Ana səhifə »  Xəbər lenti »  Xocalı soyqırımı qurbanlarının xatirəsi Qafqaz Müsəlmanları İdarəsində anılıb
A+   Yenilə  A-
Xocalı soyqırımı qurbanlarının xatirəsi Qafqaz Müsəlmanları İdarəsində anılıb

Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan tədbirdə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə şəhidlərimizə Allahdan rəhmət diləyib. Faciənin səbəb və fəsadlarından danışan QMİ sədri şeyxülislam Allahşükür Paşazadə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktını törədiblər. Erməni vandalları işğal etdikləri ərazilərimizdə bütün maddi-mənəvi abidələrimizi yerlə-yeksan ediblər.

Qırx dörd günlük Vətən müharibəsinə toxunan şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan xalqı Ermənistanın 28 il davam edən işğalçılıq siyasətinə Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu ədaləti bərpa edərək, işğal altındakı ərazilərimizi azad etdi. Torpaqlarımızda Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalandı, azan səsi ucaldı. Müstəqil Azərbaycan dövləti xalq-dövlət birliyi sayəsində, qəhrəman övladlarının qanı bahasına İkinci Qarabağ savaşının qalibi oldu. QMİ sədri qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmadı. Müdrik dövlət rəhbərimizin bəyan etdiyi kimi, azad olunan torpaqlarımızda dağıdılmış dini-mənəvi abidələrimiz bərpa ediləcək.

QMİ sədri əlavə edib ki, bu Vətən müharibəsi dindarlarımızın dövlətimizin ətrafında necə sıx birləşdiyini bir daha göstərdi. Təəssüf ki, erməni kilsəsi bütün dünyada yalan və iftiralarla dolu məlumatlar yayır. Azərbaycan dövləti həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi öz növbəsində bu həqiqətlərin dünyanın dini mərkəzlərinə, beynəlxalq cəmiyyətin diqqətinə çatdırılması üçün səylərini əsirgəmir.

Bu günədək Xocalı soyqırımının dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tərəfindən qətliam kimi tanındığını qeyd edən QMİ sədri A.Paşazadə dünya birliyinə ünvanlanan müraciətlərində yeni-yeni bəşəri cinayətlərin, dünyanın müxtəlif bölgələrində soyqırımlarının təkrarlanmaması üçün saxta deyil, əsl soyqırımlarının tanınmasının vacibliyini hər zaman qeyd etdiklərini xüsusi vurğulayıb. Şeyxülislam A.Paşazadə fevralın 26-da Xocalı faciəsi qurbanlarının xatirəsinin məscidlərdə anılmasına dair tövsiyə və tapşırıqlarını verib.

Sonra Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciəti oxunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlar əldə edilib. Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlər nəticəsində Xocalı faciəsi bütün dünyada tanıdılır. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu istiqamətdə ardıcıl işlər görülür. Ermənilərin azərbaycanlılara qarşı cinayətləri yalnız Xocalı faciəsi ilə yekunlaşmır. 1918-ci ilin mart qırğınlarında 12 minə yaxın soydaşımız yalnız etnik mənsubiyyətinə görə qətlə yetirilib. Xocalıda törədilən cinayət də bu qəbildən idi. Bu faciəyə layiqli siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verildi. Xocalıda törədilən vəhşiliklərlə bağlı faciəni törədənlərin öz dillərindən də etiraflar var. Bu, genosid cinayətidir və hüquq-mühafizə orqanlarımız bu istiqamətdə işləri davam etdirirlər.

Komitə sədri əlavə edib ki, Xocalı faciəsinə ən layiqli cavabı Azərbaycan Ordusu verdi. Vətən müharibəsində Ordumuzun böyük Qələbəsi ilə Xocalı şəhidlərinin qanı yerdə qalmadı.

Sonra Vətən müharibəsi dövründə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirəcək kitab barədə məlumat verilib.

Tədbirdə, həmçinin QMİ-nin nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.

Videokonfransda çıxış edən Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik kilsəsinin yepiskopu Vladimir Fekete, QMİ-nin Naxçıvan Muxtar Respublikası üzrə qazısı Sahib Məmmədov, Azərbaycandakı Avropa yəhudiləri icmasının başçısı Aleksandr Şarovski, Xəzər rayonu üzrə qazı Soltan Əlizadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Romanov Xocalı faciəsini bəşəriyyətə qarşı ən böyük ədalətsizlik adlandırıb, insanlığa qarşı cinayət törətməklə günah və ədalətsizlik işlədənlərin cəzasız qalmayacaqlarına əmin olduqlarını bildiriblər.

Qeyd edilib ki, erməni cəlladlarının və onların havadarlarının Xocalıda törətdikləri qırğın XX əsrin ən qanlı faciələrindən biridir. Xalqımız Xocalı faciəsini heç zaman unutmayacaq və bu qətliam hər bir azərbaycanlının qan yaddaşında daim həkk olunacaq.

