Ana səhifə »  Xəbər lenti »  Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir
A+   Yenilə  A-
Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Almaniyanın RND xəbər agentliyinə geniş müsahibə verib.

AZƏRTAC xəbər verir ki, Almaniyanın RND xəbər agentliyinin jurnalisti Yan Emendörfer (Jan Emendörfer) Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovdan müsahibə alıb və müsahibə sözügedən agentliyin onlayn portalında, eləcə də “Madsak” nəşriyyat qrupuna daxil olan digər qəzetlərdə dərc olunub.

Müsahibə əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə həsr olunub. Səfir Ramin Həsənov Azərbaycanın Ermənistan tərəfindən irəli sürülən Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı təklifini rədd etməsinin səbəbləri ilə bağlı jurnalistin sualına cavab verərək bildirib ki, gündəlikdə ümumiyyətlə belə bir məsələ mövcud deyil, hər hansı səsvermə keçirilməsinə ehtiyac yoxdur və belə bir səsvermə tamamilə istisna olunur.

O bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi rayonu təqribən 30 il əvvəl Ermənistan tərəfindən işğal olunsa da, beynəlxalq hüquqa görə hər zaman Azərbaycanın tərkib hissəsi olaraq qalıb. Bu bölgədən 750 mindən çox, Ermənistanın özündən isə 250 mindən çox azərbaycanlı qovulub. Buna baxmayaraq Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinə çalışıb. Səfir bildirib ki, əks təqdirdə Azərbaycan, təxminən 30 il ərzində ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan, lakin uğursuzluqla nəticələnən sülh danışıqlarında iştirak etməzdi. Səfir qeyd edib ki, Ermənistan tərəfi dünya ictimaiyyətinin işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsinə dair tələblərinə və o dövrdə mövcud olan status-kvonun qəbuledilməz olması ilə bağlı çağırışlarına məhəl qoymayıb, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni də yerinə yetirməyib.

Səfir jurnalistin son müharibəyə gətirib çıxaran səbəblərlə bağlı sualına cavab olaraq bildirib ki, Ermənistanın yeni hökumətinin təxribatları döyüşlərin başlaması üçün həlledici olub. Belə ki, 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunmuş Dağlıq Qarabağa etdiyi təxribatçı səfərlərindən birində “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deyə bildirib. Elə həmin il, Ermənistanın o zamankı müdafiə naziri Davit Tonoyan, Nyu-Yorkda erməni icması ilə keçirdiyi görüşdə “yeni ərazilər üçün yeni müharibələr” strategiyasını elan edib. Bundan əlavə, Ermənistan qanunsuz məskunlaşma siyasəti əsasında Yaxın Şərqdən olan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasını həyata keçirib. Həmçinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qurduğu və idarə etdiyi qanunsuz rejim “mühüm inzibati idarələri” işğal altındakı Şuşa şəhərinə köçürmək niyyətində olduğunu elan edib.

Ramin Həsənov qeyd edib ki, ermənilər Şuşa şəhərinin azərbaycanlılar üçün tarixi, mədəni və etnik baxımdan həlledici əhəmiyyətə malik olduğunu bilə-bilə bu addımı qəsdən atıblar. Bununla kifayətlənməyən Ermənistan 2020-ci ilin iyulunda işğal altında olan ərazilərimizdən uzaq məsafədə yerləşən Azərbaycanın Tovuz sərhəd bölgəsinə hücum edib və hücum zamanı ağır silahlardan istifadə olunub. Nəticədə bir mülki şəxs və bir ordu generalı da daxil olmaqla çoxsaylı hərbi qulluqçu həyatını itirib. Səfir əlavə edib ki, onun fikrincə bu cəhd daha geniş və daha böyük bir hücum üçün sınaq rolunu oynayıb. Ermənistan bu hücumla üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı ölkələri münaqişəyə cəlb etmək niyyətində olub. Bu ölkələr isə reallıqları görərək erməni təxribatına getməyiblər. Eyni zamanda, Ermənistandan Tovuz istiqamətində edilən hücum həmin ərazinin yaxınlığından keçən neft və qaz infrastrukturuna ziyan vurmaq, eləcə də Cənub Qaz Dəhlizinin fəaliyyətə başlamasının qarşısını almaq məqsədi daşıyıb.

Lakin ermənilər məqsədlərinə çata bilməyiblər və Azərbaycan Ordusu hərbi hücumu qətiyyətlə dəf edib. Ermənistan daha sonra iyul-sentyabr ayları arasında ölkəmizə hərbi təxribat qrupu göndərib və bu cəhd də boşa çıxıb. Qrup üzvləri zərərsizləşdirilib, qrupun rəhbəri isə həbs olunub. O rəhbərlik etdiyi qrupun Azərbaycanda terror aktları həyata keçirmək istədiyini etiraf edib.

