"Yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi münasibətlərin dialoq mühitində inkişafına zəmin yaradıb. Ötən dövr ərzində bütün sahələrdə olduğu kimi, siyasi mühitdə də islahatların aparılması, yenilənmə milli həmrəyliyin inkişafına təkan verməkdədir. Bu, həm də 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən mühüm amillərdən biri olub. Belə ki, cənab Prezidentin təşəbbüsü ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşləri ölkəmizdə siyasi münasibətlərin dialoq mühitində inkişafına yol açıb".
Bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib.
Fevralın 19-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədə tanınmış politoloq və müvafiq sahədə ixtisaslaşmış QHT rəhbərləri ilə "Siyasi dialoqun Azərbaycan modeli" adlı görüşünün keçirildiyini xatırladan R.Qonaqov vurğulayıb ki, tədbirdə milli həmrəyliyin inkişaf etdirilməsinin zəruriliyi ilə bağlı mühüm fikirlər səsləndirilib: "Görüşdə o da bildirildi ki, ölkəmizdə postmüharibə dövründə də dialoqun daha da gücləndirilməsi mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, bu məsələdə hər kəs aktiv olmalı və prosesə öz töhfəsini verməlidir".
PƏRVİZ
- Oxunub: 5340 |
- Tarix: 27-02-2021 |
-
Çap et |