Xərçəng xəstəliyinin əlamətlərini, ümumiyyətlə, ilkin dövrdə aşkarlamaq çətindir. Çünki bu simptomlar çox vaxt insanın səhhəti ilə əlaqəli olmaya bilər. “RİA-Novosti”nin “Express”ə istinadən verdiyi xəbərə görə, insanlar həmin simptomları çox vaxt nəzərdən qaçırılır. Beləliklə, bəs xərçəng xəstəliyinin insanların əksəriyyətinin əhəmiyyət vermədiyi simptomları hansılardır?Nəşrin həkimlərə istinadən yazdığına görə, insanların böyük əksəriyyətinin əhəmiyyət vermədiyi əlamətlərdən biri udma zamanı çətinlik, eyni zamanda, göz qapaqlarının sallanması, ağciyərdə şiş qırtlaq xərçənginin əlaməti ola bilər. Mütəxəssislər, bundan əlavə, sidiyin rənginin dəyişməsinə diqqət yetirməyi məsləhət görürlər: tünd-qəhvəyi rəng mədəaltı vəz, qırmızı rəng böyrək, sidik kisəsi və ya prostat xərçənginin əlaməti ola bilər.
Qeyd edək ki, bundan əvvəl rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov qan laxtaları əmələ gəlməsinin xərçəng xəstəliyinin əlaməti ola biləcəyini söyləyib. Onun sözlərinə görə, qan laxtalanması baş verdikdə, insan tam bir müayinədən keçirməlidir ki, həkimlər başvermə səbəbini mümkün qədər dəqiq müəyyən edə bilsin və digər təhlükəli halları istisna etsinlər.
- Oxunub: 1770 |
- Tarix: 23-02-2021 |
-
Çap et |