“Xocalı soyqırımından düz 29 il ötdü. Bu iyirmi doqquz illik zaman ərzində xalqımız bir gün belə Xocalıda soydaşlarımızın başlarına gətirilən müsibətləri unutmayıblar. Ulu Öndərin yenidən hakimiyyətə gəlməsi ilə hadisəyə hüquqi-siyasi qiymət verilib, "Xocalıya ədalət" kampaniyası çərçivəsində bütün dünyaya bu qətliam barədə ətraflı məlumatlar çatdırılıb”.
Bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova məxsusdur.
V.Seyidovun sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi Xocalı faciəsini bu il daha fərqli şəkildə anmağa imkan verib: “Çünki Azərbaycan Respublikası öz ərazi bütövlüyünü təmin edib, Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və Xocalı qurbanlarının qanları yerdə qalmayıb, o cümlədən Xocalı qatillərinin bir çoxu məhv edilib”.
V.Seyidovun sözlərinə görə, Xocalı soyqırımının 29-cu ildönümündə Prezident İlham Əliyev bir daha bütün dünyaya Azərbaycan həqiqətlərini çatdırdı: “Cənab Prezident 4 saat 20 dəqiqə davam edən yerli və beynəlxalq mətbuat nümayəndələri üçün mətbuat konfransında bütün suallara səbirlə, səlis, sərrast, birbaşa, təkrara yolvermədən, heç bir məqamın üstündən keçmədən, əlbəttə ki, dünyanın müxtəlif dillərində düşünüb, cavab verməklə böyük bir mütəfəkkir olduğunu bir daha sübut etdi. Bir daha anladım ki, Prezidenti İlham Əliyev kimi Lideri olan xalq xoşbəxtdir. Bir vətəndaş kimi, eyni siyasi əqidənin daşıyıcısı kimi Prezidentimlə qürur duydum. Fikrimcə, bundan sonra regionun gələcəyi və keçmiş Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətində və Azərbaycan xalqında zərrə qədər qaranlıq məqam qalmadı”.
- Oxunub: 3690 |
- Tarix: 01-03-2021 |
-
Çap et |