Ana səhifə »  Xəbər lenti »  Mənəvi normalara əsaslanan siyasət
A+   Yenilə  A-
Mənəvi normalara əsaslanan siyasət

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət və qayğı göstərilmiş, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir. Xüsusilə, indi Azərbaycanın 44 günlük Vətən Müharibəsindən qalibiyyətlə çıxdığı bu günlərdə şəhid ailələrinə olan diqqət və qayğı hər zamankından da yüksəkdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunurlar. Belə ki, şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Ölkəmizdə şəhid ailələrinə sadəcə dövlətimiz deyil, xalqımız da xüsusi həssaslıqla yanaşır. Şəhidlərimiz cəmiyyət tərəfindən daim hörmət və ehtiramla yad edilir. Sadəcə bir faktı xatırlatmaq yerinə düşərdi ki, xalqımızın şəhidlərimizə olan ehtiramı başa düşülsün. 44 günlük Vətən Müharibəsindən cəmi 2,5 ay öncə Tovuz hadisələri zamanı, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutması və nəticədə baş verən gərginlik zamanı Ermənistan tərəfinin xain hücumlarının qarşısını alarkən  qəhrəmancasına həlak olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və 5 hərbi qulluqçumuzun ictimaiyyət tərəfindən qarşılanması, onların dəfnlərinin hətta karantin dövrünə təsadüf etməsinə baxmayaraq xüsusi izdihamla müşayiət olunması bizə şəhidlərə verilən qiymətın hansı səviyyədə olmasından xəbər verir. Tovuz istiqamətində əsgərlərimizin qəhrəmanlıqla mübarizələrinə davam etdiyi vaxtda Bakıda izdihamlı aksiya keçirilmiş dövlətimizə və dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə dəstək nümayiş olunmuşdur. Həmin gün minlərlə vətənpərvər Azərbaycan gənci Şəhidlər Xiyabanına axın edərək müqəddəs and yerimizdə şəhidlərimizə ehtiramını göstərmiş və ərazi bütövlüyümüz bərpası uğrunda Ali Baş Komandandan gələn hər bir əmrə hazır olduqlarını bəyan etmişlər. Qeyd etdiyimiz kimi hadisələrin ölkə ərazisində karantin rejiminin tətbiq olunduğu zaman kəsiyinə təsadüf etməsinə baxmayaraq hüquq mühafizə orqanları da bu nümayişə dəstək vermiş, yolları açmış, nümayişçilərin təhlükəsizliyini təmin etmişdir. Əlbəttə ki, bu, ölkə başçımızın nəzarəti və göstərişi ilə təmin olunurdu. Ölkə başçımız xalqımızın istəklərinə həmişə olduğu kimi yenə diqqətlə yanaşırdı.

Bəli, bu hadisələr Azərbaycanın ən yaxın tarixinin ən yadda qalan anları idi. Xalqın birliyi, Ordusuna və Ali Baş Komandanına dəstəyi təbiidir ki, müharibə dövründə də ən yüksək səviyyədə davam etdi və bunun məntiqi nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü təmin edildi, 30 ildən sonra işğala son qoyuldu.

Bugünlərdə ölkə başçımız cənab İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlilləri ilə görüşüb və onlara mənzillərin təqdim olunması mərasimində iştirak edib. Görüş həmişəki kimi yadda qalan anlarla zəngin idi. Ancaq hesab edirəm ki, görüşün hər kəs üçün nümunə olan anı Azərbaycan Prezidentinin şəhid ailələrini hörmətini bildirdiyi an idi. Sitat: “Mən sizə öz hörmətimi bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam”.  Həqiqətən də, hər birimiz üçün nümunə olan əsas an bu olmalıdır. Azərbaycan Prezidenti vurğulayır ki, Prezident olaraq şəhid ailələrinin yanındadır. Bu, dövlətin siyasətidir, bu Prezidentin şəxsi göstərişidir.

