Ana səhifə »  Xəbər lenti »  Naxçıvanda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı uğurla icra olunub
A+   Yenilə  A-
Naxçıvanda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı uğurla icra olunub

Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı diqqətdə saxlanılıb

Naxçıvan Muxtar Respublikasının əlverişli iqlim şəraiti və tarixən formalaşan təsərrüfatçılıq ənənələri bu qədim diyarda aqrar sektorun inkişafı üçün mühüm zəmin yaradıb. Kənd təsərrüfatı sahəsində sahibkarlara göstərilən dövlət dəstəyinin həcminin ilbəil artması və müxtəlif istiqamətlər üzrə qəbul edilən Dövlət proqramlarının uğurlu icrası böyük nailiyyətlərin qazanılmasına səbəb olub. Bu istiqamətlərdən biri – meyvəçiliyin və tərəvəzçiliyin inkişafı isə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması sahəsində xüsusi rol oynayır. Onu da qeyd etmək lazımdır ki, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üçün həyata keçirilən tədbirlərin aqrar sektorda məşğulluğun təmin olunmasına müsbət təsir göstərməsi bu sahənin xüsusi əhəmiyyətə malik olmasını təsdiq edən amildir.

Dövlət Proqramının icrası qazanılan uğurların davam etdirilməsi üçün yeni imkanlar yaradıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahədə 2012-2015-ci illəri əhatə edən Dövlət Proqramının icrası nəticəsində qazanılan uğurların davam etdirilməsi üçün yeni imkanlar yaradıb. Proqramın icrasına uyğun olaraq, 2018-ci il noyabr ayının 1-də Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin, eləcə də Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin yeni inzibati binası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Ali Məclisin Sədri aqrar sahənin vacibliyinə diqqəti cəlb edərək deyib: “Hər bir ölkədə aqrar sahə inkişaf etmədən ümumi inkişafı təmin etmək mümkün deyil. Bu səbəbdən də ümummilli liderimiz Heydər Əliyev istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində kənd təsərrüfatının inkişafını daim diqqətdə saxlamış, bu sahədə kompleks tədbirlər görülmüşdür. Azərbaycan aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevrilmişdir. Bu gün də ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir, torpaq mülkiyyətçilərinə subsidiyalar verilir, aqrolizinq xidmətləri göstərilir, güzəştlər tətbiq olunur, mütərəqqi suvarma sistemləri qurulur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası da sənaye-aqrar respublikasına çevrilmişdir. Muxtar respublikada torpaqlar əkilir, bol məhsul istehsal olunur. İstehsal olunan kənd təsərrüfatı məhsulları isə sənaye müəssisələri üçün xammal bazası yaradır. Bütün bunlar bir daha kənd təsərrüfatının nə qədər vacib sahə olduğunu təsdiq edir...”

Bağların salınması üçün 870 min meyvə tingi əkilib

Dövlət Proqramında Kəngərli rayonu ərazisində 100 hektar sahədə püstə bağının salınması ilə bağlı tapşırıq nəzərdə tutulub. Tapşırığın icrasını təmin etmək məqsədilə 2016-2017-ci illərdə həyata keçirilən tədbirlər çərçivəsində 29 min 250 püstə fidanından istifadə olunub. 100 hektar ərazini əhatə edən püstə bağının ətrafında əlavə olaraq 4 hektar sahədə qoruyucu yaşıllıq zolağı əkilib. Ümumilikdə, proqramın icrası müddətində 13 tingçilik təsərrüfatı, 28,1 hektar sahədə meyvə toxmacarlığı yaradılıb, 1128,5 hektar sahədə meyvə və üzüm bağı salınıb, 554 hektar sahədə tinglə bərpa, 483,5 hektar sahədə toxumla əkin aparılıb. Bağların salınması üçün 870 min 352, bərpa tədbirləri məqsədilə 138 min 500 meyvə tingindən istifadə olunub.

44 layihəyə, ümumilikdə, 675 min manat dövlət maliyyə dəstəyi göstərilib

Muxtar respublikamızda aqrar sektoru stimullaşdıran ən mühüm faktorlardan biri bu sahəyə göstərilən dövlət maliyyə dəstəyidir. Proqramın icrasına uyğun olaraq bu istiqamətdə həyata keçirilən tədbirlər ixracyönümlü məhsul istehsal edən sahibkarların sayının artmasına səbəb olur. 2016-2020-ci illərdə meyvə və tərəvəzçilik təsərrüfatlarının, həmçinin emal müəssisələrinin yaradılması istiqamətində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 44 layihəyə, ümumilikdə, 675 min 400 manat dövlət maliyyə dəstəyi göstərilib. Dövlət Proqramının icrası nəticəsində əldə edilən mühüm uğurlardan biri də meyvəqurutma, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və yabanı növ bitkilərin tədarükü istiqamətləri üzrə 4 istehsal sahəsinin yaradılmasının başa çatdırılması olub.

