Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakı Nəqliyyat Agentliyində Milli Prioritetlərin müzakirəsi ilə bağlı iclas olub

Bakı Nəqliyyat Agentliyində Milli Prioritetlərin müzakirəsi ilə bağlı iclas olub

22.02.2021 [15:33]

Bakı Nəqliyyat Agentliyində (BNA) Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsi ilə bağlı videokonfrans formatında iclas keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, BNA-nın idarə heyətinin sədri Vüsal Kərimli sənədin ölkəmizin dinamik və hərtərəfli inkişafına təkan verməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, Milli Prioritetlər uğurla davam edən sosial-iqtisadi inkişafın Vətən müharibəsindən sonrakı dövrdə meydana çıxan yeni çağırışlarını və istiqamətlərini əks etdirir. Müəyyən olunmuş prioritetlər ölkə iqtisadiyyatının gücləndirilməsinə səbəb olacaq ki, bununla da əhalinin sosial rifahı daha da yaxşılaşacaq.

İdarə heyətinin sədri deyib ki, bu gün Azərbaycan inkişaf edir və ölkəmizdə yeni qlobal meyarlara uyğun iqtisadi islahatlar həyata keçirilir. Ölkə postpandemiya və postkonflikt dövrünə qədəm qoyur. 2021‒2030-cu illəri əhatə edən dövr keyfiyyətcə yeni olmaqla strateji mərhələ hesab edilir. On il üçün Milli Prioritetlər ölkəmizin gələcək inkişafına mühüm töhfələr gətirəcək. Milli maraqlar, regionun yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin ölkənin inkişafını və xalqın rifahını təmin etməsi bu proqramda öz əksini tapır.

Diqqətə çatdırılıb ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyət planında nəzərdə tutulan tədbirlərin bir çoxu məhz Milli Prioritetlərə əsaslanır. Növbəti illər üçün də fəaliyyət planları bu sənədin müddəaları əsas götürülməklə hazırlanacaq. Davamlı iqtisadiyyata töhfələr, leqal əmək münasibətlərinin təşviqi və məşğulluğun artırılması, “kölgə iqtisadiyyatı”nın azaldılması, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi, ətraf mühit, sosial ədalət və inklüziv cəmiyyətin inkişafı Agentliyin fəaliyyətində əsas prioritetlərdəndir. Dövlətimizin başçısının uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyinin bütün fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlərin əsas hədəfi vətəndaşa xidmət və onun rifahının yaxşılaşdırılmasıdır.

Paylaş:
Baxılıb: 221 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30