Ana səhifə »  Xəbər lenti »  Hikmət Babaoğlu: “Ermənilər tarixi abidələrimizə və yer adlarımıza qarşı saxtalaşdırma siyasəti həyata keçirib”
A+   Yenilə  A-
Hikmət Babaoğlu: “Ermənilər tarixi abidələrimizə və yer adlarımıza qarşı saxtalaşdırma siyasəti həyata keçirib”

“Ermənilər Cənubi Qafqaza köçürüldükləri ilk gündən məskunlaşdırıldıqları bütün ərazilərimizdə tarixi abidələrimizə və yer adlarımıza qarşı düşünülmüş və məqsədyönlü şəkildə saxtalaşdırma siyasəti həyata keçiriblər. Ona görə ki, gələcəkdə özlərini bu yerlərin sahibi kimi təqdim etməyə əsas yaratmaq fikrində idilər. Beləliklə də tarixən bizə aid dini və mədəni abidələrimizin adlarını, toponim və etnonimlərimizi, hidronim və oykonimlərimizi ucdantutma dəyişməyə başladılar”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, istər Zəngəzurda, istər İrəvan və Zəngibasarda, istərsə də digər tarixi ərazilərimizdə müxtəlif metodlarla bunu sistemli şəkildə ediblər: 

“Əgər metodlardan biri  “qalka” üsulu ilə hərfi tərcümə idisə, digəri dilimizdə arxaikləşmiş və semantik mənasını itirmiş sözlərimizi tapıb bərpa edilməsi yolu idi. Bunda məqsəd axtarışlar zamanı tarixi mənbələrdə həmin sözlərə rast gəlinən zaman onun "hay"ca olmasını iddia etməklə tarixi sübuta söykənmək idi. Çox təəssüf ki, bizim tarixçilər və elə həm də hamımız əksər hallarda onların bu tələsinə düşdük. Məsələn, erməni sözü, ərməniyyə vilayəti türk və türkcə olduğu halda biz onların bu sözü öz “hay” xalqına ad kimi verməsinə mane ola bilmədik. Ən böyük saxtakarlıq elə burdan başladı. Bu günə qədər də ermənilər öz dillərində özlərinə “hay”, ölkələrinə isə “Hayastan” deyirlər. Çünki onlar “ərəmən” adının  xristian qıpçakların adı olduğunu bütün Zəngəzur, İrəvan və digər ərazilərimizdə olan xiristian abidələrinin də əcdadımız olan qıpçaqlara aid olduğunu yaxşı bilirlər. Təsadüfi deyil ki, indi də Zəngəzurun Qafan rayonu ərazisində “Qıpçaqavəng” monasrtı və kilsəsi var. Qafan sözü də qaf – qafa kökündən yaranıb baş mənasını verir. An – isə arxaik türkcədə cəm şəkilçisidir. Elə Qaf –Qaz sözündə də sözün kökü Qaf – baş, yəni, bir şeyin üzərində olan deməkdir. Məsələn, biz qazanın üzərindəki örtməni qapaq adlandırırıq. Əslində isə bu sözün kökü də “qaf-paq”dan gəlir. Yəni, qazanın üstündə olan deməkdir. Bu şəkildə minlərlə ada izahat vermək olar”.

Deputat nəzərə çatdırıb ki, ermənilərin toponimlırimizi ən son saxtalaşdırma cəhdlərini Qrabağın adını Arsak kimi dəyişmək cəhdlərində gördük:

“Arsak, Kansak (Xansak –Gəncənin qədim adı, çar skifərin yurdu ) Sakatala –Sak talası, Balakən–Bala–Sak –an, Şəki –Saki , Sü –Sak -An – Sisakan yaxud indiki Sisiyan və s. kimi etnotoponilərimiz qədim əcdadlarımız olan sak – skif türkləri ilə bağlıdır. Milli etnogenzisimizin alt qatlarıdır. Heredot yazır ki, qədim zamanlarda bütün türklər sak hökümadrı Alp Ər Tunqanın rəhbərliyi altında birlikdə yaşayırdılar. Zəngəzur da etnotoponimdir. Zəngi tayfalrının adı ilə bağldır. Azərbaycanda Zəngəzur, Zəngilan indi İrəvan ətrafında qalan Zəngibasar, İranda Zəncan və s.  yer adlarının hamısı bu qədim türk tayfasının adı ilə bağlıdır. Bəzi mənbələrdə zəngi etnonimi “sanki” şəklində qeyd olunur və biz bu formanı Sanki- Çal ( Sanqaçal ) adında görürük. Əslinədə elə zəngi adının daha düzgün ifadəsi “sanki”dir  və “san” sözündən əmələ gəlib. Hazırda “san” sözü arxaikləşdiyinə görə biz onun mənasını bilmirik və ayrılıqda işlədildikdə bir məzmun ifadə etmədiyinə görə onu heç müstəqil leksik vahid də saymırıq. Sadəcə “ad- san” deyəndə işlədirik. Ancaq burada da sanın – rütbə, ictimai nüfuz, vəzifə mənasını ifadə etdiyini bilmirik. Zəngilr - Sankilər daima atlı qoşun saxlaya bildiklərinə görə onlar xüsusi rütbəli hesab olunur və “Sanlılar” – sankilər adlandırılırdılar. Onların tikdirdikləri qalalar “Sangi – Sur” ( sur- yəni qala divarları ) yəni Zəngəzur, qədim bazar ( əslində isə basar – yəni məğlub edər ) tayfaları  ilə ittifaqları Zəngibasar, qurduqları yarımmüstəqil dövlət Sanki –il –an yəni Zəngilan ( İl-El sözü qədim türkcədə dövlət mənasını verirdi. Ona görə də ərəblər oğuzların qurduğu ilkin dövləti bəzən İl-Oquz –İl –Quz, İş-Quz, kimi yazırdılar.) adlanırdı. Ona görə də biz xalqımızın yeni dirçəliş mərhələsinə qədəm qoyduğu bu tarixi məqamda milli-etnik yaddaşımızı tamamilə yeniləməli və ümumiyyətlə tariximiz yeni gerçəkçi konsepsiya əsasında yenidən yazmalıyıq".

 
  • Oxunub:  4230  |  
  • Tarix:  22-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur
03 Mart 11:03
Cari ildə Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 3,5 milyon dollar gəlir əldə edib
03 Mart 11:01
Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır
03 Mart 10:47
Dövlət qulluğu vəzifələri üzrə imtahan vermiş namizədlər haqqında statistik məlumatlar açıqlanıb
03 Mart 10:39
“Azeri Light” neftinin bir barreli 64,25 dollara satılır
03 Mart 10:38
Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəsindədir
03 Mart 10:34
Pakistan hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir
03 Mart 08:45
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
03 Mart 08:43
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
03 Mart 08:36
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb
03 Mart 08:30
“Peyvənd vurdur və xəstəlikdən uzaq ol”
03 Mart 08:29
Məğlub Ermənistanda siyasi qarşıdurma şiddətlənir
03 Mart 08:28
Gültəkin Hacıyevanın sosial şəbəkədə cılız qara piar kampaniyası
02 Mart 19:52
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir
02 Mart 18:55
Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
02 Mart 18:54
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İnsan Haqları Fəaliyyət Proqramını beynəlxalq ictimaiyyətə elan edib
02 Mart 18:52
Mikayıl Cabbarov: Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb
02 Mart 18:50
“Sabahın alimləri” X respublika müsabiqəsi yekunlaşıb
02 Mart 18:48
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı möhkəmlənir
02 Mart 18:42
“Eurovision-2021” qısaldılmış formatda keçiriləcək
02 Mart 18:41
Antarktida nəhəng aysberq təhlükəsi yaranıb
02 Mart 18:23
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
02 Mart 18:21
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə İdman Akademiyasında görüş olub
02 Mart 18:19
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir
02 Mart 18:17
Hansı dərmanlar insanlar üçün ölümcül təhlükə daşıya bilər?
02 Mart 18:12
Parisdə Van Qoqun əsəri 8 milyon avroya satılacaq
02 Mart 17:51
Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb
02 Mart 17:49
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
02 Mart 17:45
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan dövləti hər zaman bölgədə sülhün, dinc qonşuluğun, iqtisadi əməkdaşlığın tərəfdarı olub
02 Mart 17:40
Azərbaycan –Türkiyə münasibətləri dünyada bənzəri olmayan tarixi epopeyadır...
02 Mart 17:35
Xalq öz Lideri ilə tanınar
02 Mart 17:34
Energetika sahəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
02 Mart 17:30
İnformasıya müharibəsinin növbəti mərhələsi...
02 Mart 17:21
Orqanizmin şəkərə olan tələbatının səbəbi nədir?
02 Mart 17:19
Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf etməyə davam edəcək
02 Mart 17:03
Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib
02 Mart 16:51
Hesablama Palatasının Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir
02 Mart 16:42
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
02 Mart 16:16
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
02 Mart 16:10
Mərkəzi Bank: Pul bazası artıb
02 Mart 16:06
Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır
02 Mart 16:04
BDU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
02 Mart 16:00
Nazir: Yanvar-fevral aylarında vergi daxilolmaları 118,7 faiz icra olunub
02 Mart 15:58
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir
02 Mart 15:52
Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu
02 Mart 15:49
Abbas Müsəvi: Azərbaycan ilə əlaqələrin inkişafı İran üçün prioritet siyasi xətt təşkil edir
02 Mart 15:07
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub
02 Mart 15:02
Qaxda səyyar “ASAN xidmət”ə bir gündə 130-dək müraciət qeydə alınıb
02 Mart 14:52
Azərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb
02 Mart 14:51
Təmraz Tağıyev: Azərbaycanda şəhid ailələrinə və Qarabağ qazilərinə yüksək dövlət qayğısı mövcuddur
02 Mart 14:43
Naxçıvan nümayəndəliyinin rəhbəri "Huawei Technologies Azərbaycan" MMC-nin baş direktoru ilə görüşüb
02 Mart 14:40
Ankarada dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunan mərasim keçirilib
02 Mart 14:38
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
02 Mart 14:36
Prezident İlham Əliyevin mətbuat konfransından alınacaq dərslər
02 Mart 14:27
Strasburqun Kleber meydanında Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
02 Mart 14:17
Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
02 Mart 14:13
Azərbaycan və Türkiyə hər zaman, ən çətin anlarda belə qardaşlıq nümunəsi ortaya qoyublar
02 Mart 14:08
Ötən gün ölkəmizdə 22 mindən çox vətəndaş koronavirus əleyhinə peyvənd olunub
02 Mart 13:52
Xəzər dənizində zəlzələ olub
02 Mart 13:24
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində mülki müdafiə tədbirləri müzakirə olunub
02 Mart 13:20
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə əlaqədar səssiz aksiya keçirilib
02 Mart 13:12
Futbol üzrə Azərbaycan millisi Türkiyə seçməsi ilə yoldaşlıq görüşü keçirəcək
02 Mart 13:10
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+3 +5