Ana səhifə »  Xəbər lenti »  Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir
A+   Yenilə  A-
Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir

Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar. Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq, həyəcan içində yaşayar.

1990-cı ilin qanlı 20 yanvar gecəsində şəhidlər verməklə müstəqilliyə gedən yolda xalqımız öz birliyinui, vətənpərvərliyini nümayiş etdirdi. Əfsuslar olsun ki, o dövrkü hakimiyyətin səriştəsizliyi, hakimiyyət uğrunda xərc-mərclik, xalqı deyil , öz mənafelərini güdən insanların xainliyi nəticəsində azadlığımız, müstəqilliyimiz təhlükə altına düşdü. Ölkədəki xaosdan istifadə edən ermənilər özlərinin məkrli planlarını həyata keçirmək üçün havadarlarının köməyilə Azərbaycanın dilbər guşəsi olan Qarabağı və ətraf rayonları işğal etdilər. Sözsüz ki, mütəşəkkil ordunun olmadığı bir dövrdə yenə Azərbaycanın hər bir yerindən xalqın vətənpərvər oğulları silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. Bu savaşda 20 minə yaxın soydaşımız həlak oldu. Tarixə Birinci Qarabağ müharibəsi kimi düşən bu döyüşlərdə rayonumuzdan da şəhid və sağlamlığını itirənlər oldu. Bu gün fəxrlə deyə bilərik ki, ərazi və əhali sayına görə kiçik Pirallahı rayonunun 3 Milli Qəhramanı var.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra cəbhə xəttində atəşkəsə nail olmaqla ordu quruculuğuna start verildi. 2003-cü ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin hakimiyyətə gəlişindən sonra orduda aparılan islahatlar daha da sürətləndi. Müharibə şəraitində yaşayan və torpaqlarının 20 faizi işğal altında olan bir ölkədə düzgün siyasət nəticəsində iqtisadiyyatımız inkişaf etməklə yanaşı orduda aparılan islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer aldı. 

30 ilə yaxın danışıqlar prosesində beynəlxalq qanunlar çərçivəsində sülh yolu ilə torpaqlarımızın azad edilməsinə cəhd göstərilsə də düşmən tərəf hər cəhdlə danışıqları pozaraq hərbi hücumlarla təxribatlara əl atırdı. Səbir, təmkin, iradə  nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tribunalardan torpaqlarımızın bir qarışının düşmən tapdağı altında qalmayacağına, lazım olduğu təqdirdə müharibə yolu ərazi bütövlüyümüzü təmin edəcəyimiz barədə xəbərdarlıqlar etmişdi. Son 30 ildə Azərbaycan xalqı o qədər sülhə  hazır oldu ki, müharibəyə hazır olduğumuzu düşmən də hiss eləmədi. Əslində 2016-cı ilin qalibiyyətli aprel döyüşləri, 2018-ci ildə Naxçıvanda Günnüt əməliiyatı düşmənə edilən xəbərdarlıq idi.

Zaman keçirdi. Düşmən öz “məğlubedilməzliyi” barədə miflər yaratdığı halda Azərbaycan ordu quruculuğu ilə yanaşı ölkə əhalisinin, vətəndaşların rifah halının yaxşılaşdırlması istiqamətində sosial layihələr həyata keçirirdi. Bu layihələr xalqın öz liderinə, dövlətinə olan inamını, sevgisini artırdı.

Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Son illərdə ölkənin bütün bölgələrində Şəhid ailələri və müharibə əlilləri sosial problemlərinin həlli ilə yanaşı  yaşayış evləri və minik avtomobilləri təqdim olunub.  Bu sosial layihələr çərçivəsində dövlətimizin və ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələri və müharibə əlilləri də dövlət qayğısı ilə əhatə olunub. Rayon ərazisində müharibə əlilləri və şəhid ailələri üçün 2012-ci ildə tikilib istifadəyə verilən 9 mərtəbəli yaşayış binasında məskunlaşan ailələrin sosial problemlərinin həllində rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən mütəmadi olaraq köməkliklər göstərilir. Fəxrlə vurğulamaq istərdim ki, qalibiyyətli aprel döyüşlərdə Lələtəpə uğrunda xüsusi şücaət göstərərk şəhid olanlardan biri də Pirallahı rayon sakinidir.

Şəhid ailələrinə, Birinci Qarabağ müharibəsi əlillərinə, veteranlarına dövlət qayğısı xalqımızda inamı, vətənpərvərlik hisslərini, torpağa, Vətənə bağlılığı daha da artırırdı. Məhz bu sevgi və inamın nəticəsi idi ki, erməni hərbi təxribatlarının qarşısını almaq məqsədilə haqq-ədalət savaşına bütün xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək həmrəylik nümayiş etdirdi.

Vətən müharibəsi başlanan ilk gündən Pirallahı rayon sakinləri də könüllü olaraq cəbhəyə yollanmaq məqsədilə Prezidentə çoxsaylı müraciətlər etdilər. Cəmi 20 min əhalisi olan rayondan yüzlərlə gənc könüllü olaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etdilər. Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə 2 rayon sakini şəhidlik zirvəsinə ucaldı, 5 nəfər rayon sakini yaralandı.  Hər iki şəhid ailəsi və qazilərin ailələrinin sosial problemləri rayon rəhbərliyi tərəfindən aradan qaldırılır. Mütəmadi olaraq rayon İcra hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrinə baş çəkərək diqqət və qayğı göstərirlər.

Müharibələr bitsə də onların ağrı-acılı nişanələri on illər, yüz illər özünü göstərir. Dağıdılan, məhv edilən tarixi abidələr, mədəniyyət nümunələrimizi bərpa etmək çox çətin olacaq. Yaşı 200, bəzən 300 ilə yaxın kəsilən nadir növ ağacların özü bir tarix idi. İtirdiklərimiz bizim üçün önəmli olanlar idi. Amma bundan sonra qazana biləcəklərimiz daha vacibdir. Azad olunan torpaqlarda abadlıq-quruculuq layihələrinə start verilib. Əslində Ulu Tanrı Qarabağımıza elə bir gözəllik bəxş edib ki, onu insan əli ilə məhv etmək mümkün deyil. 30 ilə yaxın bir müddətdə ermənilər ən ağır texnikalarla işğal etdikləri torpaqlarda dağıntılar törətdilər. Amma həmin torpaqlar,  diyar və məmləkət öz gözəlliyini itirmədi.

Ölkədə ekoloji durumun yaxşılaşdırılması məqsədilə ağacəkmə kampaniyalarının həyata keçirilməsi ənənəvi hal almışdır. Yarandığl 8 il ərzində rayonumuzda yüz minlərlə ağac və gül kolları əkilmiş və bu aksiyalar davamlı olaraq bu gün də davam etdirilir. Pandemiya dövrünə baxmayaraq son aylarda da bu aksiyalar çərçivəsində rayon mərkəzi olan Pirallahı qəsəbəsində 1000-dən artıq şam, küknar və digər dekorativ ağac növləri əlkilmişdir.  Azad edilmiş torpaqların “Yaşıl enerji” zonasınma çevrilməsi barədə Prezident İlham Əliyevin göstərişi bu layihələrin ölkənin bütün ərazilərini əhatə etməsini göstərir. 

Bəli... Xalqımız, Azərbaycan əsgəri Ali Baş Komandan ilham Əliyevin başçılığı altında Tarix yazdı. Xocalının işğalı Əsrin Faciəsi idisə, Şuşanın azad edilməsi Əsrin Qələbəsi kimi tarixə düşdü.

Torpağı, müstəqilliyi, azadlığı uğrunda mübarizə aparan xalqı müharibə ilə, silah ilə, zəlzələ ilə, tufan, şaxta ilə qorxutmaq olmaz, bu cür xalq üçün  dünyanın sonu yalnız inam sona çatanda olur. Bizim xalq isə həmişə Azərbaycan Prezidenti cənab İlham Əliyevə inanıb. Həmrəyliyimiz sübut etdi ki, İlham Əliyev xalqın seçimidir, amma düşmən ölkənin başçısı sadəcə kiçik, cinayətkar bir kütlənin məhsuludur.

Vətən müharibəsi həm  də Azərbaycan və Ermənistan arasında olan fərqi dünya ictimaiyyətinə çatdırdı. 44 gün ərzində təkcə döyüş meydanında deyil, diplomatik müharibədə də Azərbaycan Prezidenti İlham Əliyev dünya mediyasına həqiqətlərin çatdırılması istiqamətində böyük uğurlara imza atdı. Ermənistanın təkcə ordusu deyil, ümumilikdə uzun əsrlər boyu yalanlar üstündə qurulan beynəlxalq aləmdə formalaşdırdığı imici darmadağın oldu.  Bu gün Ermənistan daxilindəki siyasi böhran, aclıq, kütlələr arasındakı qarşıdurmalar son illərdə bu ölkədə düzgün siyasətin aparılmadığının nəticəsidir.

Vətən müharibəsindəki Zəfər Qələbəmiz, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqını və dövlətini qarşıda duran digər vəzifələri yerinə yetirmək üçün geniş imkanlar yaratdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında azad edilmiş torpaqlarda artıq icrasına start verilən sosial layihələr, abadlıq-quruculuq işləri nəticəsində işğaldan azad edilmiş torpaqlarımız cənnət-məkana çevriləcək.

İlham Əskərov          

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri

 
  • Oxunub:  2370  |  
  • Tarix:  01-03-2021  |  
  •    Çap et   |  
Azərbaycanda həyata keçirilən siyasət respublikamızın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir

