Ana səhifə »  Xəbər lenti »  Azərbaycan və Cibuti deputatlarının iştirakı ilə Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirilib
A+   Yenilə  A-
Azərbaycan və Cibuti deputatlarının iştirakı ilə Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirilib

Fevralın 21-də Milli Məclisdə Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təşəbbüsü ilə Cibuti Respublikası Milli Assambleyasının deputatları ilə birgə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib. Onlayn formatda keçirilən konfransa Azərbaycanın Cibutidə akkreditə olunmuş Efiopiyadakı səfirliyinin və Cibutinin Moskvadakı səfirliyinin nümayəndələri də qoşulublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliabbas Salahzadə videokonfrans iştirakçılarını səmimiyyətlə salamlayıb. Xocalı soyqırımı qurbanlarının yad edilməsinin 29-cu ildönümünə toplaşmış Cibuti təmsilçilərinin nəzərinə çatdırıb ki, Xocalı soyqırımı 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və terror siyasətinin ən qəddar, ən qandondurucu səhifəsidir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərini işğal edərkən mülki əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Həmin hərbi təcavüz zamanı 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 nəfər yaşlı insan xüsusi qəddarlıqla qətlə yetirilib, 8 ailə tam məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum olunub, 487 dinc sakin yaralanıb, girov götürülən 1275 nəfərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Cibuti Respublikası Milli Assambleyasının 2017-ci il yanvarın 11-də Xocalı soyqırımına ədalətli hüquqi-siyasi qiymət verən qətnamə qəbul etdiyinə diqqət yönəldən Əliabbas Salahzadə soyqırımın dünya birliyi tərəfindən tanınması yolunda bu sənədin çox mühüm addım olduğunu vurğulayıb və dərin təşəkkürünü bildirib. Qeyd edib ki, insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımına Cibuti parlamentarların göstərdiyi həssaslığı Azərbaycan xalqı çox yüksək qiymətləndirir. Müasir dövrdə beynəlxalq münasibətlərdə parlament diplomatiyasının artan rolundan söz açan işçi qrupun rəhbəri deyib ki, həmin qətnamə Xocalı soyqırımının tanınmasında parlament meyarının tətbiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüşdə Cibuti parlamentarlarına məlumat verilib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğala 2020-ci ilin 10 noyabrında son qoyulub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsi müzəffər Ordumuzun parlaq qələbəsi ilə başa çatıb. Azərbaycan tarixi Qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Regionda yeni reallıq yaranıb. Hazırda işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri həyata keçirilir. Müştərək mənəvi dəyərlərin formalaşmasında İslam dininin rolundan söz açan deputatımız 30 ilədək işğal altında qalan Azərbaycan torpaqlarında tarixi irsimizin, mədəni və dini abidələrimizin Ermənistan tərəfindən vandalizmə məruz qaldığını da diqqətə çatdırıb.

Əliabbas Salahzadə işçi qrupun rəhbəri olaraq Azərbaycanla Cibuti parlamentləri arasında münasibətlərin dərinləşdirilməsi üçün əməkdaşlığa hazır olduğunu bildirib.

Videokonfransda Cibuti parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Safia Elmi Cibril ölkəsinin Prezidentinin və Milli Assambleya sədrinin, həmçinin bütün deputatların salamlarını azərbaycanlı həmkarlarına çatdırıb. Vurğulayıb ki, Cibuti Respublikası həm parlament, həm də hökumət səviyyəsində Azərbaycanı dəstəkləyir: “Ölkə və xalq olaraq hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində qazandığı Zəfər münasibətilə təbrik edir, şəhidlərə Allahdan rəhmət diləyirik. Çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi”.

Cibuti Milli Assambleyasının deputatı Əhməd Həsən Məhəmməd Azərbaycanla həmrəyliklərindən söz açıb, Xocalı soyqırımına dair 2017-ci ildə qəbul etdikləri qətnamədən danışıb. 44 günlük Vətən müharibəsi dövründə daim Azərbaycanı düşündüklərini, Zəfər yolunda çəkilən əziyyətləri başa düşdüklərini, ərazi bütövlüyümüzün təmin olunmasından xoşbəxtlik duyduqlarını diqqətə çatdırıb. Bakıya səfərini xatirladaraq Azərbaycanı nümunəvi ölkə kimi gördüklərini deyib.

Cibuti Milli Assambleyasının deputatı Abdullah Barkat İbrahim əlaqələrimizin daha da möhkəmlənməsini, əməkdaşlığın genişlənməsini istədiklərini bildirib. Qeyd edib ki, bunun üçün böyük perspektivlər var.

Görüşdə pandemiya şəraitinin çətinliklərindən, dünya miqyasında iqtisadiyyata dəyən zərərdən, insan tələfatından da bəhs olunub. COVID-19 infeksiyasına qarşı ölkələrin birgə mübarizə aparmasının vacibliyi qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında təcrübə mübadiləsinin faydalı olacağına əminlik ifadə olunub, qarşılıqlı dəvətlər səslənib. Azərbaycanın nəqliyyat sahəsində Cibutiyə dəstək verməsi minnətdarlıqla qeyd edilib.

Görüşdə Milli Məclisin deputatları Vüqar İsgəndərov, Anar Məmmədov və Emin Hacıyev bir sıra mühüm məqamlara toxunublar. Deputatlarımız ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərindən, Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimizdən, parlamentlərimiz arasında post-pandemiya dövründə qarşılıqlı səfərlərin intensivləşməsinin vacibliyindən danışıblar. Bakı limanı ilə Afrikanın strateji əhəmiyyətə malik Cibuti limanı arasında, ölkələrimizin kənd təsərrüfatı və digər sahələrində əməkdaşlığın genişləndirilməsinin faydalı olacağı qeyd edilib.

Cibuti deputatlarının nəzərinə çatdırılıb ki, fevralın 26-da hər il dünyanın bir çox ölkələrində qeyd olunan “Xocalıya ədalət!” kampaniyasına Cibutinin də qoşulması və bu kampaniyanı dəstəkləməsi arzu ediləndir.

Videokonfransda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
  • Oxunub:  1590  |  
  • Tarix:  22-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

01 Mart 21:32
BMT və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb
01 Mart 21:26
Prezident İlham Əliyev dünya siyasi elitasının nüfuzlu nümayəndələrindən biri olduğunu bir daha sübut etdi
01 Mart 21:25
Mühsin Rezayi: Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar aparıb öz torpaqlarını geri qaytardı
01 Mart 21:21
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib
01 Mart 21:18
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
01 Mart 20:55
Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır
01 Mart 20:52
Azərbaycan Prezidenti mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi
01 Mart 20:44
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından mühüm önəm kəsb edir
01 Mart 19:26
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
01 Mart 19:25
Şəhid ailələri və müharibə əlilləri ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub
01 Mart 19:20
Azərbaycan nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını ziyarət edib
01 Mart 18:56
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb
01 Mart 18:36
Gürcüstanlı jurnalist: Müharibənin izləri bizi çox təsirləndirdi
01 Mart 18:32
Alimlər ömrü uzatmağın və sağalmaz xəstəliyin qarşısını almağın yollarını tapıblar
01 Mart 18:10
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
01 Mart 17:59
Azərbaycan Milli Kitabxanasının direktoru Türkiyə Milli Kitabxanasında görüş keçirib
01 Mart 17:54
Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub
01 Mart 17:52
Deputat: Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur
01 Mart 17:52
Prezidentin son mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq
01 Mart 17:50
“Buta Airways” Tbilisiyə uçuşlara başlayır
01 Mart 17:43
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb
01 Mart 17:38
İqor Korotçenko: Dövlət Dumasının yeni tərkibi Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması təşəbbüsünü irəli sürə bilər
01 Mart 17:23
Vüqar Seyidov: Prezident İlham Əliyev kimi Lideri olan xalq xoşbəxtdir
01 Mart 17:16
Azərbaycanda koronavirusdan 71 nəfər sağalıb, 125 yeni yoluxma faktı qeydə alınıb
01 Mart 17:10
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər
01 Mart 16:53
QDİƏT-nin Parlament Məclisinin reqlament üzrə işçi qrupunun iclas keçirilib
01 Mart 16:37
Malik Həsənov: Mətbuat konfransı Azərbaycanın Vətən müharibəsindən sonra beynəlxalq aləmdə artan rolunun təqdimatı oldu
01 Mart 16:24
YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib
01 Mart 16:16
Əliabbas Salahzadə: Möhtərəm Prezidentimiz Ermənistana yeni reallıqlarla barışmaq mesajını ünvanladı
01 Mart 16:10
YAP Şəmkir rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib
01 Mart 16:03
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı
01 Mart 15:55
KOBİA-nın ötənilki fəaliyyətinə dair brifinq keçirilib
01 Mart 15:55
Prezident İlham Əliyevin mətbuat konfransı informasiya cəbhəsində mövqelərimizin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir
01 Mart 15:52
Yerdə maqnit qasırğası başlayıb
01 Mart 15:45
Məhkəmə fəaliyyəti təkmilləşdirilir
01 Mart 15:44
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib
01 Mart 15:42
Gürcüstanda koronavirusla bağlı bəzi məhdudiyyətlər bu gündən aradan qaldırılıb
01 Mart 15:25
Yaz ağac əkininə start verilir
01 Mart 15:22
Məktəblilər Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı məlumatlandırılır
01 Mart 15:12
Respublika Veteranlar Təşkilatında Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirilib
01 Mart 14:57
“Xankəndiyə, Laçına, Xocalıya da gedəcəyik, səbrlə gözləyək” - MÜSAHİBƏ
01 Mart 14:53
İran-Azərbaycan əlaqələri yüksən səviyyədədir və bu münasibətlər daha da inkişaf etdiriləcək
01 Mart 14:39
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər
01 Mart 14:35
Dünya mediasını heyran qoyan lider
01 Mart 14:19
Paşinyanın əleyhdarları hökumət binasına soxulublar
01 Mart 14:17
Ankara şəhərində Azərbaycan-Türkiyə birinci birgə Mədəniyyət Komissiyanın iclası keçirilib
01 Mart 14:02
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması baxımından çox uğurlu oldu
01 Mart 13:52
Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir
01 Mart 13:33
“Asiya-Avropa dəhlizində Azərbaycanın rolu” mövzusunda vebinar təşkil olunub
01 Mart 13:31
Martın ilk günlərində hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir
01 Mart 13:30
Qələbə əzmini tarixə yazmış Azərbaycan xalqı...
01 Mart 13:29
İki şahmatçımız FIDE-nin reytinq siyahısında ilk onluqda qərarlaşıb
01 Mart 13:22
Mənəvi normalara əsaslanan siyasət
01 Mart 13:03
İtaliyalı oxuculara Xocalı soyqırımı ilə bağlı məlumat verilib
01 Mart 12:42
“Ukrayna 24” telekanalı Azərbaycan Prezidentinin mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə xüsusi reportaj yayımlayıb
01 Mart 12:38
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
01 Mart 12:31
Azərbaycan qalib dövlət kimi yeni hədəflərə doğru inamlı addımlar atır
01 Mart 12:30
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvləri ağacəkmə aksiyasında iştirak ediblər
01 Mart 12:16
Azərbaycan Prezidenti mətbuat konfransında səsləndirdiyi fikirlərlə insan hüquqlarına prioritet istiqamət kimi yanaşdığını bütün dünyaya göstərdi
01 Mart 12:13
Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir
01 Mart 12:09
Türkiyə səfirliyinin əməkdaşı Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olub
01 Mart 12:02
Tarix yazmış Azərbaycan xalqı
01 Mart 11:42
Orxan Məmmədov: Bu il ölkə üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi planlaşdırılır
01 Mart 11:40
Baş infeksionist immun sistemini gücləndirməyə kömək edəcək tövsiyələri açıqlayıb
01 Mart 11:33
Yaxın günlərdə Yevlaxda KOB evi açılacaq
01 Mart 11:30
DİN avtomobillərini tekniki baxışdan keçirməyən sürücülərə müraciət edib
01 Mart 11:26
“YAŞAT” daha 10 qazini Türkiyəyə müalicəyə göndərib
01 Mart 11:25
Ötən il KOBİA-ya 3187 vətəndaş müraciəti daxil olub
01 Mart 11:23
Gürcüstanlı jurnalist: İlk dəfədir yox edilmiş şəhərlər görürəm, bu, barbarlıqdır
01 Mart 11:22
Dünyada baş verən hadisələrin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən amillərdən birinə çevrildiyini göstərir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA