Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Çaytumas kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Çaytumas kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu
oktyabrın 25-də kəndi işğalçılardan azad edib.
- Oxunub: 1800 |
- Tarix: 22-02-2021 |
-
Çap et |