Ana səhifə »  Xəbər lenti »  Malik Həsənov: İşğaldan azad edilmiş hər bir abidəmiz tarixin canlı şahididir
A+   Yenilə  A-
Malik Həsənov: İşğaldan azad edilmiş hər bir abidəmiz tarixin canlı şahididir

“44 günlük İkinci Qarabağ müharibəsi tariximizin şanlı səhifəsini yazdı. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, hər biri tariximizin canlı şahidi olan  abidələrimiz əsirlikdən xilas oldu. Mədəni irsin məhvi xalqın özünəməxsusluğunu, keçmişini, gələcəyini şübhə altına alır.  Ermənilərin tarixi abidələrimizi  yerlə-yeksan etmələri təsadüfi xarakter daşımırdı. Onlar bununla tarixi yaddaşımızı silməyə çalışırdılar. Amma unudurdular ki, tarixi və dini abidələrimizi məhv  etsələr də  öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər. 44 günlük Vətən müharibəsi bunu bir daha təsdiqlədi. Möhtərəm Prezidentimiz İlham Əliyev  işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinin planlı şəkildə həyata keçirilməsindən bəhs edərkən ilk olaraq  tarixi və dini abidələrimizin bərpasını, bunun üçün xarici mütəxəssislərin də cəlb ediləcəyini diqqətə çatdırır. Tarixi abidələrimiz danışsa, ermənilər faktlar qarşısında lal olarlar.  Yüzlərlə tarixi və dini abidələrimiz ermənilər tərəfindən talan edilib. Amma müharibə qanunlarına, beynəlxalq hüquq prinsiplərinə görə mədəni irsin qorunması mütləqdir. Bədnam qonşularımızın  törətdikləri vəhşiliklər beynəlxalq hüquq prinsiplərinə ziddir. Ümumiyyətlə, onların  işğal etdikləri ərazilərimizdə tarixi abidələrimizin məhv edilməsinə və saxtalaşdırılmasına xidmət edən cinayət əməlləri  bəşəriyyətə qarşı cinayətdir. Ermənistan bu əməllərinə görə cavab verəcək.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

  M.Həsənov qeyd edib ki, tarixi saxtalaşdırmaq, saxta tarix yazaraq  yalanın həqiqət üzərində qələbəsini düşünmək ermənilərə xas xüsusiyyətdir: “Tarix faktlara əsaslanır, ən əsası saxtakarlığı sevmir.  Maraqlısı budur ki, dost, qardaş Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiası gündəmə gətirildikcə rəsmi Ankara tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılmasını, bütün dünya  arxivlərinin  açılmasını irəli sürəndə Ermənistan hakimiyyəti dərhal təşvişə düşərək  bu məsələ ilə tarixçilərin deyil, siyasətçilərin  məşğul olduğunu  söyləməklə savadsızlıqlarını, ən əsası acizliklərini nümayiş etdirirlər. Dağlıq Qarabağı da gah  Ermənistanın ərazisi, gah  da müstəqil dövlət kimi təqdim etməklə  saxta tarix yazmaqda nə qədər “peşəkar” olduqlarını göstərirlər. Bu kimi yanlış, sərsəm bəyanatlara cavab olaraq   dövlətimizin başçısı İlham Əliyev  “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan etdi və bunu 44 günlük Vətən müharibəsində  təsdiqlədi. İkinci Qarabağ müharibəsində  işğalçı Ermənistana verilən  dərs  200 ildə görmədikləri ən ağır zərbə oldu.”

    “Müasir dövrün informasiya mübarizəsi dövrü olduğunu unutmamalıyıq” söyləyən M.Həsənov vurğulayıb ki,  tarixi faktların dili ilə danışan  dövlət istər diplomatik mübarizədə, istərsə də döyüş meydanında qalib olur: “Bunu Azərbaycanın timsalında  böyük qürurla qeyd edirik.  Yeni yazılan tariximizin səhifələrini həqiqətlərimizlə zənginləşdirərək  dünyaya bir daha bu çağırışı edək ki, illərdir saxta tarix yazan ermənilərə dəstək olmaqla saxtakarlığa şərik çıxmaq, beynəlxalq hüquq normalarına zidd addım atmaq heç bir dövlətə nüfuz qazandırmadı. Həqiqətlər üzə çıxdıqca inamsızlıq, etimadsızlıq mühiti formalaşır. 44 günlük İkinci Qarabağ müharibəsi  tarixdir. Bütün bu reallıqlar yeni tariximizlə bağlı yazılacaq dərsliklərdə, kitablarda öz əksini tapacaq. Vətən  müharibəsi   Azərbaycan xalqının əyilməz ruhunun dünyaya təqdimatıdır”,  - deyə  Malik Həsənov bildirib.

  Millət vəkili qeyd edib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsindəyik: “44 günlük Vətən müharibəsində Xocalı faciəsinin davamı olaraq  iki dəfə Gəncədə, Bərdədə, Tərtərdə və digər yaşayış məntəqələrimizdə törədilən terror aktlarına da dünyanın səssiz qalması birmənalı qarşılanmadı. İşğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yaşayan dinc sakinləri hədəfə alması insanlıq əleyhinə yönəlmiş müharibə cinayətidir. Ermənistan bu cinayət əməllərinə görə cavab verəcək. Xocalı faciəsindən ötən 29 il hadisənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.  Xocalı soyqırımına ilk siyasi-hüquqi qiyməti ulu öndər Heydər Əliyev verib. Fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. Son 17 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  birgə fəaliyyətləri nəticəsində həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması yönümündə qazanılan   uğurlar göz önündədir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu istiqamətdə  təbliğat işinin daha da gücləndirilməsinə böyük dəstək olub. Ümumilikdə, 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qanını yerdə qoymadı.”

 
  • Oxunub:  2340  |  
  • Tarix:  23-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 14:57
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var
05 Mart 14:56
Ermənistan ordusunun Şuşada atıb qaçdığı silah-sursat aşkarlanıb
05 Mart 14:50
Deputat: Neftin qiyməti yüksək olarsa Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq
05 Mart 14:48
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
05 Mart 14:46
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
05 Mart 14:44
Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir
05 Mart 14:44
Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib
05 Mart 14:40
Səbail rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət qayğısı ilə əhatə olunublar
05 Mart 14:34
İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
05 Mart 14:31
Qarabağda böyük iqtisadi layihələr icra olunacaq
05 Mart 14:30
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub
05 Mart 11:55
Ümumdünya Piylənmə Gününə həsr olunmuş Beynəlxalq Elmi-Praktiki Konfrans öz işinə başlayıb
05 Mart 11:40
Azərbaycanda su ehtiyatlarını peyk təsvirləri ilə 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq
05 Mart 11:26
Vergi Xidmətinin Tədris Mərkəzi ilə BDU-nun əməkdaşlıq məsələləri müzakirə edilib
05 Mart 11:23
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb
05 Mart 11:18
“İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib
05 Mart 11:16
Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin icrasına yüksək diqqət göstərir
05 Mart 11:15
Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
05 Mart 11:12
Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilir - YENİLƏNƏCƏK
05 Mart 11:04
Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndinin videogörüntülərini yayıb VİDEO
05 Mart 11:03
KOBİA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əhatə dairəsi genişlənir
05 Mart 11:01
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir
05 Mart 10:59
Böyük Qayıdış üçün mühüm tədbirlər həyata keçirilir
05 Mart 10:31
Azərbaycan gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib
05 Mart 10:30
DİN: Bakıda itkin düşən 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib
05 Mart 10:20
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
05 Mart 10:19
Milli Məclisin Sədri TBMM-in Sədrinə başsağlığı verib
05 Mart 10:17
Qulam M. İshaqzai: Yeni əməkdaşlıq çərçivə sənədi Azərbaycanın daha güclü, daha bərabər və daha firavan cəmiyyət qurmaq səylərini dəstəkləyəcək
05 Mart 10:13
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
05 Mart 09:23
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
05 Mart 09:16
Tərtərdə şəhid ailələri ilə görüşlər davam etdirilir
05 Mart 09:15
YAP Qusar rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
05 Mart 09:14
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Rəcəb Qurbanovun ailəsini ziyarət ediblər
05 Mart 09:13
Hatəm Qocayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə tariximizdə əbədi qalacaq
05 Mart 09:12
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının iclası keçirilib
05 Mart 09:11
Fəzail Ağamalı: Siyasi dialoq prosesi islahatların tərkib hissəsidir
05 Mart 09:09
Tahir Kərimli: Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək
05 Mart 09:07
Elçin Mirzəbəyli: Mövcud reallıqlara adekvat olmayan davranışların nəticələri Ermənistan üçün çox ağır olacaq
05 Mart 09:05
Elşad Musayev: Prezident İlham Əliyevin mətbuat konfransı ölkəmizin informasiya cəbhəsində mövqeyinin daha da möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətə malikdir
05 Mart 09:03
Nurəddin Məmmədlinin gülünc “məntiq”i...
05 Mart 09:02
Məğlub Ermənistan yeni siyasi kataklizmlərlə qarşı-qarşıya...
05 Mart 09:00
“Hüquq guşəsi: oxucu soruşur”
05 Mart 08:59
“Vaksinasiyanın alternativi yoxdur”
05 Mart 08:57
Regionlarda yol infrastrukturunun yenilənməsi mühüm strateji əhəmiyyətə malikdir
04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6