Ana səhifə »  Xəbər lenti »  “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi beynəlxalq onlayn konfrans keçirib
A+   Yenilə  A-
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi beynəlxalq onlayn konfrans keçirib
“İMZA”-İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyi Xocalı soyqırmının dünyada tanıdılmasına həsr olunmuş beynəlxalq onlayn konfrans keçirib. Birliyin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə bu, İMZA-nın Xocalı soyqırımına həsr olunmuş ilk beynəlxalq tədbiri idi. Onlayn formatda keçirilən konfransa böyük maraq var idi. Dünyanın ondan artıq ölkəsindən yüzdən çox iştirakçının qatıldığı tədbir dövlət himnimizin ifası ilə başladı. Sonra Xocalı qətliamı zamanı, həmçinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Faciədən bəhs edən video-çarx nümayiş etdirildi. İMZA-nın Yerli və Beynəlxalq Layihələr departamentinin direktoru, layihənin müəllifi Emil Bayramov erməni faşizminin növbəti qurbanı olmuş Xocalı və onun günahsız dinc sakinlərinin faciəsi barəsində məlumat verdi. Dedi ki, bu soyqırımı cinayətini törədən Ermənistan faktiki olaraq dövlət səviyyəsində terror siyasəti yürüdən ölkə olduğunu sübut edib. Sonra beynəlxalq konfransın moderatoru Elnar Məmmədli iştirakçılara İctimai Birliyin bu layihəsinin məqsədi barəsində məlumat verdi. Bildirdi ki, onlayn konfrans 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı və bu illər ərzində uğurla reallaşdırılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək məqsədi ilə keçirilir. 
Siyasi elmlər doktoru, professor Elçin Əhmədov bu ümumbəşəri cinayətin motivləri, düşmən ölkənin qanlı qəddarlıq aktının detalları, erməni dövlətinin terroçu mahiyyəti haqqında müfəssəl məlumat verdi. Hadisənin bütün parametrlərinə görə əsl soyqırımı cinayəti olduğunu əsaslandırdı. Azərbaycan parlamentinin deputatları Ramil Həsən və Naqif Həmzəyev “İMZA”-nın belə bir beynəlxalq konfrans keçirmək təşəbbüsünü yüksək qiymətləndirdilər. Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasına tədbirin ciddi dəstək verəcəyini bildirdilər. 1992-ci il fevral ayının 26-da baş vermiş bu bəşəri cinayətdən dərhal sonra bölgədə olmuş jurnalistlərdən biri, litvalı Riçard Lapaitis ermənilərin bu gün də Xocalıda törətdikləri cinayəti ört-basdır etməyə, yalan məlumatları ilə məsuliyyətdən yayınmağa çalışdıqlarını söylədi: "Onların ən böyük yalanlarından biri guya Xocalının dinc sakinlərinin şəhəri tərk etmələri üçün açdıqları dəhliz barəsində dedikləridir. Bu ağ yalan və əsl erməni riyakarlığıdır".
Politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail təmsilçisi Arye Qut, TÜRKSAM sədri Sinan Oğan, Türkiyə Prezidenti Adminitrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar, qardaş ölkənin Gənc MÜSİAD təşkilatının idarə heyətinin sədri Yunus Furkan Akbal, jurnalist, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna nümayəndəsi Marina Qonçaruk çıxışlarında soyqırımının beynəlxalq tanıtımı üçün sistemli mübarizə aparmağın əsasını qoymuş “Xocalıya ədalət” kampaniyasına daha çox dəstək verməyin zəruriliyini vurğuladılar. Bildirildi ki, bu gün kampaniya dünyada çox tanınıb və fəaliyyəti də effektivdir. Məhz bu kampaniya və dövlətimizin düzgün strateji məlumatlandırma siyasəti nəticəsində dünyanın ondan artıq dövləti Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb. Ona görə də Ermənistan bu kampaniyanın uğurlarından çox ciddi narahatlıq keçirir. 
