200 ildən çoxdur ki, Azərbaycan xalqı davamlı olaraq erməni şovinist, daşnak və digər terrorçu-cinayətkar qüvvələrin kütləvi qırğınlarına, deportasiya və soyqırımına məruz qalır. XX əsrin əvvəllərindən isə özgə torpaqları hesabına özlərinə dövlət yaradan erməni daşnaklarının mənfur siyasətini davam etdirən Ermənistan rəhbərliyi “Böyük Ermənistan” yaratmaq kimi sərsəm ideyanı reallaşdırmağa cəhdlər edir.
1992-ci ilin 26 fevralında erməni cinayətkarları tərəfindən həyata keçirilmiş və tarixə “Xocalı faciəsi”, “Xocalı soyqırımı” kimi daxil olmuş dəhşətli qırğın isə təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vandallıq aktıdır. Belə ki, Xocalı soyqırımı öz amansızlığına, forma və miqyasına görə ən dəhşətli cinayətlərdən olmaqla, əsrin Xatın, Xirosima, Sonqimı kimi faciələri ilə bir sırada dayanır.
Buna görə də Azərbaycan xalqı və dövləti Xocalı dəhşətlərini heç zaman unutmayıb və unutmayacaq. Qeyd edim ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun “Dəmir yumruq”la düşmənin başını əzməsi, eyni zamanda, Xocalı soyqırımını tördənlərin cəzalandırılmasıdır. Belə ki, Vətən müharibəsində məhv etdiyimiz erməni silahlı qüvvələrinin tərkibində Xocalı caniləri də vuruşurdu.
Bu qələbə ilə həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eyni zamanda, Xocalı qurbanlarının hamısının qanının yerdə qalmadığını sübut edik. Biz, eyni zamanda, 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbə ilə 30 ilə yaxın müddət ərzində erməni qəsbkarlarının işğal altında saxladığı torpaqları geri aldıq. Xocalı soyqırımına rəhbərlik edən Koçaryan, Sarkisyan və Ohanyan kimi beynəlxalq canilərə də ömürlük dərs verdik.
Lakin, buna baxmayaraq, biz bundan sonra da Xocalı faciəsinin dəhşətlərini daim gələcək nəsillərə ötürülməsi, o cümlədən Xocalı faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, bu vəhşiliyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi üçün dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın beynəlxalq “Xocaliya Ədalət” kampaniyasına hərtərəfli dəstək göstərməliyik. Bu, bizim vətəndaşlıq borcumuz olmaqla yanaşı, eyni zamanda şəhidlərimiz və Xocalı qurbanlarının ruhu qarşısında insanlıq borcumzdur. Ona görə ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir.
Ramiz Göyüşov
YAP Binəqədi rayon təşkilatının sədri
- Oxunub: 4500 |
- Tarix: 25-02-2021 |
-
Çap et |