Vurğulamaq istərdim ki, Pirallahı rayonunda da şəhid ailələrinə diqqət və qayğı hər zaman ən yüksək səviyyədə olmuş, şəhidlərimizin ailələrinə və yaxınlarına həm rayon rəhbərliyi, həm də rayon ictimaiyyəti tərəfindən daim xüsusi həssaslıqla yanaşılmışdır. Onların gündəlik qayğılarının və problemlərinin həlli prioritet istiqamət olaraq qəbul olunmuşdur. Şübhə yoxdur ki, bundan sonra da bu davam edəcək, hətta daha da yüksək səviyyəyə qaldırılacaq.

Yəqin ki, hər kəs razılaşar ki, bugünün şəhidləri, qaziləri və əlilləri dünənin qayğısız gəncləridir. Hansı ki, bu gənclər hələ dünənə kimi məktəblərdə təlim-tədris prosesində iştirak edən, üniversitetlərdə imtahanlara girən ya da yaşadığı ərazidə gündəlik həyatına davam edən gənclərdir. Amma o gənclər Vətən Müharibəsində qəhrəmanlıq, şücayət göstərdilər. O gənclər sübut etdilər ki, Azərbaycan gənci vətənpərvərdir və ölkəsinin ərazi bütövlüyü uğrunda can verməyə hazırdır. Xüsusilə bildirmək istərdim ki, gənclərimiz sadəcə səngərdə əlində silahla yox, həm də arxa cəbhədə mübarizə aparırdı. Xarici ölkələrdə onlara göstərilən təzyiqə baxmayaraq aksiyalar keçirir, səfirliklərimizdə gecə-gündüz demədən növbə tutur, mənfur ermənilərin hər əməllərinə cavab vermək üçün istər sosial şəbəklərdə, istər digər platformalarda mübarizə aparırdı. Və bu öz nəticəsini verdi, Azərbaycan hər sahədə Ermənistanı qabaqladı və Zəfər qazandı. Bu qaçınılmaz son idi. Ölkə başçısının da dediyi kimi, son dövrlərdə gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi və bu nəsil torpaqlarımızı azad etdi. Biz, hər birimiz tam əminik ki, bundan sonra da Azərbaycan gənci öz ölkəsinin gələcəyi naminə çalışacaq və həyata keçirdiyi hər əməlində ölkəsinin mənafeyini öz şəxsi mənafelərindən üstün tutacaq.

Xəyalə Cavanşirli

Pirallahi rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

 
  • Oxunub:  2910  |  
  • Tarix:  01-03-2021  |  
  •    Çap et   |  
Azərbaycanda həyata keçirilən siyasət respublikamızın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir

