Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Minnesota–Azərbaycan Cəmiyyətinin rəhbəri Günel Rallisin təşkilatçılığı ilə Minnesota ştatının Minneapolis şəhərində “Xocalıya ədalət!” şüarının yazıldığı lövhə yerləşdirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində şəhərin mərkəzi avtomobil magistralında yerləşdirilən lövhədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilən soyqırımı barədə şəkillər və məlumatlar əks olunub. Məlumatlarda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsinə diqqət cəlb edilib.
Lövhənin bir ay müddətində nümayiş olunması nəzərdə tutulub.
- Oxunub: 2580 |
- Tarix: 25-02-2021 |
-
Çap et |