 
  • Oxunub:  1830  |  
  • Tarix:  23-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

26 Fevral 22:14
Qərbi Azərbaycan İcması Ankara Təmsilçiliyi Xocalı şəhidlərini anıb
26 Fevral 21:38
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
26 Fevral 20:30
Azərbaycan Prezidenti: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
26 Fevral 20:26
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26 Fevral 20:23
Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib
26 Fevral 20:19
Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb
26 Fevral 19:32
Prezident İlham Əliyev: Maksimum qısa müddət ərzində mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq
26 Fevral 19:31
İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Xocalı soyqırımı ilə əlaqədar həmkarlarına məktub göndərib
26 Fevral 19:29
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb
26 Fevral 19:26
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 19:21
Parlament Jurnalistləri Birliyi açıqlama YAYDI
26 Fevral 19:15
Gəncədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib
26 Fevral 19:08
BDU-da beynəlxalq tədbir: Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət
26 Fevral 18:59
Azərbaycan Texniki Universitetində yeni təşkilat və xidmət yaradılıb
26 Fevral 18:56
Milli Məclisdə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunub
26 Fevral 18:43
Texniki Universitetdə videokonfrans: Xocalı-türkün yurdu, türkün qüruru
26 Fevral 18:15
Xocalı faciəsi - qan yaddaşımız
26 Fevral 18:12
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazasının təqdimatı olub
26 Fevral 18:08
Xocalı soyqırımı Azərbaycan tarixində ən qanlı faciələrdən biridir
26 Fevral 17:38
Prezident: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
26 Fevral 17:34
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir
26 Fevral 17:06
İqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün Azərbaycanda Milli Uyğunlaşma Planının hazırlanması prosesinə başlanılır
26 Fevral 17:03
İtaliyada Xocalı soyqırımının ildönümü ilə əlaqədar videoformatda tədbir keçirilib
26 Fevral 17:01
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir, insanları bilərəkdən ölümə məhkum etməkdir
26 Fevral 16:57
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 16:55
Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi uzun illər ərazində aparılan ardıcıl, məqsədyönlü siyasətin məntiqi nəticəsidir
26 Fevral 16:36
Prezident: Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq, bu məsələdə hər hansı spekulyasiya yersizdir
26 Fevral 16:30
Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri bölgəni inkişaf etdirir
26 Fevral 16:21
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
26 Fevral 16:05
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Samuxda ağaclar əkilib
26 Fevral 15:57
Türkiyəli gənclər “Xocalıya ədalət” tələb edirlər
26 Fevral 15:56
Azərbaycanda koronavirusdan 180 nəfər sağalıb, 219 yeni yoluxma faktı qeydə alınıb
26 Fevral 15:55
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
26 Fevral 15:51
Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar
26 Fevral 15:44
Azərbaycan Prezidenti 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb
26 Fevral 15:39
İşğaldan azad olunmuş torpaqların bərpası prosesi başlanıb
26 Fevral 15:21
Ata-baba yurdlarımız, kəndlərimiz, şəhərlərimiz abad olacaq...
26 Fevral 15:18
"Torpaqları əhəmiyyətsiz danışıqlarla yox, şəhidlərimizin qanı hesabına azad etdik"
26 Fevral 15:13
Prezident İlham Əliyev qalib Ordunun Ali Baş Komandanı kimi yenidən işğaldan azad olunmuş torpaqlarda
26 Fevral 15:08
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
26 Fevral 15:07
Xocalı soyqırımına həsr olunmuş sərgi - “Unudulmaz faciə”
26 Fevral 15:04
Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
26 Fevral 14:55
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib
26 Fevral 14:47
Xocalı faciəsi qurbanlarının xatirəsi Moskvada da yad edilib
26 Fevral 14:43
İğdırlılar Xocalı soyqırımını törədən vandalları qınayıblar
26 Fevral 14:40
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
26 Fevral 14:38
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
26 Fevral 14:36
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
26 Fevral 14:29
Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
26 Fevral 14:27
Prezident İlham Əliyev: Ərazilərin bərpası üzrə böyük planlarımız var və onları reallaşdıracağıq
26 Fevral 14:23
YAP Laçın rayon təşkilatı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirib
26 Fevral 14:21
YAP Gənclər Birliyinin üzvləri Xocalı faciəsi qurbanlarının xatirəsinə abidəni ziyarət ediblər
26 Fevral 14:17
Əli Əhmədov: Xocalı bizim qan yaddaşımızdır
26 Fevral 14:12
YAP Tovuz rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib
26 Fevral 14:09
Arktikada buzların əriməsi qlobal iqlimə hansı dərəcədə təsir göstərə bilər?
26 Fevral 14:07
Sevinc Hüseynova: 29 il öncə baş vermiş Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir
26 Fevral 14:04
Perm Azərbaycan Gənclər Komitəsi və Qırğızıstanda yaşayan azərbaycanlı gənclər Xocalı soyqırımı ilə bağlı videoçarx hazırlayıblar
26 Fevral 13:08
Türkiyə XİN: Xocalı qətliamının açdığı yaralar bizim üçün təzədir
26 Fevral 13:05
Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamının acısını unutmayacağıq, kədərini təkrar-təkrar yaşayacağıq
26 Fevral 13:03
Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır
26 Fevral 13:00
ADA Universitetində Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar konfrans təşkil edilib
26 Fevral 12:37
Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib
26 Fevral 12:33
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26 Fevral 12:26
Prezident: Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalı soyqırımını rəsmən tanısınlar
26 Fevral 12:25
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarını anma günü keçirilib
26 Fevral 12:12
Azərbaycan Respublikası Milli Məclisi ilə ABŞ Konqresi arasında ikitərəfli münasibətlərə dair videokonfrans keçirilib
26 Fevral 12:11
Prezident İlham Əliyev: Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq
26 Fevral 12:09
Vaşinqtonda Xocalı qətliamının ildönümü ilə əlaqədar vebinar keçirlib
26 Fevral 12:04
Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 11:41
Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA