Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının, Türkiyə Cümhuriyyətinin İqdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, Zirvə Dağçılıq, Təbiət və İdman Klubunun idmançıları Xocalı soyqırımı şəhidlərinin xatirəsini yad etmək məqsədi ilə Haçadağa dırmanma yürüşü keçiriblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Haçadağa dırmanma yürüşünə səhərin erkən saatlarında Culfa rayonu Gal kəndi istiqamətindən başlanılıb. Dağa dırmanma müvəffəqiyyətlə başa çatıb.
Sonra türkiyəli dağçılarla Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasında görüş keçirilib.
Qonaqlar Naxçıvanın gəzməli-görməli yerləri ilə də tanış olublar.
- Oxunub: 1620 |
- Tarix: 23-02-2021 |
-
Çap et |