Ana səhifə »  Xəbər lenti »  Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Tovuz döyüşləri – Qələbəyə aparan yollar” adlı tədbir keçirilib
A+   Yenilə  A-
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Tovuz döyüşləri – Qələbəyə aparan yollar” adlı tədbir keçirilib

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunun Balik kəndində Tovuz döyüşlərinin ilk şəhidlərindən olan əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirovun doğum günündə “Tovuz döyüşləri – Qələbəyə aparan yollar” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidin məzarı ziyarət olunub, Müdafiə Nazirliyinin adından önünə çələng və gül dəstələri qoyulub. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi yad edilib.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Tovuz döyüşlərindən ətraflı söhbət açaraq deyib: “2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə qəflətən hücuma keçməyə cəhd göstərib. Lakin Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində düşmənə tutarlı zərbələr endirilib və o, itki verərək geri çəkilməyə məcbur edilib. Həmin döyüşdə ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Vüqar Sadıqov və baş əsgər Elşad Məmmədov qəhrəmancasına şəhid olub, beş hərbi qulluqçumuz isə yaralanıb. Yaralılara vaxtında ilk yardım göstərilərək döyüş meydanından təxliyə edilsələr də, onlardan biri – gənc əsgər Xəyyam Daşdəmirov az sonra şəhid olub.

Döyüşlərin bilavasitə iştirakçısı olan polkovnik A.Qurbani nəzərə çatdırıb ki, iyulun 13-nə keçən gecə döyüşlər daha da intensivləşib, düşmən məkrli və hiyləgər niyyətini davam etdirib. Cavab olaraq artilleriya, minaatan və tankların tətbiqi ilə gecə döyüşləri zamanı bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğusu, avtomobil texnikası və xeyli canlı qüvvəsi məhv edilib.

Ertəsi gün Prezident, Ali Baş Komandan İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyərək artıq şəhidlərimizin intiqamının alındığını və bundan sonra da alınacağını bildirib və deyib: “Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun yerini göstərəcəyik. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.

Prezident İlham Əliyev bir daha qətiyyətlə bəyan edib ki, Azərbaycan işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə, işğalla heç vaxt barışmayacaq və əlindən gələni edəcək ki, ərazi bütövlüyünü bərpa etsin.

“Ermənistan hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyib, mövqelərimizi məhv etmək istəyib, mülki əhalini, kəndlərimizi atəşə tutub”, - deyən Ali Baş Komandan “dəmir yumruğunu” göstərərək axırıncı dəfə Ermənistanın siyasi və hərbi rəhbərliyinə xəbərdarlıq edib ki, bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq.

Lakin yenə də düşmən öz çirkin niyyətlərindən əl çəkmədikdə görülən hərbi cəza tədbirləri nəticəsində onun atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, müxtəlif təyinatlı hərbi texnika və döyüş vasitələri, komanda məntəqəsi, tabor qərargahı, hərbi infrastrukturu, müdafiənin dərinliyindəki ehtiyatlar və 20 nəfərdən çox canlı qüvvəsi məhv edilib.

Diqqətə çatdırılıb ki, Tovuz döyüşlərində şəhidlər versək də, düşmən bir qarış da irəliləyə bilməyib və arzusu gözündə qalıb.

Qədirbilən xalqımız Tovuz döyüşlərinin şəhidlərini - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, baş çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov və digər igid oğullarımızı böyük izdihamın iştirakı ilə son mənzilə yola salıb.

Tədbirdə vurğulanıb ki, həmin günlərdə bütün xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşib, torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda döyüşlərə hazır olduqlarını bildirib. Minlərlə insan Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrinə üz tutaraq könüllü döyüşlərə yollanmaq üçün qeydiyyata alınıblar.

Həmin günlər bütün ölkə vətənpərvərlik, qələbəyə inam hissi ilə yaşayırdı. Məhz Tovuz döyüşləri sentyabrın 27-də “Dəmir yumruq” əməliyyatı ilə başlayacaq 44 günlük Vətən müharibəsində Qələbəyə aparan yolun başlanğıcı kimi müasir hərb tariximizə düşüb.