22 Aprel 21:09
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
22 Aprel 20:59
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
22 Aprel 20:57
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb
22 Aprel 20:53
Ahmet Yıldız: AŞPA-dakı nümayəndə heyətlərimiz arasında sıx əməkdaşlıq mövcuddur
22 Aprel 20:44
Azərbaycanda xroniki xəstəliklərdən əziyyət çəkən insanların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur
22 Aprel 20:40
Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib
22 Aprel 20:37
Azərbaycanda yürüdülən məqsədyönlü siyasət nəticəsində cəmiyyət həyatının müasirləşməsi günümüzün reallığıdır
22 Aprel 20:31
Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının növbəti iclası keçirilib
22 Aprel 20:26
Pakistanla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
22 Aprel 20:20
Komitə sədri: Azərbaycanda dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur
22 Aprel 18:54
Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
22 Aprel 18:50
Kamilə Əliyeva: Bu gün Azərbaycan sürətlə inkişaf edən dövlət olduğunu bir daha sübut edir
22 Aprel 18:47
“Erkən Uşaqlıq Dövrü İnkişafı və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub
22 Aprel 18:42
Dünya Axıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub
22 Aprel 18:38
Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olunub
22 Aprel 18:19
Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 400 minə yaxındır
22 Aprel 18:15
Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib
22 Aprel 18:04
Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb
22 Aprel 17:57
“Avro-2020”: İsveçrəli futbol azarkeşlərinin Bakıya gəlişi ilə bağlı fikir mübadiləsi aparılıb
22 Aprel 17:49
Yevlax şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb
22 Aprel 17:43
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
22 Aprel 17:40
Bəzi səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş şəxsləri tərəfindən neqativ hallara yol verilməsi çox təəssüfedicidir
22 Aprel 17:30
Vətən müharibəsinin iştirakçısı: Olimpiya çempionu olmaq istəyirəm
22 Aprel 17:27
Nazir: Apreldə qeyri-neft-qaz sektorunda əhəmiyyətli artım gözləyirik
22 Aprel 17:21
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
22 Aprel 17:11
Hulusi Akar: Atəşkəs Azərbaycanla Ermənistan arasında yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır
22 Aprel 17:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunub
22 Aprel 16:58
Fransalı hüquqşünas: “Bir zamanlar böyük bir şəhər olmuş Ağdamın bu cür dağıdıldığını görmək dəhşətlidir”
22 Aprel 16:45
Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub
22 Aprel 16:27
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı Prezident İlham Əliyevin xalqımızın Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb
22 Aprel 16:24
Jurnalistlər Suqovuşan ərazisində minaların təmizlənməsi prosesi ilə tanış olublar
22 Aprel 16:16
Finlandiyalı deputat: Minalanmış ərazilərin xəritəsinin verilməməsi münaqişənin fəsadlarının aradan qaldırılmasına ciddi maneədir
22 Aprel 16:08
Eldar İbrahimov: Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir
22 Aprel 15:48
Fransalı hüquqşünaslar Ağdamda Şahbulaq qalasını ziyarət ediblər
22 Aprel 15:45
Şamaxıda qanvermə aksiyası keçirilib
22 Aprel 15:37
Aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq
22 Aprel 15:25
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət edib
22 Aprel 15:19
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb
22 Aprel 15:14
Azərbaycanlı deputat: AŞPA-da ikili standartlar, qeyri-obyektiv və sifarişli çıxışlar çoxalıb
22 Aprel 14:53
İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb
22 Aprel 14:41
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
22 Aprel 14:31
YAP Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib
22 Aprel 14:22
Maykl Ceksonun heykəli 4 milyona satışa çıxarılıb
22 Aprel 14:21
Koronavirusun beyni zədələmə mexanizmi aşkar edilib
22 Aprel 14:09
Regionlarda reallaşdırılan sosial-iqtisadi layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir
22 Aprel 14:03
Sərbəst güləş yığmamız komanda hesabında Avropa dördüncüsü olub
22 Aprel 13:55
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
22 Aprel 13:44
NATO-nun sammiti iyunun 14-də Brüsseldə keçiriləcək
22 Aprel 13:41
BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
22 Aprel 13:37
Deputat: Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək
22 Aprel 13:14
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Ağdama səfərindən yazıb
22 Aprel 13:08
Adil Əliyev: Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar
22 Aprel 13:05
Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunublar
22 Aprel 13:01
Ermənistanın müharibə cinayətləri davam edir
22 Aprel 12:56
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Zeynallı Rəşad Qiyas oğlunun məzarını ziyarət ediblər
22 Aprel 12:52
Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir
22 Aprel 12:49
Baş Prokurorluq: 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edilib
22 Aprel 12:43
Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb
22 Aprel 12:21
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb
22 Aprel 12:17
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
22 Aprel 12:07
Bakı Ali Neft Məktəbinin rektoru İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb
22 Aprel 12:02
Media nümayəndələri Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub
22 Aprel 11:39
DYP sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı narazılıqlara cavab verib
22 Aprel 11:28
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib
22 Aprel 11:23
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb
22 Aprel 11:20
“YAŞAT” Fondun fəaliyyət istiqamətləri üzrə 19 milyon manatdan çox vəsait xərclənib
22 Aprel 11:08
İctimai xadimlər Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi ilə bağlı petisiyaya qoşulmağa çağırış ediblər
22 Aprel 10:55
Üç ayda ölkəyə 15,5 mindən çox avtomobil idxal olunub
22 Aprel 10:44
“Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib
22 Aprel 10:36
Deputat: Azərbaycan regionlarının sürətli sosial-iqtisadi inkişafı mənzərəsini tezliklə işğaldan azad olunmuş ərazilərdə də müşahidə edəcəyik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA