real qəhrəmanlıq nümunələrimizi yazmağın, gələcək nəsillərə çatdırmağın zamanıdır”.
Vətən müharibəsi ilə bağlı ciddi poetik nümunələrin yaradılmasını vacib sayan E.Mirzəbəyli bildirib ki, məhz belə əsərlər gələcək nəslin milli şüurunun formalaşmasında təsirli rol oynaya bilər. Baş redaktorun fikrincə, millətin ideoloji prinsiplərinin müəyyənləşməsinə xidmət edən əsərlər ciddi ədəbiyyat adamlarının, musiqiçilərin əlindən çıxmalıdır: “Bu gün ölkəmizdə ən ideal milli birliyi təmin etmişik və bunu gələcəyə daşımalıyıq. Ədəbiyyat adamları anlamalıdır ki, yaradıcı insan həm də milli birliyin və həmrəyliyin prinsiplərinin təbliğatçısı olmalıdır. Çünki ədəbiyyat adamı cəmiyyətin bir parçasıdır, ziyalıdır və öz missiyasını yerinə yetirərək Azərbaycan cəmiyyətinin birliyinin daha da möhkəmlənməsinə çalışmalıdır”.
Bir sözlə, deyilənlərdən belə bir yekun qənaətə gəlmək olar ki, ölkəmizdə vətənpərvər gənc nəslin yetişməsində milli keçmişimizi, tariximizi özündə əks etdirən ədəbi nümunələrimizin payı olduqca böyükdür. 44 günlük Vətən müharibəsində əldə edilən qələbənin ədəbiyyatda lazımi şəkildə öz əksini tapması isə ziyalıların qarşısında duran əsas vəzifələrdən biridir.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  3960  |  
  • Tarix:  02-03-2021  |  
  •    Çap et   |  
“Yeni Azərbaycan” qəzeti 28 yaşında

12 Aprel 22:32
Polkovnik Babək Ələkbərov: Qürurluyam ki, qalib Ali Baş Komandanın, qalib dövlətin, qalib xalqın zabitiyəm
12 Aprel 22:29
Liviya Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib
12 Aprel 22:26
Kapitan Ramazan Hudulov: Azərbaycanda yaşayan xalqların birliyi, qardaşlığı Qələbəyə gedən yolda daha da möhkəmləndi
12 Aprel 22:21
Kapitan Nurlan Məmmədov: Vətən müharibəsində qazanılmış Qələbədə iştirakımla şərəf və qürur duyuram
12 Aprel 21:18
Azərbaycanla Əfqanıstan arasında siyasi, iqtisadi, mədəni və dini-mənəvi əlaqələr önəm kəsb edir
12 Aprel 21:16
Mayor Gündüz Səfərli: Bu gün mən və döyüşçü yoldaşlarım həyatımızın ən xoşbəxt, qürurlu anlarını yaşayırıq
12 Aprel 21:09
Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun güc-qüdrəti ilə bərabər, işğalçının faşist xislətini də göstərir
12 Aprel 21:06
Nüfuzlu siyasi Lider, Müzəffər Ali Baş Komandan, mahir diplomat
12 Aprel 21:02
Prezident: İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək
12 Aprel 20:58
Erkan Özoral: Əminəm ki, Azərbaycan Böyük qayıdış zamanı da dünyaya nümunə göstərəcək
12 Aprel 20:54
Deputat: Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb
12 Aprel 20:54
Əhliman Əmiraslanov: Türkiyə ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir
12 Aprel 20:49
Prezident İlham Əliyev: 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi
12 Aprel 20:48
Könül Nurullayeva: Hərbi Qənimətlər Parkı Böyük Qələbəmizi əbədiləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir
12 Aprel 20:45
Azərbaycan ilə Türkiyə arasında dini-mənəvi əlaqələr hər zaman yüksək səviyyədə olub
12 Aprel 19:39
Prezident İlham Əliyev: İqtisadi müstəqillik əsas məsələlərdən biri idi, ona da nail olduq
12 Aprel 19:37
Azərbaycan-Avstriya parlamentlərarası əlaqələri və əməkdaşlıq imkanları müzakirə olunub
12 Aprel 19:33
Ölkəmizdən 96 müəssisəyə Rusiyaya pomidor ixracına icazə verilib
12 Aprel 19:19
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsinə hazırlaşmalı idik və hazırlaşdıq
12 Aprel 19:16
Azərbaycan və Maldiv respublikalarının xarici işlər nazirləri arasında telefon danışığı olub
12 Aprel 18:54
Azərbaycan Prezidenti: Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq
12 Aprel 18:52
AFFA və Türkiyə Futbol Federasiyası arasında VAR sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb
12 Aprel 18:40
Prezidenti İlham Əliyev: 2003-cü ildə hakimiyyətə gələrək söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim
12 Aprel 18:37
Deputat: Prezident İlham Əliyevin hakimiyyəti illəri Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrüdür
12 Aprel 18:35
BDU-da Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr edilmiş tədbir keçirilib
12 Aprel 18:24
Prezidenti İlham Əliyev: Bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil
12 Aprel 18:20
Prezident: 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və bu fürsətdən istifadə etdilər
12 Aprel 18:19
Qənirə Paşayeva Türkiyənin tanınmış kinorejissoru ilə görüşüb
12 Aprel 18:17
Bakı Metropolitenində qatarların baxış-təmir sahələrində növbəti texniki yenilik tətbiq edilir
12 Aprel 18:15
Prezidenti İlham Əliyev: Hərbi Qənimətlər Parkına gələn hər bir insan ordumuzun gücünü, iradəmizi görəcək
12 Aprel 18:00
Prezidenti İlham Əliyev: Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik
12 Aprel 17:56
İtaliya Senatının nümayəndə heyəti Milli Məclisdə olub
12 Aprel 17:37
Azərbaycan ilə İtaliya arasında iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub
12 Aprel 17:27
Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri ilə görüşüb
12 Aprel 17:24
Günəş şüası koronavirusdan ölümlərin qarşısını almaq üçün faydalıdırmı?