Muxtar respublikada ümumi tutumu 19 min 390 ton olan 42 soyuducu anbar fəaliyyət göstərir

Soyuducu anbarların yaradılması məqsədilə görülən işlər kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin digər mühüm təzahürüdür. Bu sahəyə özəl investisiya qoyuluşunun da artması qazanılan uğurların çoxalmasına səbəb olur. Həyata keçirilən tədbirlərin mütərəqqi əhəmiyyəti ondan ibarətdir ki, proqramın icrasına uyğun olaraq soyuducu anbarların yaradılması muxtar respublika əhalisinin ilin hər fəslində keyfiyyətli yerli məhsullarla təmin edilməsinə imkan verməkdədir. 2016-2020-ci illərdə dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda 5 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın genişləndirilməsi, 1 soyuducu anbarda qurğuların quraşdırılması, həmçinin özəl investisiya qoyuluşu hesabına Babək rayonunda 1, Şərur rayonunda 9 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb.

Dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda ümumi tutumu 250 ton, Naxçıvan şəhərində “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumi tutumu 800 ton olan soyuducu anbarların yaradılması planlaşdırılır. Ümumilikdə, bu dövrdə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına ümumi tutumu 7 min 550 ton olan 15 soyuducu anbarın yaradılması, 2 soyuducu anbarın tutumunun 240 ton genişləndirilməsi, 1 soyuducu anbarda qurğuların quraşdırılması başa çatdırılıb, 2 soyuducu anbarın yaradılması davam etdirilib. Hazırda muxtar respublikamızda tutumu 19 min 390 ton olan 42 soyuducu anbarın fəaliyyət göstərməsi meyvə-tərəvəz məhsullarının qış aylarında istehlakçıya çatdırılması ilə yanaşı, ixrac həcminin də artırılmasına şərait yaradır.

Beş ildə 15 istixana təsərrüfatı yaradılıb

Dövlət maliyyə yardımına innovasiya dəstəyinin də əlavə olunması meyvə-tərəvəzçilik sahəsində müasir dövrün tələblərinə uyğun yeni təsərrüfatların yaranması ilə nəticələnir. Bunlardan ən çox diqqət cəlb edəni isə istixana təsərrüfatlarıdır. Məhsuldar fəaliyyət və bol gəlir yeni istixana təsərrüfatlarının yaradılmasını şərtləndirən mühüm amillərdəndir. Dövlət Proqramının icrası müddətində ümumi sahəsi 31 min 369 kvadratmetr olan 15 istixana təsərrüfatının yaradılması başa çatdırılıb. Hazırda muxtar respublikada 139 min 555 kvadratmetr sahədə 31 müasir istixana kompleksi fəaliyyət göstərir.

Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında meliorasiya və irriqasiya işləri mühüm əhəmiyyət daşıyır. Torpaqların su təminatının yaxşılaşdırılması əkin sahələrinin və məhsuldarlığın artması ilə nəticələnir. Bu tədbirlər proqramın icra müddəti ərzində diqqətdə saxlanılıb, əkin sahələrinin suvarılması məqsədilə 140,46 kilometr yeni suvarma boru xətti çəkilib, 1005,54 kilometr kanal, 1782,81 kilometr ara arxlarda təmizləmə, 159,13 kilometr boru xəttində təmir-bərpa işləri aparılıb. Həmçinin şoranlaşmış sahələrin əkin dövriyyəsinə daxil edilməsi üçün bu dövrdə 191,16 kilometr kollektor, 27,88 kilometr açıq, 2,43 kilometr qapalı drenaj lildən təmizlənib, eləcə də 35,28 kilometr açıq, 4,54 kilometr qapalı drenaj tikilib.

Aqrar sahədə sahibkarlıq riskinin və maddi rifahın zəmanətçisi sığorta tədbirləridir. Dövlət Proqramında bu istiqamətdə nəzərdə tutulan tapşırığın icrasına uyğun olaraq 15 sığorta müqaviləsinin bağlanması meyvə-tərəvəz əkini sahələrinə gözlənilməz hadisələr nəticəsində zərər dəyməsi ehtimalına qarşı əmlak mənafelərinin qorunmasını təmin etmək məqsədi daşıyır.

Əkin sahələrinin mühafizə edilməsinin digər forması isə zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılmasıdır. Pestisidlərdən istifadə olunmaqla ziyanvericilərin zərərsizləşdirilməsi məhsuldarlığa da təsir göstərən mühüm amillərdəndir. Proqramın icrası müddətində muxtar respublikaya alınıb gətirilən pestisidlərdən istifadə olunmaqla 6 min 459,8 hektar sahədə ziyanvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Görülən işlər ərzaq bolluğunun təmin olunmasında xüsusi rol oynayıb.

Qida təhlükəsizliyi diqqət mərkəzindədir

Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi üzrə həyata keçirilən tədbirlər sırasında istehsal həcminin artırılması, yeni təsərrüfatların yaradılması, soyuducu anbarların mövcudluğu qədər həmin məhsulların keyfiyyətinə nəzarət olunması da vacib məsələlərdəndir. İnsan sağlamlığının qorunmasının mühüm şərti istehsal olunan məhsulların laboratoriya analizlərinin vaxtında aparılması və sertifikatlaşdırılmış məhsulların sayının çoxalmasıdır. Dövlət Proqramında müəyyən edilmiş tədbirlər çərçivəsində 2016-2020-ci illərdə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 909 halda meyvə-tərəvəz məhsullarından orta nümunələr götürülərək laboratoriya analizlərinə cəlb edilib. Bu dövrdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı meyvə-tərəvəz və onlardan hazırlanan məhsulların 1216 halda keyfiyyət və ya təhlükəsizlik göstəriciləri yoxlanılıb, nəticələrin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olduğu müəyyən edilib, müvafiq məhsullar 465 halda sertifikatlaşdırılıb. Bundan əlavə, proqramın icrası müddətində günəbaxan, noxud, qarpız, qovun, balqabaq, pomidor, xaşa, çuğundur, xiyar, arpa, buğda, yonca, qarğıdalı toxumlarından və azot gübrəsindən, ümumilikdə, 44 halda nümunələr seçilərək analizləri aparılıb.

Dövlət Proqramının icrasına uyğun olaraq daxili bazarın qorunması məqsədilə görülən işlər yerli istehsal məhsullarının gəlirgətirmə imkanlarının artması ilə nəticələnib. Muxtar respublikada istehsal olunan meyvə-tərəvəz məhsullarının kütləvi istehsal dövründə qonşu ölkələrdən idxalının qarşısının alınması sahibkarlara göstərilən diqqətin vacib göstəricisidir. Eyni zamanda proqramın icrası müddətində sağlam rəqabət mühitinin yaradılması və istehsalçıların öz məhsullarını birbaşa istehlakçılara çatdırması məqsədilə Nаxçıvаn şəhəri və muxtar respublikanın rayonlarında hər həftənin şənbə və bazar günləri yarmarkalar təşkil edilib, bu yarmarkalarda yerli istehsal müəssisələrinin iştirakı təmin olunub.

Uğurlu elmi-tədqiqat işləri aparılıb

Naxçıvanda meyvəçilik və tərəvəzçilik sahəsində həyata keçirilən elmi fəaliyyət, aparılan tədqiqat işləri bu sahənin daha da inkişaf etdirilməsinə təkan verməkdədir. Görülən işlər yeni məhsul sortlarının aşkar edilməsinə və bu sahədə elmi-metodik vəsaitlərin sayının artmasına səbəb olur. 2016-2020-ci illərdə meyvəçilik və tərəvəzçilik sahəsi üzrə Naxçıvan Dövlət Universitetində 9 məqalə hazırlanıb, 2 kitab nəşr olunub, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 79 elmi məqalə, 53 konfrans materialı, 17 qəzet məqaləsi, 7 monoqrafiya, 3 buklet, 3 kitab çap edilib. Bölmənin əməkdaşları tərəfindən Şərur, Babək və Culfa rayonlarının hər birində 2 yeni heyva sortu aşkar olunub, ilk dəfə aşkar edilən aborigen üzüm sortuna “Naxçıvan” adı verilib. Elmlər doktorluğu üzrə bölmənin 2 əməkdaşının meyvəçilik sahəsində tədqiqatları davam etdirilib, 1 əməkdaşın tədqiqat işi isə tamamlanıb. Bu dövrdə Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin elmi işçiləri tərəfindən “Naxçıvan Muxtar Respublikasının boz torpaqları şəraitində tərəvəz noxudunun səpin müddətləri”, “Naxçıvan Muxtar Respublikası şəraitində müxtəlif səpin sxemlərinin tərəvəz noxudunun məhsuldarlığına təsiri”, “Naxçıvan Muxtar Respublikasında üzümün genetik fondunun öyrənilməsi” mövzularında elmi işlər yekunlaşdırılıb.

