Ana səhifə »  Xəbər lenti »  YAP İcra Katibiyində “Xilaskar İlham Əliyev” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib
A+   Yenilə  A-
YAP İcra Katibiyində “Xilaskar İlham Əliyev” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib

Fevralın 22-də  Yeni Azərbaycan Partiyasının İcra Katibiyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabının videokonfrans formatında təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirdi ki, xalqımızın Vətən müharibəsində Qələbəsinə həsr olunan “Xilaskar İlham Əliyev” kitabının təqdimatının keçirilməsi üçün 22 fevral tarixinin seçilməsi təsadüfi deyil. Çünki ermənilərin Dağlıq Qarabağın Azərbaycandan qopardılması, torpaqlarımızın işğalı ilə bağlı fitnəkarlıqlarına qarşı xalqımızın ayağa qalxması məhz 1988-ci ilin 22 fevralından başlayır.

Mübariz Qurbanlı qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı siyasət və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Ermənistanın hərbi təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın azad olunmasını təmin etdi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında cənab Prezidentin liderlik keyfiyyətlərindən irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə, eyni zamanda xarici siyasətdə uğurları və xalq-iqtidar birliyi dayanır. Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev milli maraqları ifadə edən qətiyyətli siyasət yürütməklə özündə yüksək şəxsi keyfiyyətləri, milli dəyərləri və təcrübəli idarəetmə bacarığını birləşdirən Lider olduğunu sübut etdi.

“Bu siyasət,  torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə bizim şərəf tariximizdir. Bu tarixi qələmə almaq, təbliğ etmək, gənc və gələcək nəsillərə ötürmək olduqca vacibdir” - deyən Mübariz Qurbanlı bu baxımdan Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabının əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, dörd fəsildən ibarət olan kitabda mühüm istiqamətlər  var. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması uğrunda diplomatik fəaliyyəti, həyata keçirdiyi ordu quruculuğu, Vətən müharibəsində ordumuzun uğurlu hərbi əməliyyatları, əsgərlərimizin qəhrəmanlıqları, torpaqlarımızın azad olunması kimi tariximizi şərəfləndirən məqamlar burada öz mükəmməl əksini tapıb. Müəllif kitabda torpaqlarımızın azadlığı uğrunda mübarizənin salnaməsini yaradıb ki, bu da həm bu gün, həm də gələcək üçün əhəmiyyətlidir və dəyərlidir.

Mübariz Qurbanlı əmin olduğunu bildirdi ki, Azərbaycanın müstəqil qalibiyyət tarixinin geniş əhatə olunduğu dəyərli mənbə kimi “Xilaskar İlham Əliyev” kitabı həm siyasi-ideoloji məzmununa, həm də ədəbi-bədii dəyərinə görə böyük oxucu marağına səbəb olacaq.

Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, professor Fəzail İbrahimli söylədi ki, “Xilaskar İlham Əliyev” kitabında xüsusi diqqət çəkən məqam qətiyyətli, hünərli, iradəli sərkərdə portretinin yaradılmasıdır. Aprel döyüşlərindən etibarən ötən müddət ərzində Azərbaycanın atdığı addımlar, dünyaya bəyan etdiyi fikirlər və digər məsələlər kitabda xronoloji ardıcıllıqla əksini tapıb. Kitabda proseslərə problem yanaşma da  əksini tapıb. Elə məsələlər  var ki, bu, Azərbaycan hüdudlarından kənara, dünyaya verilən mesajdır: “44 günlük müharibədən sonra Zəfər Paradı keçirildi. Orada ölkə Prezidenti cənab İlham Əliyev kürsüdə bütün dünyaya bəyan etdi ki, biz qalib gəldik, haqq işimizi yerinə yetirdik. Beynəlxalq təşkilatların görə bilmədiyi işi gördük. Azərbaycanın dövlətçilik tarixi var və biz bu tariximizi, ədaləti, haqqı bərpa etdik”.

Kitabın sonuncu yazısının fəlsəfi, rəmzi məna daşıyan “Allahın evi - Ağdam məscidi” olduğunu deyən sədr müavini bildirdi ki, zahirən elə görünür ki, Ali Baş Komandan bu məscidə sadəcə ziyarətə gəlib: “Amma bu tarixi səfərlə bütün müsəlman dünyasına bəyan edilir ki, məscid bizim ərazimizdə yerləşir, ancaq bura bütün müsəlmanların Allah evidir. Bu Allah evinə ermənilər tərəfindən edilən təcavüz bütün müsəlman evinə törədilən təcavüzdür”.

Fəzail İbrahimli vurğuladı ki, bu kitab bizim döyüş şücaəti ənənlərimizin özümüzə qaytarılmasının tarixindən yazır, 200 ildir ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin necə uğursuzluqla sonlandığından bəhs edir: “Kitabın ümumi qayəsində bir çağırış var: Ey Azərbaycan insanı, bil, düşün, dərk et və əməl et. 200 ildən artıq xristian ağuşuna sığınan, başımıza güllə və qumbara yağdıran, 12 aylıq təqvimin 10 ayında bizə qarşı faciə törədən düşməni məğlub etdik”.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev söylədi ki, kitab Azərbaycan xalqının, Azərbaycan ordusunun və müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycana yaşatdığı zəfər tarixindən bəhs edir. Cənab Prezident dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü heç bir danışıqlar mövzusu deyil. Azərbaycan heç vaxt imkan verməyəcək ki, onun torpaqlarında ikinci bir erməni dövləti yaradılsın: “44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, qəhrəman, rəşadətli Azərbaycan əsgər və zabitləri torpaqlarımızı düşmən işğalından azad etdi. Bununla Azərbaycan bütün dünyaya özünün dövlətçilik ənənələrini, güclü dövlət olduğunu, müstəqil olduğunu və müstəqil siyasət yeritdiyini, eyni zamanda ən sülhpərvər, tərəqqipərvər dövlət olduğunu göstərdi”.

Bəxtiyar Əliyev vurğuladı ki, şanlı zəfər salnaməsi də adlandıra biləcəyimiz bu əsərdə istər 2016-cı il Aprel döyüşlərini, istərsə də Vətən müharibəsinin 44 günü ərzində baş verən hadisələri günbəgün, saatbasaat özündə əks etdirirən yazılar əksini tapıb.  “Xilaskar İlham Əliyev” kitabında yeni tariximizdə baş verən digər mühüm hadisələrə də peşəkarlıqla qiymət verililib və sanballı araşdırmalarla oxucuda dəqiq təsəvvür, düzgün qənaət formalaşır.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov  bildirdi ki, ərsəyə gətirilən nəşr Azərbaycan üçün tale kitablarından biridir. Əsərdə əsas istiqamət Azərbaycanın xilasına gedən yolun və 33 ildir davam edən münaqişəyə son qoyan qətiyyətli siyasətin izahıdır. Bu problemin həllində xilaskarlıq missiyasını həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti kitabda geniş şəkildə təqdim olunur.

Kitabın bu böyük tarixi hadisəni izah etmək baxımından məntiqi struktura malik olduğunu diqqətə çatdıran N.Cəfərov dedi ki, nəşrin qəhrəmanı Ali Baş Komandan İlham Əliyevdir:  “Bütün məqamlarda, istər Aprel döyüşlərində, istərsə də İkinci Vətən savaşında mükəmməl bir xilaskar obrazı bu kitabda ətraflı yaradılıb. Düşünürəm ki, bu kitab yalnız müəllifin deyil, bütün xalqın əsəridir. Çünki burada xalqın tarixi zəfərə münasibəti, ruhu, əhval-ruhiyyəsi də öz əksini tapıb. Tarixin düyün nöqtələrini ifadə edən belə əsərlər təəssüf ki, tez-tez yaradılmır. Əlamətdar haldır ki, kitabda publisistik epos qüdrəti də hiss olunur”.   

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabını oxuyanda Ulu Öndər Heydər Əliyevin “Vətən Müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün apardığı müharibədir” kəlamı xatırlanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətlərinə sədaqətlə əməl edərək onun siyası kursuna əsaslanıb özünəməxsus cəsarət, qəhrəmanlıq və qətiyyət göstərdi. Xalqın, ordunun birliyi, şücaəti sayəsində işğal altında olan torpaqlarımızı erməni təcavüzkarlarından təmizlədi, dövlətimizin bütövlüyünü təmin etdi. 

T.Rzayevin sözlərinə görə, bütün bu tarixi gerçəkliklər, ölkə başçısının dəyərli fikirləri, uğurlarımızın doğurduğu əhval-ruhiyyə, keçirdiymiz həyəcanlı anlar, qələbə sevincləri “Xilaskar İlham Əliyev” kitabının ana xəttini təşkil edir. Həm də torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizənin bir salnaməsi kimi müharibənin canlı mənzərəsini özündə əks etdirir: “Bəxtiyar Sadıqov jurnalist istedadı ilə Prezidentin simasında vətənpərvərliyi, sədaqəti, bəşəri dəyərləri, vətən eşqini, qələbə əzmini ustalıqla canlandırmağa müvəffəq olub və əsl Ali Baş Komandan, torpaqlarımızı işğaldan xilas edən, xalqı müqəddəs istəyinə qovuşduran, ədalətsiz dünyaya ədalət dərsi keçən, əsrlərlə sağalmayan yaralarımıza məlhəm qoyan yenilməz bir xilaskar obrazı yaradıb”.

YAP Xətai rayon əşkilatının sədri, professor Hüseynbala Mirələmov bildirdi ki, Vətən müharibəsində qazanılan qələbə nəticəsində İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin yeni şərəf və qəhrəmanlıq salnaməsi yazıldı.  Bu zəfər nəticəsində yaranan yeni reallıq həm də qələm sahibləri qarşısında qələbimizin işıqlandırılması, təbliği və tarixi aspektlərinin gələcək nəsillərə çatdırılması baxımından yeni vəzifələr qoyur. Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabı həm bu qələbəyə aparan yolun, həm də 44 günlük müharibədə xalqımızın zəfərinin ilk salnaməsidir, Vətən müharibəsinin tarixidir. Cənab İlham Əliyevin bizi böyük Zəfərə yetirmiş siyasətinin yığcam tarixi-sənədli ifadəsidir.

Hüseynbala Mirələmovun sözlərinə görə, Birinci Qarabağ savaşının veteranı olan, məqalələri və kitabları ilə ilk müharibənin sənədli salnaməsini yaradan Bəxtiyar Sadıqovu o illərdə üzləşdiyimız faciələr, yol verilən yanlışlar, başımıza gələnlər, itkilərimiz həmişə ağrıdıb və bu ağrılarını o dövrün həqiqətlərinə işıq salan yazıları ilə ovutmağa çalışıb. Onun "Qeyrət və xəyanət", "İnsan və zaman", "Həqiqət və yalan", "Ömrün söz yadigarı" kitablarının da əsas mövzusu Qarabağ münaqişəsidir, vətənpərvərlik mövzusudur: “Belə kitablar yazmaq hər bir qələm sahibinin borcudur. Bu, keçmişi unutmamaq, onu gələcək nəsillər üçün sənədləşdirmək, xalqın ən böyük qələbələrinin müəllifi olan böyük şəxsiyyətlərimizin haqqını yaşatmaq və Qarabağımıza sahib çıxmaq borcudur”.

YAP Gənclər Birliyinin fəalı Günay Vəlizadə “Xilaskar İlham Əliyev” kitabını 44 günlük vətən müharibəsinin tarixi salnaməsi kimi qiymətləndirdi və gələcəyin tarixçilərinə, oxucularına 2020-ci ilin zəfər tarixini öyrənmək üçün dəyərli bir mənbə olacağını söylədi: “Bizim canlı şahidi olduğumuzu tarixi hadisələri gələcək nəsillər məhz bu kitabdan oxuyacaqlar. Azərbaycanın zəfər tarixini özündə əks etdirən bu nəşr 4 fəsildən ibarət olmaqla xronolji ardıcıllıqlara bölünüb. Kitabda Aprel döyüşlərindən başlayaraq zəfər günümüzə qədər olan mərhələ, başda  Ali Baş Komandan İlham Əliyev olmaqla Şanlı Ordumuzun müharibəyə fiziki və psixoloji cəhətdən hazırlığı öz əksini tapıb”.

“Xilaskar İlham Əliyev” kitabının müəllifi Milli Məclisin deputatı,  «Azərbaycan» qəzetinin baş redaktoru, əməkdar jurnalist  Bəxtiyar SADIQOV qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi və tarixi ədaləti bərpa etdi.  Bu savaşda İlham Əliyev “dəmir yumruğu” ilə düşmənin başını əzib, belini qırdı! Bununla da müasir Azərbaycan tarixinin şanlı zəfər səlnaməsi yazıldı. 200 illik tarixi olan münaqişənin həlli nəticəsində qalib xalq və məğlubedilməz dövlət kimi özümüzü yenidən təsdiq etdik.

Bəxtiyar Sadıqov vurğuladı ki, Prezident İlham Əliyev 17 illik rəhbərliyi dövründə xalqımızı 44 günlük zəfərə addım-addım yaxınlaşdırdı: “Tarixinin ən güclü Azərbaycanını yaratdı, bütün xalqımızı bu amal ətrafında birləşdirdi. Ən müasir silahlarla, hərbi texnikalarla təchiz edilmiş qüdrətli ordu formalaşdırdı. Cənab İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığını ən uca mərhələyə yüksəltdi”.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan müəllif  vurğuladı ki, əgər 1990-cı illərin əvvəlində AXC-Müsavat cütlüyü səriştəsizliyi, təcrübəsizliyi üzündən Azərbaycanı məğlub dövlətə çevirmişdisə, cənab İlham Əliyev Azərbaycanı qalib dövlət etdi, qürurumuzu özümüzə qaytardı, bizi böyük zəfərə çatdırdı: “Bu gün fəxr edirik ki, qalib millətik və İlham Əliyev kimi Ali Baş Komandanımız var. Cənab İlham Əlyev 44 günlük savaşda tək Ali Baş Komandan kimi fəaliyyət göstərmədi. Həm də sonadək diplomatiya cəbhəsində, informasiya müharibəsində savaşdı. Azərbaycana qarşı yönələn təzyiqlərin hamısını neytrallaşdırdı. Prezidentimiz dəmir yumruğu ilə düşməni yerlə-yeksan etdi”.

