Ana səhifə »  Xəbər lenti »  Xocalıda baş verənlər nə üçün soyqırımıdır?
A+   Yenilə  A-
Xocalıda baş verənlər nə üçün soyqırımıdır?

“Genosid” termini beynəlxalq hüquqda “qəsdən və sistemli şəkildə dövlətin milli, irqi, dini, siyasi və etnik qrupu tam və hissəvi şəkildə məhv etməsi” kimi tanınır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi soyqırımı cinayətinə öz tərifi vardır. Belə ki, bu, qətl anlayışı ilə yanaşı insanların yaşamaq hüququnun inkar edilməsi kimi də xarakterizə edilir. Bunlar isə öz növbəsində soyqırımın “əhalinin qəsdən məhv edilməsi cəhdi” olduğunu bir daha sübut edir və genosidi “kütləvi qırğın” anlayışından tamamilə ayırır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Məzahir Əfəndiyevin “Xocalıda baş verənlər nə üçün soyqırımıdır?” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

İkinci Dünya Müharibəsindən etibarən tarixin ən fəlakətli soyqırımları həyata keçirilmişdir. Almanların Yəhudilərə qarşı Holokostu, Bosniyadakı etnik təmizləmələr və Ruandadakı qırğınlar tarixin qanlı səhifələrinə çevrilmişdir. Təəssüflər olsun ki, sülh və bəşəriyyətin əleyhinə olan cinayətlər müasir dövrümüzdə də davam etmiş və Azərbaycanın tarixində də qanlı yaraya çevrilmişdir.

Azərbaycan xalqı 1992-ci ilin fevralında televiziya ekranlarında öz həmvətənlərinin vəhşicəsinə öldürülməsinə: ölən uşaqların, təcavüzə məruz qalan qadınların, yaşlı insanların kəsilmiş cəsədlərinin, yerə səpələnmiş donmuş meyitlərin görüntülərinə dəhşətli şəkildə şahidlik etdi. 600 sakin, 200-dən çox qadın, 83 uşaq, 70 qoca və 150 itkin düşən, 487 yaralı və 1270 mülki şəxs daxil olmaqla 613 azərbaycanlı mülki şəxsin girov götürülməsi ilə nəticələnən həmin gecə Azərbaycan və Ermənistan arasında baş verən Dağlıq Qarabağ müharibəsindəki ən ağır hərbi cinayətə çevrildi. Soyqırımı aktı nəticəsində “Xocalı” şəhəri demək olar ki, tamamilə məhv edildi.

Bu az deyilmiş kimi, qırğına məruz qaldıqdan sonra Xocalı şəhərini boşaltmağa çalışan mülki şəxslər Ermənistan qoşunları tərəfindən izlənilərək vəhşicəsinə qətlə yetirildilər. Ermənistan hökuməti tərəfindən düşünülmüş terror siyasətinin bir hissəsi olan Xocalı hadisəsi mülki insanları öldürmək və qorxutmaq yolu ilə onları bölgədən qaçırmaq cəhdi idi. Bu Ermənistan ordusunun Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrini işğal etməsinə imkan verəcəkdi. İstənilən şəkildə bu təmiz və sadə bir etnik təmizləmə idi.

Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün əməli səy göstərmişdir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi bu gün Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olaraq müəyyənləşdirilib və bu istiqamətdə davamlı olaraq addımlar atılmaqdadır.

Həyata keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində bu qırğının Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı kimi tanınması üçün sərgilər, təqdimatlar, kitablar, müxtəlif dillərdə çap olunmuş jurnal və qəzet materialları nümayiş etdirilmiş, müxtəlif şəhərlərdə mitinqlər və konfranslar baş tutmuş, "Xocalı soyqırımı: siyasi, hüquqi və psixoloji aspektlər" mövzusunda dəyirmi masalar və sosial şəbəkələrdə onlayn kampaniyalar keçirilmişdir. Bu günə qədər onlarla ölkədə uğurla fəaliyyət göstərən bu kampaniyaya 120 mindən çox insan və 115 təşkilat qoşulub. Nəticə olaraq, Xocalı qətliamı hal-hazırda 10 ölkədə və Amerika Birləşmiş Ştatlarının 21 əyalətində qəbul edilmiş parlament aktları ilə tanınır.

Xocalıda yaşanan dəhşət və həmin gecənin canlı şahidləri ilə müsahibələr dünyanın bir çox milli və beynəlxalq səviyyəli kitab, jurnal, qəzet və məqalələrində yer almışdır. Bunlarla yanaşı Xocalı genosidinin əsl təşkilatçısının Ermənistan hökuməti olduğunu danılmaz bir fakt olaraq dünyaya təqdim edən əsas məqam isə onların öz fikirləri ilə etiraf olunmuş kitab və müsahibələridir.

Bu gün belə satışda olan və Marker Melkonyanın yazdığı “Qardaşımın Yolu” kitabı erməni silahlısı və Xocalı qətliamının iştirakçısı olmuş Monte Melkonyanın həyatına həsr olunmuşdur. Xarici dillərə tərcümə olunmuş kitabın Ermənistan terrorçusunun “qəhrəman” kimi qələmə verilməsi nə qədər təəssüf hissi doğursa da, orada qeyd olunan sətirlər Xocalı şəhərinə edilən hücumun strateji bir hədəf olduğunu da açıq şəkildə sübut edir və Ermənistanın terrorçu xislətini ortaya qoyur.

Həmçinin, keçmiş erməni lideri Serj Sarkisyan 2004-cü ildə İngilis jurnalisti Tomas de Vaal-a verdiyi müsahibədə: "Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat etdiklərini düşünürdülər; ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar olduğunu düşünürdülər. Biz bunun əksini sübut edə bildik…" sözləri ilə Xocalı qətliamında Ermənistan hökumətinin birbaşa iştirakı olduğunu öz sözləri ilə sübut etmişdir.

Bir daha ermənilər tərəfindən “Xocalı” da baş verən qırğın beynəlxalq humanitar hüququn qanun və qaydalarına, BMT Konvensiyalarına, qadın və uşaq hüquqları ilə bağlı insan haqları perspektivlərinə və dağıdılmış Xocalı şəhərinə əsaslanan aşkar faktlarla etnik təmizləmədir. Azərbaycan ötən 27 il ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən icrasına nail olunmamış 4 əsas qətnaməni icra edərək regionda sülhü və ədaləti bərqərar etsə də, təəssüf olsun ki, Xocalı qətliamı bir çox dünya dövlətləri tərəfindən hələdə ədalətsiz bir şəkildə tanınmamış olaraq qalır. Beləliklə, Azərbaycan həmin qanlı gecənin şahidi olan insanların naminə mübarizəsini davam etdirəcək və Xocalını qətliam kimi dünyada tanıdacaq.

Xocalı qətliamının tanınması və Xocalı cinayətinin qatillərinin beynəlxalq arenada öz cəzalarını alması, sadəcə o qanlı gecədə qurban olan insanların hüquqlarının yerinə yetirilməsi deyil, həmçinin gələcəkdə insanlığa qarşı baş verə biləcək soyqırımlarının və qırğınların qarşısının alınmasıdır. Dünyanın bu soyqırımına qarşı laqeyd qalması, gələcək nəsillərin millətlər arasında dostluq və birliyə olan ümidlərini yox edəcəkdir.

 
  • Oxunub:  2580  |  
  • Tarix:  25-02-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

18 Aprel 20:23
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
18 Aprel 18:40
Nərgiz Hacıyeva: Artıq 200 hərbi qulluqçuya və şəhid ailələrinə psixoloji yardım göstərilib
18 Aprel 17:44
Bu gün koronavirus infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub
18 Aprel 17:23
Azərbaycanda koronavirusa 2 min 144 yeni yoluxma faktı qeydə alınıb
18 Aprel 15:15
İstanbulun Taksim meydanında inşa edilən məscid Ramazan bayramınadək ibadətə açılacaq
18 Aprel 15:04
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin XIX toplantısı keçirilib
18 Aprel 13:25
Azərbaycanın Vətən müharibəsində hərbi-diplomatik və tarixi Qələbəsini reallaşdıran müdrik dövlət xadimi
18 Aprel 12:05
Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək şansları daha da artacaq
18 Aprel 12:00
Ağdamda qoyun otaran şəxs minaya düşüb, bir ayağı amputasiya edilib
18 Aprel 11:55
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
18 Aprel 11:49
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Aprel 11:42
Uels milli komandasının nümayəndə heyəti Bakıda səfərdə olub
18 Aprel 11:38
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib
18 Aprel 11:35
Rəcəb Tayyib Ərdoğan: 2021-ci ili ölkəmiz və millətimiz üçün bir şahlanma ilinə çevirəcəyik
18 Aprel 11:31
Giləzi qəsəbəsinin yaxınlığında “Qrad” mərmisi aşkarlanıb
17 Aprel 18:13
Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində ədəbi-bədii kompozisiya hazırlayıb
17 Aprel 17:56
Azərbaycanda koronavirusa 2148 yeni yoluxma faktı qeydə alınıb
17 Aprel 17:51
Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub
17 Aprel 15:16
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
17 Aprel 15:01
Prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb
17 Aprel 14:52
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
17 Aprel 14:35
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
17 Aprel 14:26
Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17 Aprel 14:21
ÜST rəhbəri: Dünya vaksinlərə bərabər əlçatanlığın təminatında uğursuzluğa düçar olub
17 Aprel 14:15
BDU-nun 250-dək əməkdaşı peyvənd olunub
17 Aprel 14:03
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Aprel 13:56
Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17 Aprel 12:51
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
17 Aprel 12:49
Vüqar İskəndərov: Minsk qrupunun həmsədrləri postmünaqişə dövrü ilə bağlı təkliflər verməlidir
17 Aprel 12:46
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17 Aprel 12:39
Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
17 Aprel 12:37
Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır
17 Aprel 12:27
Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur
17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +22
gecə+9 +13