Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad edilmiş Əfəndilər kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Əfəndilər kəndi 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 25-də kəndi işğaldan azad edib.
- Oxunub: 2520 |
- Tarix: 27-02-2021 |
-
Çap et |