“Xilaskar İlham Əliyev” kitabını həm də dədə-baba yurdu işğaldan azad olunan bir qarabağlı kimi Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq hissi ilə qələmə aldığını söyləyən müəllif qeyd etdi ki, nəşr indiki və gələcək nəsillər üçün zəfər səlnaməmizi, yeni tariximizi əks etdirir.

Təqdimata yekun vuran Mübariz Qurbanlı dedi ki, bugünkü tədbiri həm də nəsillərin görüşü adlandırmaq olar. Çünki burada həm keşməkeşli tariximizin birbaşa iştirakçısı, şahidi olmuş insanlar, həm də bu hadisələri kitablardan oxuyan gənclər iştirak edir. Gələcək nəsilllər bu kitab vasitəsilə Zəfər tariximizi daha yaxından, ən əsası isə daha doğru formada öyrənəcək, özlərində düzgün yanaşma formalaşdıracaqlar.

 
  • Oxunub:  3030  |  
  • Tarix:  22-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib
05 Mart 18:36
Vətəndaş həmrəyliyindən siyasi həmrəyliyə doğru
05 Mart 18:31
Qadın cəmiyyətin aparıcı qüvvəsidir
05 Mart 18:15
Prezident: Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir, amma buna nail ola bilməyəcək
05 Mart 18:04
Bakı Limanı Niderlandın Fontis Universiteti və Qilde İnstitutu ilə təlim proqramına başlayır
05 Mart 18:00
Azərbaycanda köməkçi texnologiyaların gücləndirilməsi imkanları müzakirə edilib
05 Mart 17:53
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
05 Mart 17:47
Alimlər Yerin kürəsinin daxili nüvəsində naməlum təbəqənin varlığını kəşf ediblər
05 Mart 17:46
Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilər üçün Ankarada vida mərasimi keçirilib
05 Mart 17:44
Siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi partiyamızın artan nüfuzunun və imicinin göstəricisidir
05 Mart 17:43
QDİƏT-də turizm sahəsində pandemiya ilə mübarizə üzrə işçi qrupun iclası olub
05 Mart 17:12
Tarixin bütün dövrlərində Azərbaycanın qadını ön və arxa cəbhələrdə fədakarlıqla çalışıb
05 Mart 17:06
Leyla Abdullayeva: Ermənistan XİN nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi rəsmi Yerevanın sağlam düşüncədən uzaq olduğunu növbəti dəfə göstərir
05 Mart 17:03
Azərbaycan ilə Pakistan arasında hərbi-texniki və təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib
05 Mart 16:54
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
05 Mart 16:52
Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib
05 Mart 16:46
Prezident: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
05 Mart 16:45
FHN Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
05 Mart 16:41
YAP Mətbuat Xidmətinin məlumatı
05 Mart 16:39
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
05 Mart 16:32
Prezident: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
05 Mart 16:29
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı kitab nəşr etdirilib
05 Mart 16:24
Qarabağ zəfərində Xalqın və Ordunun gücü vəhtəd təşkil edirdi...
05 Mart 16:14
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
05 Mart 16:10
Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
05 Mart 16:05
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
05 Mart 16:01
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
05 Mart 15:59
Azərbaycan Texniki Universiteti “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır
05 Mart 15:53
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Beynəlxalq Qadınlar Günü qeyd olunub
05 Mart 15:47
Qarabağa həyat yenidən qayıdacaq
05 Mart 15:45
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
05 Mart 15:34
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
05 Mart 15:30
İsrailli qadın 55 yaşlı vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb
05 Mart 15:27
Azərbaycanın və Pakistanın daxili işlər orqanları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub
05 Mart 15:20
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
05 Mart 15:15
Təhsil naziri: 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib
05 Mart 15:13
Azərbaycanda koronavirusdan 175 nəfər sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb
05 Mart 15:06
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik, bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib
05 Mart 15:02
Britaniya səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
05 Mart 14:57
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var
05 Mart 14:56
Ermənistan ordusunun Şuşada atıb qaçdığı silah-sursat aşkarlanıb
05 Mart 14:50
Deputat: Neftin qiyməti yüksək olarsa Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq
05 Mart 14:48
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
05 Mart 14:46
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
05 Mart 14:44
Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir
05 Mart 14:44
Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib
05 Mart 14:40
Səbail rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət qayğısı ilə əhatə olunublar
05 Mart 14:34
İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
05 Mart 14:31
Qarabağda böyük iqtisadi layihələr icra olunacaq
05 Mart 14:30
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA