"30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan kəndlərimizi, şəhər və rayonlarımızı xarabalığa çevirib. Mənfur düşmən, eyni zamanda, hətta qeyri-hərbi təyinatlı torpaqları belə minalamaqla hərbi cinayətə yol verib".
Bu fikirləri açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, ermənilər 44 günlük müharibədə məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdiriblər. Partiya sədri vurğulayıb ki, minalanmış ərazilərin xəritələrinin hələ də Azərbaycana verilməməsi Ermənistanın beynəlxalq qanunlara riayət etməməsinin növbəti göstəricisidir: "1999-cu ildə qəbul olunmuş müvafiq beynəlxalq Konvensiyaya görə, piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsi qadağan edilib. Bir sözlə, Ermənistanın bu addımı, qeyd etdiyim kimi, növbəti hərbi cinayətdir. Fikrimcə, dünya birliyi minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməməsinə qarşı Ermənistana etirazını bildirməlidir. Çünki istisnasız olaraq minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir".
PƏRVİZ
- Oxunub: 4440 |
- Tarix: 27-02-2021 |
-
Çap et |