Ana səhifə »  Xəbər lenti »  İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri böyük sürətlə həyata keçirilir
A+   Yenilə  A-
İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri böyük sürətlə həyata keçirilir
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı www.yap.org.az saytına müsahibə verib:

-Məlahət xanım, hazırda işğaldan azad edilmiş ərazilərdə sürətlə quruculuq-bərpa işləri həyata keçirilir. Bu barədə fikirlərinizi bilmək istərdik...

-Bu gün Azərbaycan xalqı olaraq  torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.

Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş  ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə növbəti səfəri də bir sıra vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması ilə yadda qaldı. Prezident İlham Əliyev, ilk növbədə, Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu hadisənin əhəmiyyəti olduqca böyükdür. Bu dəmir yolu xətti nəinki ölkəmizin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Ümumi uzunluğu 100 kilometr olan bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ən mühümü isə odur ki, bu infrastruktur Türkiyəyə qədər uzanmaqla Bakı-Tbilisi-Ceyhandan sonra Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi olacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək.

Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları ona növbəti mərhələyə keçmək imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına da töhfə verə bilər. Bu isə böyük bir regionda Azərbaycanın strateji əhəmiyyətini artıracaq, o cümlədən iqtisadi potensialına təkan verəcək. Dövlətimizin başçısının işğaldan azad edilən bütün şəhərlərin baş planlarının hazırlandığını bildirməsi yaxın gələcəkdə bu ərazilərdə ciddi şəhərsalma fəaliyyətinə start veriləcəyinin və yerli yol-nəqliyyat infrastrukturunun qurulacağının anonsu kimi qiymətləndirilə bilər.

-Azad olunmuş ərazilərin bərpasında yeni, müasir texnologiyaların, layihələrin  tətbiq olunması nəzərdə tutulur. Bunun əhəmiyyəti nədən ibarətdir?

-Prezident İlham Əliyev bərpa olunacaq ərazilərdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi barədə öz fikirlərini bölüşdü. Bu isə dövlətimizin başçısı tərəfindən xalqımızın Qarabağın “ağıllı region” kimi inkişafı ilə bağlı istəklərinə cavab verməsi deməkdir. Bu istiqamətdə Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” layihəsinin icrasına başlanılması da xüsusi əhəmiyyətə malikdir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu yolla ölkəmiz daha geniş aspektdən alternativ enerjinin tətbiqini reallaşdırmış olacaq. Ümumilikdə isə layihənin spektri çox geniş olmaqla yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi bir sıra zəruri sahələri əhatə edir.

“Ağıllı” şəhər və kəndlərin fəaliyyəti smart cihazlardan əldə olunan məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar və ya avtomobillərdəki sensorlar da ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyənləşdirə və lazımi infrastruktur işlərinə start verə bilərlər. Hazırda bir çox “ağıllı şəhər”lərin bütün evlərində yalnız günəş enerjisindən istifadə olunur. Əsas nəqliyyat vasitələri isə elektriklə işləyən avtomobillərdir. Bu şəhərlərdə küçələr sensorlu işıqlandırma sistemləri ilə təchiz edilib. Bunların isə əhəmiyyəti böyükdür. Zamanla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının bütün ölkə üzrə reallaşdırılması daha yüksək yaşam standartlarının tətbiqinə, kənd təsərrüfatında və istehsalatda yeni innovasiyalar sayəsində ciddi inkişafa, bütövlükdə isə enerji resurslarından səmərəli istifadəyə gətirib çıxara bilər. Bu məqsədlə Qarabağ bölgəsində həyata keçirilən faktiki layihələr gələcəkdə bütün ölkə üçün pilot layihə kimi baza rolunu oynaya bilər. Bütövlükdə, bu tipli layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.

-Ermənistanda revanşist qüvvələr təxribatçı bəyanatlarla çıxış edirlər. Buna münasibətiniz necədir?

-Bəli, biz bu gün müşahidə edirik ki, Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələr var. Ölkəmizin geosiyasi əhəmiyyətinin və iqtisadi gücünün artması bölgədə sülhün, sabitliyin təmin edilməsi üçün də böyük əhəmiyyətə malikdir. Bu güc Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələrin önünü kəsmək üçün zəruridir. Ermənistan Azərbaycanı növbəti təxribatlarla, yeni müharibə ilə hədələməyə çalışır. Bu cür revanşist və faşist yanaşmalar artıq öz əhəmiyyətini itirməyə başlayıb. Zamanla regional layihələr icra edildikcə Ermənistan belə münasibətdən əl çəkməli, öz məğlubiyyətini qəbul etməlidir. Çünki artıq Ermənistan ordusu yoxdur, məhv edilib. Digər tərəfdən isə Ermənistanın artıq iqtisadi və sosial potensialı da qalmayıb.

Regionda bu potensiala sahib olan və tranzit əlaqələri təmin edən ölkə Azərbaycandır. Bütün iqtisadi maraqlar Azərbaycanın ərazisində kəsişdiyinə görə burada bütövlükdə regionun təhlükəsizliyi məsələsi önəm daşıyır. Ermənistanın bu cür münasibəti bütün region üçün təhdid deməkdir və bu yolu seçməklə növbəti dəfə öz dezinteqrasiyasının mənfi nəticələrini görəcək. Ermənistanda artıq anlamalıdırlar ki, erməni faşizminin mövcud şəraitdə - regional maraqlar və təhlükəsizlik çərçivəsində bir daha baş qaldırması qeyri-mümkündür, belə addımların nəticəsi onlar üçün daha acınacaqlı ola bilər. Erməni tərəfi başa düşməlidir ki, onların başqa çıxış yolu yoxdur.

 
  • Oxunub:  1740  |  
  • Tarix:  22-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

27 Fevral 13:04
İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq
27 Fevral 12:15
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Türkiyənin Dənizli şəhərində silsilə tədbirlər keçirilib
27 Fevral 11:59
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yeni abidənin açılışı olub
27 Fevral 11:42
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edilib
27 Fevral 11:40
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb
27 Fevral 11:39
Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir
27 Fevral 11:11
Müdafiə Nazirliyi Qubadlı rayonunun Əfəndilər kəndinin videogörüntülərini yayıb - VİDEO
27 Fevral 10:58
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olanlar mənzil və fərdi evlə təmin olunacaq
27 Fevral 10:49
Xocalıdan olan rabitəçilərlə görüş keçirilib
27 Fevral 09:33
ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
27 Fevral 09:30
ABŞ-ın ştatlarında Xocalı qətliamına həsr olunmuş tədbirlər davam edir
27 Fevral 09:27
Təhsil naziri: Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vacibdir
26 Fevral 22:14
Qərbi Azərbaycan İcması Ankara Təmsilçiliyi Xocalı şəhidlərini anıb
26 Fevral 21:38
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
26 Fevral 20:30
Azərbaycan Prezidenti: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
26 Fevral 20:26
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26 Fevral 20:23
Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib
26 Fevral 20:19
Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb
26 Fevral 19:32
Prezident İlham Əliyev: Maksimum qısa müddət ərzində mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq
26 Fevral 19:31
İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Xocalı soyqırımı ilə əlaqədar həmkarlarına məktub göndərib
26 Fevral 19:29
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb
26 Fevral 19:26
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 19:21
Parlament Jurnalistləri Birliyi açıqlama YAYDI
26 Fevral 19:15
Gəncədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib
26 Fevral 19:08
BDU-da beynəlxalq tədbir: Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət
26 Fevral 18:59
Azərbaycan Texniki Universitetində yeni təşkilat və xidmət yaradılıb
26 Fevral 18:56
Milli Məclisdə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunub
26 Fevral 18:43
Texniki Universitetdə videokonfrans: Xocalı-türkün yurdu, türkün qüruru
26 Fevral 18:15
Xocalı faciəsi - qan yaddaşımız
26 Fevral 18:12
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazasının təqdimatı olub
26 Fevral 18:08
Xocalı soyqırımı Azərbaycan tarixində ən qanlı faciələrdən biridir
26 Fevral 17:38
Prezident: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
26 Fevral 17:34
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir
26 Fevral 17:06
İqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün Azərbaycanda Milli Uyğunlaşma Planının hazırlanması prosesinə başlanılır
26 Fevral 17:03
İtaliyada Xocalı soyqırımının ildönümü ilə əlaqədar videoformatda tədbir keçirilib
26 Fevral 17:01
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir, insanları bilərəkdən ölümə məhkum etməkdir
26 Fevral 16:57
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 16:55
Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi uzun illər ərazində aparılan ardıcıl, məqsədyönlü siyasətin məntiqi nəticəsidir
26 Fevral 16:36
Prezident: Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq, bu məsələdə hər hansı spekulyasiya yersizdir
26 Fevral 16:30
Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri bölgəni inkişaf etdirir
26 Fevral 16:21
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
26 Fevral 16:05
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Samuxda ağaclar əkilib
26 Fevral 15:57
Türkiyəli gənclər “Xocalıya ədalət” tələb edirlər
26 Fevral 15:56
Azərbaycanda koronavirusdan 180 nəfər sağalıb, 219 yeni yoluxma faktı qeydə alınıb
26 Fevral 15:55
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
26 Fevral 15:51
Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar
26 Fevral 15:44
Azərbaycan Prezidenti 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb
26 Fevral 15:39
İşğaldan azad olunmuş torpaqların bərpası prosesi başlanıb
26 Fevral 15:21
Ata-baba yurdlarımız, kəndlərimiz, şəhərlərimiz abad olacaq...
26 Fevral 15:18
"Torpaqları əhəmiyyətsiz danışıqlarla yox, şəhidlərimizin qanı hesabına azad etdik"
26 Fevral 15:13
Prezident İlham Əliyev qalib Ordunun Ali Baş Komandanı kimi yenidən işğaldan azad olunmuş torpaqlarda
26 Fevral 15:08
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
26 Fevral 15:07
Xocalı soyqırımına həsr olunmuş sərgi - “Unudulmaz faciə”
26 Fevral 15:04
Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
26 Fevral 14:55
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib
26 Fevral 14:47
Xocalı faciəsi qurbanlarının xatirəsi Moskvada da yad edilib
26 Fevral 14:43
İğdırlılar Xocalı soyqırımını törədən vandalları qınayıblar
26 Fevral 14:40
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
26 Fevral 14:38
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
26 Fevral 14:36
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
26 Fevral 14:29
Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
26 Fevral 14:27
Prezident İlham Əliyev: Ərazilərin bərpası üzrə böyük planlarımız var və onları reallaşdıracağıq
26 Fevral 14:23
YAP Laçın rayon təşkilatı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirib
26 Fevral 14:21
YAP Gənclər Birliyinin üzvləri Xocalı faciəsi qurbanlarının xatirəsinə abidəni ziyarət ediblər
26 Fevral 14:17
Əli Əhmədov: Xocalı bizim qan yaddaşımızdır
26 Fevral 14:12
YAP Tovuz rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib
26 Fevral 14:09
Arktikada buzların əriməsi qlobal iqlimə hansı dərəcədə təsir göstərə bilər?
26 Fevral 14:07
Sevinc Hüseynova: 29 il öncə baş vermiş Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir
26 Fevral 14:04
Perm Azərbaycan Gənclər Komitəsi və Qırğızıstanda yaşayan azərbaycanlı gənclər Xocalı soyqırımı ilə bağlı videoçarx hazırlayıblar
26 Fevral 13:08
Türkiyə XİN: Xocalı qətliamının açdığı yaralar bizim üçün təzədir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə0 +3