22 Aprel 21:09
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
22 Aprel 20:59
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
22 Aprel 20:57
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb
22 Aprel 20:53
Ahmet Yıldız: AŞPA-dakı nümayəndə heyətlərimiz arasında sıx əməkdaşlıq mövcuddur
22 Aprel 20:44
Azərbaycanda xroniki xəstəliklərdən əziyyət çəkən insanların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur
22 Aprel 20:40
Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib
22 Aprel 20:37
Azərbaycanda yürüdülən məqsədyönlü siyasət nəticəsində cəmiyyət həyatının müasirləşməsi günümüzün reallığıdır
22 Aprel 20:31
Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının növbəti iclası keçirilib
22 Aprel 20:26
Pakistanla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
22 Aprel 20:20
Komitə sədri: Azərbaycanda dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur
22 Aprel 18:54
Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
22 Aprel 18:50
Kamilə Əliyeva: Bu gün Azərbaycan sürətlə inkişaf edən dövlət olduğunu bir daha sübut edir
22 Aprel 18:47
“Erkən Uşaqlıq Dövrü İnkişafı və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub
22 Aprel 18:42
Dünya Axıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub
22 Aprel 18:38
Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olunub
22 Aprel 18:19
Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 400 minə yaxındır
22 Aprel 18:15
Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib
22 Aprel 18:04
Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb
22 Aprel 17:57
“Avro-2020”: İsveçrəli futbol azarkeşlərinin Bakıya gəlişi ilə bağlı fikir mübadiləsi aparılıb
22 Aprel 17:49
Yevlax şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb
22 Aprel 17:43
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
22 Aprel 17:40
Bəzi səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş şəxsləri tərəfindən neqativ hallara yol verilməsi çox təəssüfedicidir
22 Aprel 17:30
Vətən müharibəsinin iştirakçısı: Olimpiya çempionu olmaq istəyirəm
22 Aprel 17:27
Nazir: Apreldə qeyri-neft-qaz sektorunda əhəmiyyətli artım gözləyirik
22 Aprel 17:21
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
22 Aprel 17:11
Hulusi Akar: Atəşkəs Azərbaycanla Ermənistan arasında yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır
22 Aprel 17:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunub
22 Aprel 16:58
Fransalı hüquqşünas: “Bir zamanlar böyük bir şəhər olmuş Ağdamın bu cür dağıdıldığını görmək dəhşətlidir”
22 Aprel 16:45
Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub
22 Aprel 16:27
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı Prezident İlham Əliyevin xalqımızın Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb
22 Aprel 16:24
Jurnalistlər Suqovuşan ərazisində minaların təmizlənməsi prosesi ilə tanış olublar
22 Aprel 16:16
Finlandiyalı deputat: Minalanmış ərazilərin xəritəsinin verilməməsi münaqişənin fəsadlarının aradan qaldırılmasına ciddi maneədir
22 Aprel 16:08
Eldar İbrahimov: Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir
22 Aprel 15:48
Fransalı hüquqşünaslar Ağdamda Şahbulaq qalasını ziyarət ediblər
22 Aprel 15:45
Şamaxıda qanvermə aksiyası keçirilib
22 Aprel 15:37
Aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq
22 Aprel 15:25
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət edib
22 Aprel 15:19
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb
22 Aprel 15:14
Azərbaycanlı deputat: AŞPA-da ikili standartlar, qeyri-obyektiv və sifarişli çıxışlar çoxalıb
22 Aprel 14:53
İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb
22 Aprel 14:41
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
22 Aprel 14:31
YAP Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib
22 Aprel 14:22
Maykl Ceksonun heykəli 4 milyona satışa çıxarılıb
22 Aprel 14:21
Koronavirusun beyni zədələmə mexanizmi aşkar edilib
22 Aprel 14:09
Regionlarda reallaşdırılan sosial-iqtisadi layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir
22 Aprel 14:03
Sərbəst güləş yığmamız komanda hesabında Avropa dördüncüsü olub
22 Aprel 13:55
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
22 Aprel 13:44
NATO-nun sammiti iyunun 14-də Brüsseldə keçiriləcək
22 Aprel 13:41
BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
22 Aprel 13:37
Deputat: Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək
22 Aprel 13:14
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Ağdama səfərindən yazıb
22 Aprel 13:08
Adil Əliyev: Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar
22 Aprel 13:05
Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunublar
22 Aprel 13:01
Ermənistanın müharibə cinayətləri davam edir
22 Aprel 12:56
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Zeynallı Rəşad Qiyas oğlunun məzarını ziyarət ediblər
22 Aprel 12:52
Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir
22 Aprel 12:49
Baş Prokurorluq: 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edilib
22 Aprel 12:43
Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb
22 Aprel 12:21
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb
22 Aprel 12:17
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
22 Aprel 12:07
Bakı Ali Neft Məktəbinin rektoru İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb
22 Aprel 12:02
Media nümayəndələri Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub
22 Aprel 11:39
DYP sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı narazılıqlara cavab verib
22 Aprel 11:28
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib
22 Aprel 11:23
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb
22 Aprel 11:20
“YAŞAT” Fondun fəaliyyət istiqamətləri üzrə 19 milyon manatdan çox vəsait xərclənib
22 Aprel 11:08
İctimai xadimlər Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi ilə bağlı petisiyaya qoşulmağa çağırış ediblər
22 Aprel 10:55
Üç ayda ölkəyə 15,5 mindən çox avtomobil idxal olunub
22 Aprel 10:44
“Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib
22 Aprel 10:36
Deputat: Azərbaycan regionlarının sürətli sosial-iqtisadi inkişafı mənzərəsini tezliklə işğaldan azad olunmuş ərazilərdə də müşahidə edəcəyik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA