Rusiyanın “RİA-Novosti” agentliyinin “Astronomy & Astrophysics” jurnalına istinadən yayımladığı xəbərə görə, beynəlxalq astronomlar qrupu kosmosda 25 mindən çox supermassiv “qara deşik” olduğunu göstərən səma xəritəsi yaradıblar.
Mütəxəssislərin fikrincə, bu, aşağı radiotezlikli ərazidə ulduzlu səmanın ən ətraflı xəritəsidir. Alimlər bu məlumatları unikal LOFAR radioteleskop sistemindən istifadə edərək əldə etməyi bacarıblar. Onlar 42 - 66 mHs radiotezliyi arasında izləmə aparıblar və 256 saatlıq müşahidələrin birləşdirilməsindən sonra bu xəritə yaradılıb.
Xəritə indi şimal səmasının dörd faizini əhatə edir, lakin astronomlar bütün şimal səma yarımkürəsinin xəritəsini qurana qədər işə davam etməyi planlaşdırırlar.
- Oxunub: 2040 |
- Tarix: 22-02-2021 |
-
Çap et |