12 Aprel 17:22
Meyvə ağaclarına qulluq: Yaz aylarında “Bağ məlhəmi”ndən istifadənin faydaları
12 Aprel 17:14
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
12 Aprel 17:06
Azərbaycanda koronavirus əleyhinə vurulan vaksin dozalarının sayı 1,2 milyona yaxınlaşır
12 Aprel 16:56
Azərbaycanda koronavirusa 1151 yeni yoluxma faktı qeydə alınıb
12 Aprel 16:55
Aprel döyüşlərinin əfsanəsi şəhid Pəncəli Teymurovun büstü açılıb
12 Aprel 16:46
Mikayıl Cabbarov: Üç ayda qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon dolları ötüb
12 Aprel 16:36
Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy və Ağdam rayonlarında şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb
12 Aprel 16:07
Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
12 Aprel 16:05
Türkiyə Gürcüstana növbəti hərbi yardım edib
12 Aprel 15:59
İtaliyada yay turizm mövsümünün açılacağı tarix bəlli olub
12 Aprel 15:31
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
12 Aprel 15:23
Birinci rübdə elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması üçün 37 texniki yoxlama aparılıb
12 Aprel 15:15
Balaxanı Sənaye Parkının ərazisində tullantıların emalı və xidmət müəssisələri yaradılır – Sərəncam
12 Aprel 15:01
Kəskin dəyişkən hava şəraitinin meteohəssas insanlara təsiri
12 Aprel 14:56
Türk Şurasının informasiya və media üzrə yüksək rəsmilərinin Ağdam və Gəncəyə səfəri Türkiyə mediasının diqqət mərkəzində olub
12 Aprel 14:53
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş videokonfrans keçirib
12 Aprel 14:24
Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb
12 Aprel 14:21
Kamilə Əliyeva: Şəhidlərimiz və qazilərimiz daima dövlətin diqqətindədir
12 Aprel 14:20
Şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir
12 Aprel 14:10
Fəsli Nəbiyev: Azərbaycanın gələcək inkişafını uğurlu şəkildə təmin etmək üçün cəmiyyətin əsas aparıcı qüvvəsi olan gənclər əvəzolunmaz rola malikdir
12 Aprel 14:08
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Respublika Veteranlar Təşkilatının qonağı olub
12 Aprel 14:06
Türkiyədə koronavirus səbəbindən iftar mərasimlərinə qadağalar qoyulub
12 Aprel 13:39
İtaliya Senatının nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib
12 Aprel 13:25
Naxçıvan nümayəndəliyinin rəhbəri Fransa səfiri ilə görüşüb
12 Aprel 13:23
Sevinc Qasımova: YAP Gənclər Birliyinin qarşısında duran əsas vəzifələrdən biri gənclərin potensialını doğru şəkildə dəyərləndirib daha uğurlu nəticələr əldə etməsi üçün onlara dəstək olmaqdır
12 Aprel 12:11
Misirin daha bir universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı
12 Aprel 12:09
Əhaliyə xidmət üzrə nağd pul ofisi təşkil edilib
12 Aprel 11:34
YAP Samux rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
12 Aprel 11:15
Deputat: Əgər pandemiya qaydalarına riayət etməsək, qapanma qaçılmaz ola bilər
12 Aprel 11:13
Özbəkistanda dövlət xidmətləri “ASAN xidmət” modeli əsasında təkmilləşdirilir
12 Aprel 09:33
Xalid Taimur Akram: Pakistan Qarabağ münaqişəsi başlandığı andan Azərbaycanı dəstəkləyib
12 Aprel 09:31
Deputat: Son üç ildə əldə edilən uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi kadr və struktur islahatları dayanır
12 Aprel 09:30
Deputat: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq
12 Aprel 09:27
Maltepe Universitetinin professoru: Azərbaycan həm iqtisadi, həm də hərbi güc baxımından bölgənin lider ölkəsidir
11 Aprel 19:51
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinə Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılar barədə məlumat verilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +22
gecə+8 +10