Səfir vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri o vaxtki cəbhə xətti boyunca Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv hücum etməyə başlayıb. Azərbaycan isə əks-hücuma keçərək təqribən 30 il müddətində işğal altında olan ərazilərini azad edib.

Jurnalist Emendörfer Ermənistanın Azərbaycanı ermənilərin Dağlıq Qarabağdan məcburi köçürülməsinə görə tənqid etdiyini, Ermənistanda geri qayıtmağa cəsarət etməyən təxminən 40 minə qədər qaçqının olduğunu qeyd edib və səfirdən buna münasibət bildirməsini istəyib.

Səfir Həsənov bildirib ki, Ermənistanın bu məsələdə Azərbaycanı tənqid etməyə haqqı yoxdur. Ermənistan Azərbaycan ərazilərini işğal etdikdən sonra bu ərazilərdə etnik təmizləmə həyata keçirib. Azərbaycanlı qaçqın və məcburi köçkünlər elementar hüquqlardan, yəni yaşamaq, azadlıq və digər əsas hüquqlardan məhrum edilib. Azərbaycan isə 44 günlük müharibə dövründə həmişə beynəlxalq humanitar hüquqa riayət edib. Azərbaycan heç vaxt erməni millətindən olan vətəndaşlarımızın Dağlıq Qarabağda yaşamaq hüququnu şübhə altına almayıb və həmişə birlikdə yaşamaq üçün səy göstərib. Şübhəsiz ki, artıq 50 mindən çox erməninin Dağlıq Qarabağa qayıtması da Azərbaycanın razılığı olmadan mümkün olmazdı. Azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qaytarılması da tezliklə mümkün olmalıdır. Azərbaycan Dağlıq Qarabağda dinc, yanaşı yaşamağın təmin ediləcəyini bəyan edib. Bu səbəbdən, Dağlıq Qarabağda yaşayan ermənilərin azərbaycanlılarla birlikdə yaşamaq barədə “qorxuları” əsassızdır. Bu gün Azərbaycanda demək olar ki, 30 min erməni problemsiz yaşayır. “Bu insanlar bizim vətəndaşlarımızdır və başqaları ilə eyni hüquqlara malikdirlər. Azərbaycanda çoxmədəniyyətli və tolerant cəmiyyət mövcuddur. Ölkəmizdə məscidlər, sinaqoqlar, kilsələrin yanaşı mövcud olduğunun və müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadıqlarının şahidi ola bilərsiniz”, - deyə səfir bildirib.

Jurnalist qeyd edib ki, Ermənistan Azərbaycanı hərbi əsirləri hələ də geri qaytarmamaqda və onlarla pis rəftarda günahlandırır.

Ramin Həsənov bildirib ki, bu doğru deyil. İmzalanmış üçtərəfli bəyanatda cəsədlərin və əsirlərin mübadiləsi də yer alıb. Azərbaycan bu öhdəliyi yerinə yetirib. 1300-dən çox cəsəd və 100-dən çox hərbi əsir Ermənistan tərəfinə təhvil verilib. Ancaq bəyanatın imzalanmasından təqribən bir ay sonra 62 nəfərdən ibarət olan terror və təxribat qrupu Ermənistandan terror hücumları həyata keçirmək tapşırığı ilə Azərbaycana göndərilib. Onlar mülki şəxsləri və əsgərləri öldürdükdən sonra yaxalanıblar. Bu qrupun üzvləri beynəlxalq humanitar hüquqa görə hərbi əsir kimi təsnif edilmir. Onlar terrorçudurlar və etdiklərinə görə cinayət məsuliyyəti daşıyırlar.

RND müxbiri internetdə əsirlərlə pis rəftarı əks etdirən məlumat və şəkillərin olduğunu bildirib və bu barədə Azərbaycan səfirinin fikrini öyrənib.

Səfir bildirib ki, bu iddialar dərin araşdırma və təsdiq tələb edir. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq bu işləri araşdırır və müvafiq reaksiya verir. Artıq Azərbaycan silahlı qüvvələrindən olan 4 əsgərə qarşı sözügedən ittihamlar əsasında cinayət işi başlanılıb və onlar həbs ediliblər. Bəzi digər iddiaların isə əsassız olduğu ortaya çıxıb. Səfir vurğulayıb ki, internetdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsgərləri ilə pis rəftarla bağlı daha çox şəkil və video tapmaq mümkündür. Təəssüf ki, erməni əsgərlərinin pis rəftara görə məhkum olunduğu barədə hər hansı məlumat yoxdur. O, bu əsnada 1992-ci ildə baş vermiş Xocalı soyqırımını xatırladıb. Xocalıda yaşayan mülki əhaliyə qarşı edilən soyqırımı nəticəsində bir gecədə 63 uşaq və 100-dən çox qadın daxil olmaqla 613 mülki şəxsin vəhşicəsinə öldürüldüyünü bildirib. Səfir əlavə edib ki, Ermənistanın hərbi cinayətləri 44 günlük müharibə dövründə də davam etdirilib. Müharibənin gedişində erməni tərəfi mülki obyektlərə, o cümlədən Gəncə, Bərdə və sair kimi döyüş bölgəsindən uzaq məsafədə yerləşən sıx məskunlaşmış şəhərlərə ballistik raketlər və kasetli bombalar atıb. Azərbaycan tərəfi bu hücumlar nəticəsində 100-dən çox mülki itki verib. Ramin Həsənov bu barədə “Amnesty International”, “Human Rights Watch” təşkilatı, eyni zamanda, alman mətbuatında da məlumatların yer aldığını və bu hesabatların da jurnalistə tanış olduğuna ümid etdiyini bildirib.