Alman faşistlərinin ikinci dünya müharibəsi zamanı Florensiya regionunda həyata keçirdikləri soyqırımı cinayəti ilə Xocalı qətliamını müqayisə edən italiyalı jurnalist Karlo Marino bəşəriyyətə çağırış etdi. O dedi ki, alman faşistləri cəzalarını artıq alıblar, indi beynəlxalq tribunalda cəzalandırılmaq “növbə”si Xocalı canilərinindir. Fransalı tanınmış tarixçi Maksim Quən isə tarixə ekskursiya edərək ermənilərin ötən əsrin əvvəllərində törətdikləri qırğınlar barəsində danışdı. Xocalıya qədər misli görünməmiş vəhşiliklərə, insan faciələrinə səbəb olmuş faşist erməni ideologiyasının daşıyıcılarının cəzasız qalmalarının gələcəkdə daha böyük bənzər faciələrə yol aça biləcəyini söylədi. Onun həmyerlisi, rəssam Reno Baltzinqer isə on bir il ərzində çəkdiyi Xocalı rəsm əsərlərindən bəhs etdi. Azərbaycanlıların, dünyanın vicdanlı insanlarının bu əsərləri böyük məhəbbətlə qəbul etdiklərini məmnunluqla vurğulayan rəssam məqsədinin günahsız və məsum xocalıların fəryadını dünyaya çatdırmaq olduğunu ifadə etdi. Pakistanlı jurnalist Malik Əyyub Sumbal yazdığı və yeni çapdan çıxmış “Tovuzdan Qarabağa” adlı əsərində erməni vandalizminə detallı toxunduğunu, Xocalı üçün bir gün mütləq ədalətin bərqərar olacağına tam əmin olduğunu dedi. Rusiyalı politoloqlar Sergey Markov və İqor Korotçenko isə erməni cinayətkarlarının bu günə qədər cəzasız qalmalarının yolverilməzliyini, onların hər biri üçün beynəlxalq tribunal qurulmasının ümumbəşəri ədalət prinsiplərinə tam uyğun olacağını arqumentlərlə əsaslandırdılar. İqor Korotçenko isə yaxın gələcəkdə Rusiyanın yeni seçiləcək parlamentinin Xocalı soyıqırmını rəsmən tanımasının zəruri olduğunu bəyan etdi. Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının Əlaqələndiricisi Yaşar Musayev, TOBB İstanbul Gənc Təşəbbüskarlar Birliyinin və Gənc MÜSİAD təşkilatının idarə heyətlərinin sədr müavini Erdem Dereli, Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təsisçisi və prezidenti Billurə Bernard Bayramova, Norveçdə yaşayan soydaşımız, modelyer və CAN təşkilatının sədri Şervin Nəcəfpur, Avstraliya Azərbaycan Assosasiyasının üzvü, hüquqşünas Cesika Oyta Xocalıya ədalətə nail olunana qədər mübarizəmizin davam edəcəyini, daha sistemli və əzmkar fəaliyyətin davam etdirilməsinin səmərəli olacağına tam əminliklərini bildirdilər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Bir millətin iki diasporu ola bilməz. Birgə fəaliyyət göstərilməlidir” tövsiyələri xatırladıldı. Türk və Azərbaycan diasporlarının sıx təmaslarının və əməkdaşığının Xocalı həqiqətlərinin beynəlxalq tanıtımına ciddi dəstək verdiyi məmnuniyyətlə qeyd olundu. Beynəlxalq konfransın iştirakçıları 44 günlük Vətən savaşında Azərbaycanın qazandığı tarixi qələbə münasibəti ilə bütün xalqımıza öz təbriklərini çatdırdılar. Sonda konfransın moderatoru ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Xocalı soyqırımı ilə əlaqədar etdiyi, bu qətliamı heç vaxt unutmayacağımızı və unutdurmayacağımızı ifadə edən paylaşımı səsləndirdi. 
Tədbir iştirakçıları belə beynəlxalq tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğuladılar.
 
  • Oxunub:  5550  |  
  • Tarix:  27-02-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

18 Aprel 20:23
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
18 Aprel 18:40
Nərgiz Hacıyeva: Artıq 200 hərbi qulluqçuya və şəhid ailələrinə psixoloji yardım göstərilib
18 Aprel 17:44
Bu gün koronavirus infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub
18 Aprel 17:23
Azərbaycanda koronavirusa 2 min 144 yeni yoluxma faktı qeydə alınıb
18 Aprel 15:15
İstanbulun Taksim meydanında inşa edilən məscid Ramazan bayramınadək ibadətə açılacaq
18 Aprel 15:04
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin XIX toplantısı keçirilib
18 Aprel 13:25
Azərbaycanın Vətən müharibəsində hərbi-diplomatik və tarixi Qələbəsini reallaşdıran müdrik dövlət xadimi
18 Aprel 12:05
Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək şansları daha da artacaq
18 Aprel 12:00
Ağdamda qoyun otaran şəxs minaya düşüb, bir ayağı amputasiya edilib
18 Aprel 11:55
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
18 Aprel 11:49
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Aprel 11:42
Uels milli komandasının nümayəndə heyəti Bakıda səfərdə olub
18 Aprel 11:38
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib
18 Aprel 11:35
Rəcəb Tayyib Ərdoğan: 2021-ci ili ölkəmiz və millətimiz üçün bir şahlanma ilinə çevirəcəyik
18 Aprel 11:31
Giləzi qəsəbəsinin yaxınlığında “Qrad” mərmisi aşkarlanıb
17 Aprel 18:13
Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində ədəbi-bədii kompozisiya hazırlayıb
17 Aprel 17:56
Azərbaycanda koronavirusa 2148 yeni yoluxma faktı qeydə alınıb
17 Aprel 17:51
Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub
17 Aprel 15:16
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
17 Aprel 15:01
Prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb
17 Aprel 14:52
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
17 Aprel 14:35
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
17 Aprel 14:26
Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17 Aprel 14:21
ÜST rəhbəri: Dünya vaksinlərə bərabər əlçatanlığın təminatında uğursuzluğa düçar olub
17 Aprel 14:15
BDU-nun 250-dək əməkdaşı peyvənd olunub
17 Aprel 14:03
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Aprel 13:56
Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17 Aprel 12:51
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
17 Aprel 12:49
Vüqar İskəndərov: Minsk qrupunun həmsədrləri postmünaqişə dövrü ilə bağlı təkliflər verməlidir
17 Aprel 12:46
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17 Aprel 12:39
Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
17 Aprel 12:37
Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır
17 Aprel 12:27
Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur
17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA