Ana səhifə »  Xəbər lenti »  “Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə görüşlər davam edir
A+   Yenilə  A-
“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə görüşlər davam edir

Siyasi dialoq mühitinin ölkəmizdə dəstəklənməsi, eləcədə dialoq məfhumunun təşviqi məqsədilə Azərbaycanda fərqli layihələr davamlı olaraq reallaşmaqdadır. Görülən işlər sayəsində “siyasi dialoq” anlayışı öz aktuallığını qoruyaraq, siyasi təcrübənin ayrılmaz amilinə çevrilib.

AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədə tanınmış politoloq və müvafiq sahədə ixtisaslaşmış QHT rəhbərləri ilə fevralın 19-da keçirilmiş “Siyasi dialoqun Azərbaycan modeli” adlı görüşü məhz mövcud istiqamətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan siyasətin davamı kimi dəyərləndirilməlidir.

Ölkəmizdə reallaşan islahatlar siyasi münasibətlər sistemini də əhatə edir. Dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formalaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qaçılmazdır və siyasi münasibətlər sisteminə də sirayət edir. Dövlətimizin başçısının “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir” – fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur. Bu cür yanaşma və nümayiş olunan siyasi iradə sayəsində “dialoq məfhumu” Azərbaycanda siyasi dəyər statusuna qədər yüksəlmiş olur.

“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə tədbirlər çərçivəsində təşkil olunmuş növbəti görüşdə tanınmış politoloq və siyasi şərhçilərlə yanaşı, ölkənin müvafiq sahədə ixtisaslaşmış qabaqcıl QHT rəhbərləri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Ədalət Vəliyev ölkə rəhbərliyi adından iştirakçıları salamlayaraq, şöbənin əsas fəaliyyət istiqamətləri və prioritetləri, Azərbaycanda aparılan sistemli islahatlar, o cümlədən siyasi partiyaların canlanması və dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən siyasi dialoq məfhumunun təşviqi istiqamətində görülmüş işlər haqqında geniş məlumat verib.

Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqunun davamlı şəkildə inkişaf etdiyini qeyd edən Administrasiya rəsmisi cəmiyyətin fəal üzvlərinin, həmçinin vətəndaş cəmiyyəti institutlarının bu proseslərdə qabaqcıl mövqe tutmasının əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə obyektiv siyasi şərhlərin, həmçinin maarifləndirmə və təbliğat işlərinin aktuallığı xüsusi olaraq artır. Bu mənada mövcud potensialların səfərbər olunması və müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirələrin aparılması siyasi zərurətdir.

Öz çıxışını Prezident İlham Əliyevin “Növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır” – fikirləri ilə davam etdirən Administrasiya rəsmisi siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsinin, ilk növbədə, ölkə rəhbərliyinin dövlət quruculuğu məsələlərində demokratik prinsip və ənənələrə sadiq qalmasından xəbər verdiyini bildirib.

Dövlətin və cəmiyyətin inkişafında siyasi dialoqun rolunun təbliği və malik olduğu bütün müsbət təzahür formalarının aşılanması üçün Azərbaycanda tanınmış ictimai xadimlər tərəfindən mövzu ilə bağlı verilən şərhlərdə obyektiv mövqeyin qorunması və dövlətçilik mövqelərdən çıxış etməsinin prinsipial məsələ olduğunu qeyd edən Ədalət Vəliyev bildirib ki, Vətənə sadiqlik və milli maraqlara xidmət bütün vətəndaşlarımızın əsas həyat amilinə çevrilməlidir.

Azərbaycanda yaşanan milli birlik və həmrəylik kontekstində 44 gün davam edən Vətən müharibəsində əldə olunan Böyük Qələbəni xatırladan Administrasiya rəsmisi Prezident İlham Əliyevin bununla bağlı fikrini səsləndirib: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”. Bu mənada siyasi dialoqun, eyni zamanda, cəmiyyətin çeviklik və mobillik kimi əvəzolunmaz keyfiyyətlərinin inkişafı prosesinə də təsir etdiyini qeyd edən Ədalət Vəliyev vurğulayıb ki, münasibətlər sisteminin məhz bu tərəfləri Azərbaycanda ən az tədqiq və təhlil olunmuş mövzulardandır.

Daha sonra dialoqun Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri olduğunu xatırladan şöbə müdiri hökumət tərəfindən mövcud istiqamətdə atılan qlobal təşəbbüslərdən danışıb. Konteksti inkişaf etdirərək Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən mövcud istiqamətdə görülmüş işlər haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə iştirak edən Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu “Azərbaycanda siyasi dialoq mədəniyyəti yeni inkişaf mərhələsində”, Musa Qasımlı “Diskussiya mədəniyyəti: keçilən yol, mövcud vəziyyət və perspektivlər”, Hikmət Babaoğlu “İctimai siyasi münasibətlər sistemi tariximizdə yeni plüralist əməkdaşlıq mərhələsi”, Cavanşir Feyziyev “Siyasi dialoqun zərurəti: Siyasi dialoq – milli təhlükəsizliyin mühüm elementi”, həmçinin tanınmış politoloqlar Eldar Namazov “Dəyişən dünyada milli birliyin və ölkə daxili dialoqun vacibliyi”, Fariz İsmayılzadə “Milli Həmrəylik və dialoq üçün təhsil platforması”, Tofiq Abbasov “Qarşılıqlı anlaşmadan təkamülə doğru”, Rufiz Qonaqov “Siyasi dialoq - Həmrəylik və Vətən müharibəsi”, Rauf Arifoğlu “Siyasi dialoq düşmənin informasiya təxribatlarına qarşı milli dirənişin əsası kimi” və Elşad Eyvazlı “Siyasi dialoqda medianın rolu” mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Tədbirdə yekun sözü ilə çıxış edən Administrasiya rəsmisi Prezident İlham Əliyevin “Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır. Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq – biz bunu istəyirik” - fikirlərini səsləndirərək bildirib ki, dialoqun təzahür formalarından biri olan əməkdaşlığın nəticəsində ölkədə aparılan islahatların maksimal effektivliyi təmin olunacaq.

Dialoq ənənələri ilə zəngin olan Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı üçün bütün amillərin mövcudluğunu qeyd edən tədbir iştirakçıları mövcud istiqamətdə əməkdaşlığa hazır olduqlarını və öz fəaliyyətlərində mövzuya xüsusi diqqətin ayıracaqlarını bildiriblər.

 
  • Oxunub:  1950  |  
  • Tarix:  19-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 10:31
Azərbaycan gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib
05 Mart 10:30
DİN: Bakıda itkin düşən 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib
05 Mart 10:20
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
05 Mart 10:19
Milli Məclisin Sədri TBMM-in Sədrinə başsağlığı verib
05 Mart 10:17
Qulam M. İshaqzai: Yeni əməkdaşlıq çərçivə sənədi Azərbaycanın daha güclü, daha bərabər və daha firavan cəmiyyət qurmaq səylərini dəstəkləyəcək
05 Mart 10:13
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
05 Mart 09:23
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
05 Mart 09:16
Tərtərdə şəhid ailələri ilə görüşlər davam etdirilir
05 Mart 09:15
YAP Qusar rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
05 Mart 09:14
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Rəcəb Qurbanovun ailəsini ziyarət ediblər
05 Mart 09:13
Hatəm Qocayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə tariximizdə əbədi qalacaq
05 Mart 09:12
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının iclası keçirilib
05 Mart 09:11
Fəzail Ağamalı: Siyasi dialoq prosesi islahatların tərkib hissəsidir
05 Mart 09:09
Tahir Kərimli: Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək
05 Mart 09:07
Elçin Mirzəbəyli: Mövcud reallıqlara adekvat olmayan davranışların nəticələri Ermənistan üçün çox ağır olacaq
05 Mart 09:05
Elşad Musayev: Prezident İlham Əliyevin mətbuat konfransı ölkəmizin informasiya cəbhəsində mövqeyinin daha da möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətə malikdir
05 Mart 09:03
Nurəddin Məmmədlinin gülünc “məntiq”i...
05 Mart 09:02
Məğlub Ermənistan yeni siyasi kataklizmlərlə qarşı-qarşıya...
05 Mart 09:00
“Hüquq guşəsi: oxucu soruşur”
05 Mart 08:59
“Vaksinasiyanın alternativi yoxdur”
05 Mart 08:57
Regionlarda yol infrastrukturunun yenilənməsi mühüm strateji əhəmiyyətə malikdir
04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
04 Mart 17:17
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb
04 Mart 17:12
Prezident Rəcəb Tayyib Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik
04 Mart 17:07
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq
04 Mart 16:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
04 Mart 16:09
Azərbaycanla Qazaxıstanın KOB subyektlərinin əməkdaşlıq imkanları müzakirə edilib
04 Mart 16:06
Venera planetində tədqiqat aparmaq üçün kosmik stansiya yaradılacaq
04 Mart 16:03
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur
04 Mart 15:54
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub
04 Mart 15:51
Azərbaycan regionda sülhün təminatçısıdır
04 Mart 15:49
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
04 Mart 15:45
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Orta Asiyadan Türkiyəyə yükdaşımalar artıb
04 Mart 15:43
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi potansial çox yüksəkdir
04 Mart 15:37
Davamlı sülh ümumbəşəri sosial-siyasi
04 Mart 15:20
Alman şirkətləri Azərbaycanda dəmir yolu layihələrinə investisiya yatırmaqda maraqlıdır
04 Mart 15:15
Bu gün “OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq
04 Mart 15:13
Azərbaycan sülh, əməkdaşlıq, tolerantlıq və multikulturalizm ölkəsi kimi dünya ölkələrinə nümunədir
04 Mart 15:00
Bahar Muradova: Qadınlarımız bütün imkanları, qüvvə və bacarıqları ilə kişilərlə bərabər, çiyin-çiyinə çalışırlar
04 Mart 14:59
Hicran Hüseynova: Ölkəmizdə qadına, onun cəmiyyətdə özünə yer tapmasına böyük diqqət göstərilir
04 Mart 14:56
Koronavirus pandemiyasına qarşı psixoloji cəhətdən ən dözümlü insanlar müəyyən edilib
04 Mart 14:49
Birgəyaşayışın Azərbaycan modeli dünya üçün nümunədir
04 Mart 14:46
Ceyhun Bayramovun Antonio Quterreşə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
04 Mart 14:44
Antonio Quterreş: son 30 ildə 420 milyon hektardan artıq meşə sahəsi itirilib
04 Mart 14:21
Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb
04 Mart 14:20
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
04 Mart 14:06
İdmanın inkişafında və təbliğində xidmətləri olan 39 nəfərə fəxri adlar verilib
04 Mart 13:45
“Buta Airways” Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlayır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6