Torpaqdan səmərəli istifadə məhsul bolluğunun mühüm şərtidir

Proqramın icrasına uyğun olaraq rayonlarda onlarla bələdiyyə üzrə işçi planlar hazırlanaraq torpaq analizlərinin aparılması üçün təhvil verilib.

Meyvə-tərəvəz əkinlərinin əkin atlaslarına uyğun aparılmasının əhəmiyyəti barədə ailə təsərrüfatçıları və sahibkarlarla Naxçıvan şəhərində 5, Şərur rayonunda 10, Babək rayonunda 5, Culfa rayonunda 6, Ordubad rayonunda 3, Şahbuz rayonunda 4, Kəngərli rayonunda 7, Sədərək rayonunda 3, “Araz” Elm-İstehsalat Birliyində 4 tarla-seminar müşavirəsi keçirilərək müvafiq tövsiyələr verilib. Proqramın icrası müddətində kənd təsərrüfatı məhsullarının tədarükü, satışı və emalı üzrə 3 ictimai birlik yaradılıb.

Dövlət Proqramının icrası muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı tədbirlərin davamlı xarakter almasına səbəb olub.

 
  • Oxunub:  1440  |  
  • Tarix:  22-02-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Türkiyə 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq əzmindədir

24 Fevral 20:42
Ceyhun Bayramovun Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub
24 Fevral 20:39
Azay Quliyev: 44 günlük müharibədən sonrakı vəziyyət mövcud reallığa uyğun addımların atılmasını daha da vacib edir
24 Fevral 19:46
Xocalı faciəsi qurbanlarının xatirəsi Tbilisidə anılıb
24 Fevral 19:41
Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini ilə görüşüb
24 Fevral 19:38
Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir təşkil edilib
24 Fevral 19:12
3 dəqiqə ərzində görmə qabiliyyətini necə yaxşılaşdırmaq olar?
24 Fevral 19:06
YAP Gədəbəy rayon təşkilatı Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirib
24 Fevral 18:54
Hava temperaturunun koronavirus infeksiyasına yoluxmaya təsiri aşkar edilib
24 Fevral 18:49
Məqsədyönlü sosial-iqtisadi islahatlar iqtisadiyyatımızın güclənməsini və müasirləşməsini təmin edir
24 Fevral 18:09
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir
24 Fevral 18:08
Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan sammiti keçiriləcək
24 Fevral 17:41
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq göstərilir
24 Fevral 17:25
Mikayıl Cabbarov: Keçən il dövlət satınalmaları 14,8 faiz artıb
24 Fevral 17:23
Hikmət Babaoğlu: Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi yeni qarşılıqlı faydalı regional əməkdaşlıqdan keçir
24 Fevral 17:15
BDU-da Beynəlxalq elmi konfrans: Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri
24 Fevral 17:14
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar
24 Fevral 17:10
Karol Büro-Bonnar: Azərbaycanda keçirdiyimiz görüşlər zamanı Fransa ictimaiyyətinə çatdırmaq üçün çoxsaylı faktlar əldə etdik
24 Fevral 17:08
Günay Əfəndiyeva “Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah” adlı onlayn seminarda iştirak edib
24 Fevral 17:05
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
24 Fevral 17:01
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə sanki məğlubiyyətin acığını çıxmağa çalışır
24 Fevral 16:42
Təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirilib
24 Fevral 16:40
Avropa İttifaqının dəstəyi, UNFPA və RİİB-in təşkilatçılığı ilə Azərbaycanda ilk “Gender bərabərliyi” hakatonu keçirilib
24 Fevral 16:39
Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və idmançılar ilə görüş keçirilib
24 Fevral 16:37
Azərbaycan və Pakistan parlamentlərarası dostluq qruplarının Xocalı soyqırımına həsr olunmuş görüşü keçirilib
24 Fevral 16:34
Türk Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
24 Fevral 16:33
Azərbaycan vətəndaşları Gürcüstana PCR testi ilə səfər edə biləcəklər
24 Fevral 16:30
Türkiyədə “Mavi Vətən–2021” təlimlərinə 87 gəmi, 27 təyyarə və 20 helikopter cəlb olunacaq
24 Fevral 16:25
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı
24 Fevral 16:24
DİN bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb
24 Fevral 16:21
Fransa Milli Assambleyasının deputatı: Azərbaycan multikultural, bütün mədəniyyətlərə və konfessiyalara açıq ölkədir
24 Fevral 16:19
Rusiyalı jurnalist: Erməni silahlı qüvvələri tərəfindən torpaqların gen-bol minalanması həmin əraziləri öz nəzarətində saxlamağa kömək etmədi
24 Fevral 16:17
Beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması hər zaman diqqət mərkəzində olub
24 Fevral 16:15
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edib
24 Fevral 16:13
Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək
24 Fevral 16:11
Ombudsman Aparatında ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib
24 Fevral 16:06
"Siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyası ilə bağladım və hesab edirəm ki, doğru addım atmışam"
24 Fevral 15:35
Hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 27 nəfərə çatıb
24 Fevral 15:15
Milli Kitabxanada “Xocalı 29” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
24 Fevral 15:14
Tbilisidə Xocalı soyqırımına həsr olunmuş fləşmob keçirilib
24 Fevral 15:09
Azərbaycanda koronavirusdan 145 nəfər sağalıb, 220 yeni yoluxma faktı qeydə alınıb
24 Fevral 15:01
Xocalı soyqırımı qurbanlarının xatirəsi Belçikada da anılıb
24 Fevral 14:47
Türkiyəli həkimlər tərəfindən qazilərimizin müayinəsi davam edir
24 Fevral 14:46
Ukrayna Ali Radasının deputatı: Xocalı hadisələri bütün bəşəriyyət tarixində silinməz ləkədir
24 Fevral 14:43
Vətən müharibəsində düşmənə vurulan aviazərbələri əks etdirən videogörüntülər yayılıb - VİDEO
24 Fevral 14:38
Misir KİV-ləri: Xocalı soyqırımının 29-cu ildönümü bu il Azərbaycanda fərqli şəkildə anılır
24 Fevral 14:35
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman Azərbaycanın haqq işinə dəstək verib
24 Fevral 14:29
Abşeron yarımadasında gecə 9 dərəcəyədək şaxta gözlənilir
24 Fevral 14:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində xeyli işlər görüb
24 Fevral 14:06
"Sabahın məktəbi" mövzusunda vebinar keçiriləcək
24 Fevral 13:24
Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini paylaşıb VİDEO
24 Fevral 13:22
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xaçmazda 613 ağac əkilib
24 Fevral 13:20
Yardımlıda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
24 Fevral 13:06
FHN vətəndaşları ehtiyatlı olmağa, təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırır
24 Fevral 12:58
Türkiyənin Azərbaycandan təbii qaz idxalı artıb
24 Fevral 12:57
Şəkidə Xocalı faciəsi qurbanlarının xatirəsinə 613 ağac əkilib
24 Fevral 12:41
“Jewish Journal” nəşrində ermənipərəst senatorların bəyanatlarına cavab məqaləsi dərc edilib
24 Fevral 12:28
Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub
24 Fevral 12:23
Avtomobil yollarındakı vəziyyət açıqlanıb
24 Fevral 12:03
Bakı Nəqliyyat Agentliyi: Bəzi istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir
24 Fevral 12:01
Baş nazir Əli Əsədov İrakli Qaribaşvilini Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib
24 Fevral 11:59
Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir
24 Fevral 11:51
“Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib
24 Fevral 11:42
Bakıda qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır
24 Fevral 11:38
Bakı Şəhər İcra Hakimiyyəti qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama yayıb
24 Fevral 09:07
“Peyvənd olunanlar arasında ciddi yan təsirlərə, allergik reaksiyalara rast gəlinməyib”
24 Fevral 09:06
Ermənistanda qarşıdurma pik həddinə çatıb
24 Fevral 09:05
İndiki Ermənistan ərazisində xalqımıza məxsus olan abidələr vandalizmə məruz qalıb
24 Fevral 09:03
Qubad İbadoğlunun ucuz populyarlıq qazanmaq cəhdi
23 Fevral 22:29
Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib
23 Fevral 21:16
Azərbaycan-İordaniya siyasi əməkdaşlığı yüksək səviyyədədir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA