Ana səhifə »  Xəbər lenti »  Azərbaycan–Türkiyə münasibətlərində yeni strateji mərhələ
A+   Yenilə  A-
Azərbaycan–Türkiyə münasibətlərində yeni strateji mərhələ

Eyni soy-kökə, dilə, dinə, mədəniyyətə malik olan Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub, ağır, çətin vaxtlarda, sevincli, fərəhli günlərdə duyğularını birgə bölüşüblər. Biz bunun Vətən müharibəsinin gedişində də şahidi olduq, indiki günlərdə də iki qardaş ölkənin getdikcə möhkəmlənən strateji əməkdaşlıq münasibətlərində də görürük. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 1-ci Türk Dünyası Meteorologiya Forumuna məktubunda bildirib ki, geridə qoyduğumuz dövrdə, koronavirus pandemiyası səbəbindən dostlarımız və sevdiklərimiz daxil olmaqla bir çox insanı itirməyin ağrısını yaşadıq. Ancaq, eyni zamanda, 30 illik işğaldan sonra Qarabağın ana Vətəni ilə yenidən qovuşmasının sevincini də ürəyimizdə hiss etdik…

Bəli, biz müharibənin ilk saatlarından Türkiyənin mənəvi dəstəyini, Azərbaycana olan həssas münasibətini hiss etdik. Bütün səviyyələrdə qardaş Türkiyə Ermənistanın təxribatını qətiyyətlə pislədi, ölkəmizin tək olmadığını açıq bəyan etdi. Bu böyük siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Bu dəstək bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycan da, öz növbəsində, bütün məsələlərdə beynəlxalq miqyasda daim Türkiyəni dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Rəşad Mahmudovun “Azərbaycan–Türkiyə münasibətlərində yeni strateji mərhələ” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Yeri gəlmişkən, burada bir önəmli faktı da vurğulamaq istərdim. Mənfur düşmən 30 ilə yaxın müddətdə işğal etdiyi ərazilərimizdə əsl xislətini göstərib, vandalizmin, faşizmin bu ölkənin dövlət siyasəti olduğunu bütün dünyaya göstərib. Torpaqlarımızda ekoloji terror törədib. Qədim tarixə, nadir maddi və mənəvi irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik Qarabağı barbarcasına istismar edib. Hətta uzun illər qeyri-qanuni məskunlaşmadan sonra əzəli torpaqlarımızı boşaldarkən ağacları kəsib, meşələri məhv edib, infrastrukturu dağıdıb, evləri yandırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Vətən müharibəsində qısa müddətdə parlaq Qələbə qazandığımız kimi, Qarabağın bərpasını da tez bir zamanda həyata keçirəcəyik. Şübhəsiz ki, işğaldan azad edilən torpaqlarımıza yeni həyat gətirilməsində türk qardaşlarımız da öz köməklərini əsirgəməyəcəklər.

Hazırda Qarabağda bərpa-quruculuq tədbirlərinin gerçəkləşdirilməsinə başlanılıb. Füzuli-Şuşa “Zəfər yolu”nun, həmçinin Toğana-Kəlbəcər magistralının salınmasında artıq türk şirkətləri iştirak edirlər. Füzulidə istifadəyə veriləcək hava limanının inşasında da türk şirkətlərinin fəal iştirakı nəzərdə tutulur. Bunlarla bərabər, Qarabağda “Ağıllı şəhər” modeli ilə dövrümüzün tələblərinə uyğun infrastrukturun yaradılması, kommunikasiya və enerji xətlərinin yenilənməsi, “Yaşıl enerji” konsepsiyasının həyata keçirilməsi, kənd təsərrüfatının dirçəldilməsi, mədəni abidələrin bərpası üçün Türkiyə tərəfinin azərbaycanlı qardaşlarına hər cür dəstək verəcəyi gözlənilir.

Hazırda Azərbaycan-Türkiyə arasında həyata keçirilən düzgün, məqsədyönlü siyasət nəticəsində strateji əlaqələr özünün yeni keyfiyyət mərhələsinə daxil olub. Bu, təkcə iki qardaş ölkənin deyil, həm də region dövlətlərinin sürətli tərəqqisini, sabitliyin möhkəmlənməsini şərtləndirir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsinə əhəmiyyətli təsir göstərir.

Fevralın 18-də Baş nazir Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, ölkələrimiz arasında əldə olunan yeni razılaşmalar, imzalanan müqavilələr də bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

Burada Türkiyədə keçirilən görüşlərin, imzalanan müqavilələrin məğzi barədə danışmazdan əvvəl iki mühüm hadisəni xatırlatmaq istərdim. Belə ki, sözügedən səfərdən öncə Qarabağ və “Ağrı” yanğısı ilə qovrulan düşmənin gözdağına çevrilən “İki dövlətin bir ordusu”nun Qarsda hərbi təlimləri keçirildi. Ankarada önəmli müzakirələr aparıldığı bir vaxtda isə Azərbaycan dövləti qardaşlığımızın möhkəmləndirilməsi istiqamətində daha bir addım atdı. Prezident İlham Əliyev fevralın 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 2020-ci il 25 fevral tarixində Bakı şəhərində imzalanan sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” Qanunu təsdiqlədi.

Xatırladım ki, bu diqqətçəkən sənəd ölkəmizin vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahətini nəzərdə tutur. Bu məsələ, eyni zamanda, Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunur.

Baş nazirin Türkiyə səfəri isə daha çox iki ölkənin iqtisadi əlaqələrinin yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaradan bir sıra əhəmiyyətli sənədlərin imzalanması ilə yadda qaldı. Bu müqavilələr indiyədək yaradılan potensialdan daha səmərəli istifadə etməklə yeni uğurlar əldə olunması şəraitini reallaşdırdı.

Yeri gəlmişkən, bununla bağlı Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumundan bəzi məqamları və son illərdə qarşılıqlı fəaliyyət əsasında əldə olunan müsbət göstəriciləri diqqətə çatdırmaq istərdim. Əvvəla vurğulamaq yerinə düşər ki, iki ölkə arasında münasibətlərin sağlam zəmində, qarşılıqla inam və etimad əsasında formalaşmasına rəğmən, hətta pandemiyanın yaratdığı müəyyən çətinliklərə baxmayaraq, idxal-ixrac əməliyyatlarının həcmi aşağı düşməyib: ötən il bu istiqamətdə 4,16 milyard dollarlıq əməliyyatlar reallaşdırılıb. Lakin bu göstərici istər Azərbaycan, istərsə də Türkiyə tərəfini qane etmir. Çünki ölkələrimiz arasında mövcud potensial həmin rəqəmdən daha yüksək nəticə əldə ediləcəyinə əminlik yaradır. Ona görə də forumda pandemiyanın təsirləri səngidikdən sonra həmin göstəricini ən yüksək həddə-15 milyard dollara çatdırmaq planlaşdırılıb. Şübhəsiz ki, bu rəqəm proqnozlaşdırılarkən, Bakı-Tbilisi-Qars dəmir yolunun potensial imkanlarından səmərəli istifadə edilməsi də nəzərə alınıb.

Burada diqqəti Vətən müharibəsindən sonra reallaşması aktuallaşan Naxçıvana dəmir yolunun çəkilməsi məsələsinə də yönəltməyi zəruri bilirəm. Belə ki, ölkəmizin bölgədə təklif etdiyi yeni “3+3” formatlı işbirliyi platforması da Azərbaycan-Türkiyə arasında ikitərəfli ticarət əlaqələrinin, turist axınının artımına, habelə muxtar respublikanın dəhlizinin strateji önəm daşımasına ciddi təkan verəcək.

Sözügedən dəmir yolunun istifadəyə verilməsi Türkiyə üçün türk dilli ölkələrlə ticarəti genişləndirməyə də imkan yaradacaq. Son illər Türkiyə şirkətləri Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi dövlətlərə böyük həcmdə investisiyalar yatırıblar və bu ölkələrdə dövlət sifarişi ilə layihələr icra edirlər. Xüsusi olaraq Orta Asiya ölkələrinə tikinti materiallarının ixracını genişləndirirlər. Ona görə də dəmir yolu xəttinin işə düşməsi Türkiyənin türkdilli ölkələrə məhsul ixracına müsbət təsir edəcək.

Eyni zamanda, İğdır və Qars bölgəsinə investisiyaların cəlb edilməsinə müsbət təsir göstərəcək. Adətən ixrac yönümlü şirkətlər daha çox nəqliyyat dəhlizlərinə asan çıxış olan ərazilərə investisiya yatırırlar. İxrac yönümlü məhsullar isə əsasən daha yüksək dəyərli olur. Ona görə də Türkiyədə bu gün üçün əsas sənaye bölgələri sahil ərazilərində cəmləşib. Bu baxımdan dəmir yolu xəttinin işə düşməsi istehsalın Türkiyənin dərinliklərinə gəlməsinə müsbət təsir edəcək.

Qardaş ölkə ilə investisiya münasibətlərinə gəlincə, qeyd edə bilərəm ki, Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır. Hazırda Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir. Bu gün Türkiyədə 2 minədək Azərbaycan, ölkəmizdə isə 4100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir.

Beləliklə, Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə səfəri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çoxlu sayda sənədlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Eyni zamanda, böyük geosiyasi, geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib.

 
  • Oxunub:  2130  |  
  • Tarix:  22-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
04 Mart 17:17
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb
04 Mart 17:12
Prezident Rəcəb Tayyib Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik
04 Mart 17:07
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq
04 Mart 16:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
04 Mart 16:09
Azərbaycanla Qazaxıstanın KOB subyektlərinin əməkdaşlıq imkanları müzakirə edilib
04 Mart 16:06
Venera planetində tədqiqat aparmaq üçün kosmik stansiya yaradılacaq
04 Mart 16:03
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur
04 Mart 15:54
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub
04 Mart 15:51
Azərbaycan regionda sülhün təminatçısıdır
04 Mart 15:49
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
04 Mart 15:45
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Orta Asiyadan Türkiyəyə yükdaşımalar artıb
04 Mart 15:43
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi potansial çox yüksəkdir
04 Mart 15:37
Davamlı sülh ümumbəşəri sosial-siyasi
04 Mart 15:20
Alman şirkətləri Azərbaycanda dəmir yolu layihələrinə investisiya yatırmaqda maraqlıdır
04 Mart 15:15
Bu gün “OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq
04 Mart 15:13
Azərbaycan sülh, əməkdaşlıq, tolerantlıq və multikulturalizm ölkəsi kimi dünya ölkələrinə nümunədir
04 Mart 15:00
Bahar Muradova: Qadınlarımız bütün imkanları, qüvvə və bacarıqları ilə kişilərlə bərabər, çiyin-çiyinə çalışırlar
04 Mart 14:59
Hicran Hüseynova: Ölkəmizdə qadına, onun cəmiyyətdə özünə yer tapmasına böyük diqqət göstərilir
04 Mart 14:56
Koronavirus pandemiyasına qarşı psixoloji cəhətdən ən dözümlü insanlar müəyyən edilib
04 Mart 14:49
Birgəyaşayışın Azərbaycan modeli dünya üçün nümunədir
04 Mart 14:46
Ceyhun Bayramovun Antonio Quterreşə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
04 Mart 14:44
Antonio Quterreş: son 30 ildə 420 milyon hektardan artıq meşə sahəsi itirilib
04 Mart 14:21
Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb
04 Mart 14:20
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
04 Mart 14:06
İdmanın inkişafında və təbliğində xidmətləri olan 39 nəfərə fəxri adlar verilib
04 Mart 13:45
“Buta Airways” Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlayır
04 Mart 13:43
Çinin “Tyanven-1” kosmik aparatı Mars orbitindən yeni fotoşəkillər göndərib
04 Mart 12:46
Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı statistik göstəricilər açıqlanıb
04 Mart 12:39
Ali Məhkəmənin yeni formatda hazırlanmış illik hesabatları internet səhifəsində yerləşdirilib
04 Mart 12:36
Tovuz “ASAN Həyat” kompleksi - 1 il
04 Mart 12:34
Komitə sədri: Son 3 ildə gömrük orqanları tərəfindən 4,6 ton narkotik vasitə aşkarlanıb
04 Mart 12:27
Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib
04 Mart 11:49
Daha 27 müəssisədən Rusiya Federasiyasına pomidor və alma ixracına icazə verilib
04 Mart 11:47
Müdafiə Nazirliyi Füzuli rayonunun Qaradağlı kəndinin videogörüntülərini yayıb - VİDEO
04 Mart 11:46
Səfər Mehdiyev: Ötən il idxalın 59 faizi gömrük rüsumundan azad edilib
04 Mart 11:43
Azərbaycan-Qətər biznes görüşü təşkil olunub
04 Mart 11:38
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş iclas keçirilib
04 Mart 11:30
Anar Kərimov: Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir
04 Mart 11:28
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq genişləndirilir
04 Mart 11:27
Martın 3-də 24 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib
04 Mart 11:26
Paytaxtın məktəb direktorları ilə onlayn görüş
04 Mart 11:22
Martın 8-də ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
04 Mart 08:46
Ermənistanda siyasi böhran dərinləşir
04 Mart 08:45
“Koronavirus pandemiyasının üçüncü dalğasının olmaması üçün mütləq peyvənd vurdurmalıyıq”
04 Mart 08:42
Qənimət Zahidin məyusluqdan doğan hikkəsi...
03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA