Ana səhifə »  Xəbər lenti »  Xocalı soyqırımının bütün dünyada tanıdılması ümumxalq məsələsidir, hər birimiz bu işdə fəallıq göstərməliyik
A+   Yenilə  A-
Xocalı soyqırımının bütün dünyada tanıdılması ümumxalq məsələsidir, hər birimiz bu işdə fəallıq göstərməliyik

Təkcə xalqımıza qarşı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət olan Xocalı soyqırımının ildönümü Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd edilir. Hər il olduğu kimi, bu il də müxtəlif ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır, erməni vəhşiliklərini əks etdirən sərgilər, filmlər nümayiş olunur. Ancaq onu da qeyd etmək lazımdır ki, bu il əvvəlki illərdən fərqlənir. Çünki Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Ermənistana layiq olduğu yeri göstərdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Çingiz Qənizadə qeyd edib ki, 30 il havadarlarının himayəsi ilə torpaqlarımızı işğal atlında saxlayan, sərhədboyu ərazilərdə təxribatlar törədən, dinc əhalini qətlə yetirən Ermənistan ordusu diz çökdürüldü. Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla işğalçı ölkə rəsmən təslim olduğunu təsdiqlədi. İndi bütün dünya Azərbaycanı qalib, Ermənistanı isə məğlub kimi tanıyır. Xocalılıların qanı yerdə qalmadı, qisası alındı. Bu faciənin 29–cu ili qəm–qüssə ilə xatırlansa da, soyqırımının qurbanları qarşısında başımızı dik tuturuq və “qanınız yerdə qalmadı!” deyirik.

Hazırda dünyanın əksər ölkələrində Xocalı faciəsinin qurbanları ehtiramla yad edilir. Bu, həm də dünya ictimaiyyətinin, gec də olsa, əsl həqiqəti dərk etməsinə bir işarədir. Nəhayət, bəşəriyyəti silkələyən bu faciə siyasi-hüquqi qiymətini almalıdır. Ümumiyyətlə, son 30 il ərzində Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı hərbi təcavüzü fonunda törədiyi müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. “Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin Xocalıda xalqımıza qarşı törətdikləri kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyub. Bir gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Faciə zamanı 487 nəfər yaralanıb, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.

Dünya birliyi bu ədalətsizliyə göz yumsa da, mötəbər beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətinin dayandırılması, o cümlədən işğal etdikləri Azərbaycan ərazilərindən öz qoşunlarını qeyd- şərtsiz çıxarmaları barədə qəbul etdikləri qətnamələr kağız üzərində qalsa da, Azərbaycan Ordusu öz gücü ilə işğala birdəfəlik son qoydu və işğalçı ordunu darmadağın edərək Xocalının da qisasını aldı. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti dərk etməli, insanlığa qarşı törədilən bu cinayət öz siyasi -hüquqi qiymətini almalıdır. Xatırladım ki, ötən il sentyabrın 27-də Ermənistan ordusunun Azərbaycanın sərhədboyu ərazilərinə hücumunun qarşısı qətiyyətlə alındı və 44 gün ərzində tarixi Qələbə qazandıq. Bu döyüşdə Xocalıda soyqırımı törədən erməni hərbçiləri də məhv edildi.

Çingiz Qənizadə deyib: “Təəssüf ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün yalnız ulu öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərliyindən sonra baş vermişdir. Məhz həmin vaxtdan başlayaraq dünya azərbaycanlıları və Azərbaycan hökuməti erməni millətçilərinin Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu, Xocalı şəhidləri qarşısında hər birimizin vətəndaşlıq və insanlıq borcumuzdur. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib.

Prezident İlham Əliyevin, Birinci vitse- prezident Mehriban xanım Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətləri sayəsində artıq dünyanın bir sıra ölkələrinin, ABŞ-ın bir sıra ştatlarının parlamentləri bu soyqırımının tanınması haqqında sənədlər qəbul edib. Bu dəhşətli soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xüsusi xidmətləri var. Fondun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mühüm işlər görülüb. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Xocalı soyqırımının dünyanın müxtəlif ölkələrində keçirilən aksiyalara dəstək məqsədilə xüsusi hazırlanmış ekspozisiya və ingilis dilində bukletlər erməni qəddarlığının ifşasında mühüm rol oynayıb. Bu işdə həmin ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələrimizin də rolunu xüsusi qeyd etmək yerinə düşərdi. Məhz xaricdəki diplomatik nümayəndəliklərimiz vasitəsilə ABŞ, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Belarus, Çexiya, Fransa, Gürcüstan, İndoneziya, İsveç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və Yaponiyada təqdim olunan ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspaniya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə edib.

Bundan başqa, ABŞ –ın bir neçə ştatında, həmçinin Belçikada, bir sıra MDB ölkələrində, habelə Estoniya parlamentində Xocalı faciəsi yenidən müzakirə mövzusu olmuş, erməni vəhşiliyi barəsində dünya ictimaiyyətinə məlumat verilmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlərin dünya ictimaiyyətinin nümayəndələri arasında yayılması xüsusi qeyd edilməlidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlərin təşkil olunması erməni vəhşiliyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Hazırda Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılması məqsədilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində petisiyaya imza toplanmasına başlanılıb.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və digər ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib.

Hər il olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu soyqırımının dünyada tanıdılması ümumxalq məsələsidir və hər bir azərbaycanlı Xocalı qətliamının tanıdılması işində fəal iştirak etməlidir. Əsas məqsədimiz odur ki, təkcə Xocalı soyqırımı deyil, beynəlxalq miqyasda törədilən bu tipli cinayətlərin qarşısı alınsın və belə cinayətləri törədənlər layiqli cəzalarını alsınlar. Belə cinayətkarların içərisində bu gün böyük bir dəstə Ermənistana rəhbərlik etmiş şəxslərdir. İşğalçı ölkənin sabiq prezidenti, hələ də azadlıqda gəzən, utanıb–çəkinmədən faciənin törədilməsində təşkilatçı olduğunu gizlətməyən Serj Sarkisyan və onun komandası öz layiqli cəzasını almalıdır. Xocalı soyqırımını törətmiş insanlar azadlıqda gəzə bilməzlər. Dünya ictimaiyyəti buna yol verməməlidir. Bütün vasitələrlə çalışmalıyıq ki, Xocalı soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün hüquqi-siyasi qiymətini alsın. Bu soyqırımının bütün dünyada tanıdılması ümumxalq məsələsidir və hər birimiz qətliamın dünyada tanıdılması işində iştirak etməliyik.

Bu gün işğaldan azad olunmuş Azərbaycan ərazilərində dövlət bayrağımızın dalğalanması və həmin bayraqları Prezidentimizin qaldırması hər birimizdə qürur hissi yaşadır. Bu, Azərbaycanın haqq işinin təntənəsidir. İnanırıq ki, dünya ictimaiyyəti Xocalı soyqırımını tanımaqla Ermənistanın iç üzünü bir daha ifşa edəcək”.

 
  • Oxunub:  2670  |  
  • Tarix:  25-02-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

18 Aprel 20:23
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
18 Aprel 18:40
Nərgiz Hacıyeva: Artıq 200 hərbi qulluqçuya və şəhid ailələrinə psixoloji yardım göstərilib
18 Aprel 17:44
Bu gün koronavirus infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub
18 Aprel 17:23
Azərbaycanda koronavirusa 2 min 144 yeni yoluxma faktı qeydə alınıb
18 Aprel 15:15
İstanbulun Taksim meydanında inşa edilən məscid Ramazan bayramınadək ibadətə açılacaq
18 Aprel 15:04
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin XIX toplantısı keçirilib
18 Aprel 13:25
Azərbaycanın Vətən müharibəsində hərbi-diplomatik və tarixi Qələbəsini reallaşdıran müdrik dövlət xadimi
18 Aprel 12:05
Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək şansları daha da artacaq
18 Aprel 12:00
Ağdamda qoyun otaran şəxs minaya düşüb, bir ayağı amputasiya edilib
18 Aprel 11:55
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
18 Aprel 11:49
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Aprel 11:42
Uels milli komandasının nümayəndə heyəti Bakıda səfərdə olub
18 Aprel 11:38
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib
18 Aprel 11:35
Rəcəb Tayyib Ərdoğan: 2021-ci ili ölkəmiz və millətimiz üçün bir şahlanma ilinə çevirəcəyik
18 Aprel 11:31
Giləzi qəsəbəsinin yaxınlığında “Qrad” mərmisi aşkarlanıb
17 Aprel 18:13
Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində ədəbi-bədii kompozisiya hazırlayıb
17 Aprel 17:56
Azərbaycanda koronavirusa 2148 yeni yoluxma faktı qeydə alınıb
17 Aprel 17:51
Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub
17 Aprel 15:16
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
17 Aprel 15:01
Prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb
17 Aprel 14:52
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
17 Aprel 14:35
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
17 Aprel 14:26
Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17 Aprel 14:21
ÜST rəhbəri: Dünya vaksinlərə bərabər əlçatanlığın təminatında uğursuzluğa düçar olub
17 Aprel 14:15
BDU-nun 250-dək əməkdaşı peyvənd olunub
17 Aprel 14:03
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Aprel 13:56
Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17 Aprel 12:51
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
17 Aprel 12:49
Vüqar İskəndərov: Minsk qrupunun həmsədrləri postmünaqişə dövrü ilə bağlı təkliflər verməlidir
17 Aprel 12:46
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17 Aprel 12:39
Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
17 Aprel 12:37
Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır
17 Aprel 12:27
Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur
17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +22
gecə+9 +13