Səfir jurnalistin iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə bağlı sualına cavab olaraq bildirib ki, müharibə bitib və ümid edirik ki, münaqişə də, həmçinin sona çatıb. Biz qonşuyuq. Nə ermənilər regionu tərk edəcəklər, nə də biz. İndi fəal siyasi proses gedir. Ermənistan öz gələcək yolunu seçməlidir. Uğurlu gələcəyin təmin edilməsinə qonşuların dövlət sərhədlərinin tanınması və onlarla əməkdaşlıq edilməsi daxildir. İndi iki ölkə arasındakı bütün kommunikasiya yolları açılmalı və dağıdılmış infrastruktur yenidən bərpa olunmalıdır. Ermənistan regional əməkdaşlıqla əlaqəli bir çox təşəbbüs və layihələrdə iştirak edə və onlardan bəhrələnə bilər. Bunun üçün birlikdə yaşamağı istəmək kifayət edir. Beynəlxalq ictimaiyyət də Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma işini dəstəkləməlidir. Bölgəmizdə də dinc, yanaşı yaşamağın mümkün olduğuna qəti şəkildə inanırıq və bunun üçün öz tərəfimizdən əlimizdən gələni edəcəyik.

 
  • Oxunub:  2700  |  
  • Tarix:  24-02-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

18 Aprel 20:23
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
18 Aprel 18:40
Nərgiz Hacıyeva: Artıq 200 hərbi qulluqçuya və şəhid ailələrinə psixoloji yardım göstərilib
18 Aprel 17:44
Bu gün koronavirus infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub
18 Aprel 17:23
Azərbaycanda koronavirusa 2 min 144 yeni yoluxma faktı qeydə alınıb
18 Aprel 15:15
İstanbulun Taksim meydanında inşa edilən məscid Ramazan bayramınadək ibadətə açılacaq
18 Aprel 15:04
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin XIX toplantısı keçirilib
18 Aprel 13:25
Azərbaycanın Vətən müharibəsində hərbi-diplomatik və tarixi Qələbəsini reallaşdıran müdrik dövlət xadimi
18 Aprel 12:05
Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək şansları daha da artacaq
18 Aprel 12:00
Ağdamda qoyun otaran şəxs minaya düşüb, bir ayağı amputasiya edilib
18 Aprel 11:55
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
18 Aprel 11:49
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Aprel 11:42
Uels milli komandasının nümayəndə heyəti Bakıda səfərdə olub
18 Aprel 11:38
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib
18 Aprel 11:35
Rəcəb Tayyib Ərdoğan: 2021-ci ili ölkəmiz və millətimiz üçün bir şahlanma ilinə çevirəcəyik
18 Aprel 11:31
Giləzi qəsəbəsinin yaxınlığında “Qrad” mərmisi aşkarlanıb
17 Aprel 18:13
Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində ədəbi-bədii kompozisiya hazırlayıb
17 Aprel 17:56
Azərbaycanda koronavirusa 2148 yeni yoluxma faktı qeydə alınıb
17 Aprel 17:51
Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub
17 Aprel 15:16
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
17 Aprel 15:01
Prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb
17 Aprel 14:52
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
17 Aprel 14:35
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
17 Aprel 14:26
Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17 Aprel 14:21
ÜST rəhbəri: Dünya vaksinlərə bərabər əlçatanlığın təminatında uğursuzluğa düçar olub
17 Aprel 14:15
BDU-nun 250-dək əməkdaşı peyvənd olunub
17 Aprel 14:03
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Aprel 13:56
Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17 Aprel 12:51
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
17 Aprel 12:49
Vüqar İskəndərov: Minsk qrupunun həmsədrləri postmünaqişə dövrü ilə bağlı təkliflər verməlidir
17 Aprel 12:46
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17 Aprel 12:39
Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
17 Aprel 12:37
Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır
17 Aprel 12:27
Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur
17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA