Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətinin rəhbəri xanım Ariane Baueranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC ANAMA-nın saytına istinadla xəbər verir ki, görüşdə nümayəndə heyətinin rəhbərinə işğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, eləcə də qarşıya qoyulmuş prioritetlərə əsasən müəyyən olunmuş ərazilərin təmizlənməsi barədə məlumat verilib.
Söhbət zamanı humanitar minatəmizləmə sahəsində, o cümlədən partlayici sursatların təhlükəsinə dair maarifləndirmə və minadan zərərçəkənlərə yardım sahəsində həyata keçirilən layihələr və bu sahədə gələcəkdə birgə əməkdaşlıq üzrə müzakirələr aparılıb.
- Oxunub: 1890 |
- Tarix: 23-02-2021 |
-
Çap et |