Ehtiyatda olan polkovnik-leytenant Əlişir Süleymanov da Tovuz döyüşlərini xatırlayıb. Şəhid əsgər Xəyyam Daşdəmirovun və digər şəhidlərimizin intiqamını almaq üçün bütün xalqın ayağa qalxdığını, meydanlara axışdığını yada salıb və bundan böyük qürur duyduğunu dilə gətirib: “Mən axısqa türklərindənəm. 1989-cu ildə Özbəkistanda milli zəmində törədilən iğtişaşlardan sonra ailəmizlə birlikdə Azərbaycana pənah gətirmişik. Azərbaycan xalqı öz doğma qardaşları, əzizləri kimi bizə qucaq açıb. O gündən İsmayıllı rayonunda məskunlaşmışıq. 1992-ci ildə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişəm. Ağdam, Goranboy, Murovdağ, Gədəbəy, Beyləqan, Füzuli istiqamətlərində döyüşlərdə iştirak etmişəm. Xidmətlərim yüksək qiymətləndirilib. Ehtiyata buraxılmağıma baxmayaraq, bu gün də Azərbaycan uğrunda hər bir əmrə hazıram. Vətən müharibəsinin ilk günlərindən cəbhə bölgələrində döyüşən orduya mənəvi və maddi dəstəyimi heç vaxt əsirgəməmişəm. Bu gün də Vətənin müsəlləh əsgəri kimi hər bir əmrə hazıram.

Prezidentimizin, eləcə də Müdafiə Nazirliyi rəhbərliyinin şəhidlərə, şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə göstərdiyi diqqət və qayğı təqdirəlayiqdir. Bu gün Tovuz döyüşlərinin ən gənc şəhidi olan əsgər Xəyyam Daşdəmirovun ad günü münasibətilə bu tədbirin keçirilməsi şəhid ailəsinə sanki dünyanı bağışladı, onlara böyük təsəlli oldu. Həqiqətən də, qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü uzun olur. Şəhid ailəsinin istəyi odur ki, övladları unudulmasın, xatirələri əziz tutulsun. Mən şəxsən Müdafiə Nazirliyinə bu tədbirə görə dərin minnətdarlığımı bildirirəm”.

Kənd tam orta məktəbinin direktoru, Xəyyamın ilk müəllimlərindən olan Ağagül Səfərov sevimli şagirdini yada salaraq kövrəlib: “Xəyyam haqqında keçmiş zamanda danışmaq hər birimiz üçün çətindir. Ancaq onu da yaxşı bilirik ki, qələbə qurbansız olmaz. Mən özüm də birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Fəxr edirəm ki, şagirdlərim bizim görə bilmədiyimiz işləri görüblər, bizim qalxa bilmədiyimiz ən yüksək məqama ucalıblar. Xəyyamın şəhidliyindən sonra sanki kəndimizin cavanları bir az da mübarizləşiblər. Kəndimizə gedib-gələnlərin də sayı çoxalıb. Yollarımıza asfalt çəkilib, mərkəzi küçəmiz əsgər Xəyyam Daşdəmirovun adını daşıyır, xatirə lövhəsi vurulub. Bütün bunlar gənclərimizdə vətənpərvərlik hissini, hərbi peşələrə marağı daha da artırır. Vətən müharibəsinə gedən yollar Tovuz döyüşlərindən başlanıb və biz fəxr edirik ki, bu döyüşlərin ilk şəhidlərindən biri də bizim kəndin yetirməsidir”.

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov şəhid əsgər X.Daşdəmirovun idman uğurlarından, dəfələrlə respublika yarışlarında medal və diplomlara layiq görüldüyündən, rayonun idman şərəfini qoruduğundan iftixarla danışıb və onu heç vaxt unutmayacaqlarını, yazda isə Xəyyamın xatirəsinə karate üzrə rayon birinciliyini təşkil edəcəklərini planlaşdırdıqlarını vurğulayıb.

Gənclər adından çıxış edən Elbəy Fətəliyev şəhidlərimizin intiqamını almaq üçün yüzlərlə ismayıllılı gəncin hərbi xidmətə, döyüşlərə böyük həvəslə yollandıqlarını, bütün cəbhələrdə düşmənə qarşı amansız mübarizə apardıqlarını və Müzəffər Ali Baş Komandanın əmrlərinə bu gün də hazır olduqlarını qeyd edib.

Şəhidin atası, birinci Qarabağ müharibəsində dörd il mütəmadi olaraq Ağdam uğrunda döyüşlərdə fəal iştirak edən Məhəmməd Daşdəmirov göstərilən diqqətə görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını, həmçinin digər oğlu ilə birlikdə Vətən uğrunda döyüşlərə yenə də hazır olduğunu deyib.

Şəhid məzarı qarşısında keçirilən tədbirdən sonra onun boya-başa çatdığı ata ocağı ziyarət olunub, üzərində şəhidin portreti olan xalça anasına hədiyyə edilib.

Vüsalə ana şəhid oğlunun ad günündə belə bir tədbirin təşkilində zəhməti olan hər kəsə minnətdarlıq edərək “Təki Vətən sağ olsun! Oğul düşmən çəpəridir” deyib.

 
  • Oxunub:  1740  |  
  • Tarix:  22-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
04 Mart 17:17
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb
04 Mart 17:12
Prezident Rəcəb Tayyib Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik
04 Mart 17:07
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq
04 Mart 16:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
04 Mart 16:09
Azərbaycanla Qazaxıstanın KOB subyektlərinin əməkdaşlıq imkanları müzakirə edilib
04 Mart 16:06
Venera planetində tədqiqat aparmaq üçün kosmik stansiya yaradılacaq
04 Mart 16:03
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur
04 Mart 15:54
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub
04 Mart 15:51
Azərbaycan regionda sülhün təminatçısıdır
04 Mart 15:49
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
04 Mart 15:45
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Orta Asiyadan Türkiyəyə yükdaşımalar artıb
04 Mart 15:43
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi potansial çox yüksəkdir
04 Mart 15:37
Davamlı sülh ümumbəşəri sosial-siyasi
04 Mart 15:20
Alman şirkətləri Azərbaycanda dəmir yolu layihələrinə investisiya yatırmaqda maraqlıdır
04 Mart 15:15
Bu gün “OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq
04 Mart 15:13
Azərbaycan sülh, əməkdaşlıq, tolerantlıq və multikulturalizm ölkəsi kimi dünya ölkələrinə nümunədir
04 Mart 15:00
Bahar Muradova: Qadınlarımız bütün imkanları, qüvvə və bacarıqları ilə kişilərlə bərabər, çiyin-çiyinə çalışırlar
04 Mart 14:59
Hicran Hüseynova: Ölkəmizdə qadına, onun cəmiyyətdə özünə yer tapmasına böyük diqqət göstərilir
04 Mart 14:56
Koronavirus pandemiyasına qarşı psixoloji cəhətdən ən dözümlü insanlar müəyyən edilib
04 Mart 14:49
Birgəyaşayışın Azərbaycan modeli dünya üçün nümunədir
04 Mart 14:46
Ceyhun Bayramovun Antonio Quterreşə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
04 Mart 14:44
Antonio Quterreş: son 30 ildə 420 milyon hektardan artıq meşə sahəsi itirilib
04 Mart 14:21
Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb
04 Mart 14:20
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
04 Mart 14:06
İdmanın inkişafında və təbliğində xidmətləri olan 39 nəfərə fəxri adlar verilib
04 Mart 13:45
“Buta Airways” Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlayır
04 Mart 13:43
Çinin “Tyanven-1” kosmik aparatı Mars orbitindən yeni fotoşəkillər göndərib
04 Mart 12:46
Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı statistik göstəricilər açıqlanıb
04 Mart 12:39
Ali Məhkəmənin yeni formatda hazırlanmış illik hesabatları internet səhifəsində yerləşdirilib
04 Mart 12:36
Tovuz “ASAN Həyat” kompleksi - 1 il
04 Mart 12:34
Komitə sədri: Son 3 ildə gömrük orqanları tərəfindən 4,6 ton narkotik vasitə aşkarlanıb
04 Mart 12:27
Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib
04 Mart 11:49
Daha 27 müəssisədən Rusiya Federasiyasına pomidor və alma ixracına icazə verilib
04 Mart 11:47
Müdafiə Nazirliyi Füzuli rayonunun Qaradağlı kəndinin videogörüntülərini yayıb - VİDEO
04 Mart 11:46
Səfər Mehdiyev: Ötən il idxalın 59 faizi gömrük rüsumundan azad edilib
04 Mart 11:43
Azərbaycan-Qətər biznes görüşü təşkil olunub
04 Mart 11:38
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş iclas keçirilib
04 Mart 11:30
Anar Kərimov: Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir
04 Mart 11:28
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq genişləndirilir
04 Mart 11:27
Martın 3-də 24 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib
04 Mart 11:26
Paytaxtın məktəb direktorları ilə onlayn görüş
04 Mart 11:22
Martın 8-də ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
04 Mart 08:46
Ermənistanda siyasi böhran dərinləşir
04 Mart 08:45
“Koronavirus pandemiyasının üçüncü dalğasının olmaması üçün mütləq peyvənd vurdurmalıyıq”
04 Mart 08:42
Qənimət Zahidin məyusluqdan doğan hikkəsi...
03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA