Ana səhifə »  Xəbər lenti »  Ankarada İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib
A+   Yenilə  A-
Ankarada İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib

İclasdan sonra mətbuat konfransı olub

Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay iclasda çıxış ediblər.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, təhsil naziri Emin Əmrullayevin, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin, xarici işlər nazirinin müavini Xələf Xələfovun, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədovun və digər rəsmi şəxslərin qatıldığı iclasda qarşılıqlı əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay Hökumətlərarası Komissiyanın Protokolunu imzalayıblar.

Sonra mətbuat konfransı olub.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay mətbuat konfransında çıxış edərək İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasında imzalanan 138 maddədən ibarət Protokolun ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib. Vitse-prezident deyib ki, iclasda əməkdaşlığımızın yol xəritəsini təkmilləşdirdik. COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, ikitərəfli ticarət əlaqələrimiz 2020-ci ildə əvvəlki illə müqayisədə 14 faiz artaraq, 4,6 milyard dollara çatıb. Hədəfimiz 2023-cü ildə 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaqdır.

“2019-cu ilin sentyabrında Bakıda keçirdiyimiz toplantıda iqtisadi və ticari əlaqələrimizi inkişaf etdirmək üçün önəmli qərarlar qəbul etmişdik. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu qərarların 62 faizi bir il ərzində icra edildi. Bugünkü iclasımızda isə sənaye və texnologiya, enerji, müdafiə, mədəniyyət və turizm, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil, gənclər və idman kimi sahələrdə əməkdaşlıq imkanlarımızı müzakirə etdik və bir sıra önəmli qərarlar qəbul olundu. Xüsusi vurğulamaq istərdim ki, razılığa gəldiyimiz fəaliyyət istiqamətləri arasında Ermənistanın işğalından azad edilən bölgələrin inkişafı və yenidən dirçəldilməsi məsələsi prioritet sahələrdəndir”, - deyə Fuat Oktay vurğulayıb.

Vitse-prezident qeyd edib ki, Qarabağda “ağıllı şəhər” modeli ilə dövrümüzün tələblərinə uyğun infrastrukturun yaradılması, kommunikasiya və enerji xətlərinin yenilənməsi, “Yaşıl enerji” konsepsiyasının həyata keçirilməsi, kənd təsərrüfatının dirçəldilməsi, mədəni abidələrin bərpası üçün azərbaycanlı qardaşlarımıza hər cür dəstək verəcəyik.

Fuat Oktay bildirib ki, bu gün qəbul edilən qərarlar iqtisadi əməkdaşlığımızı konkret addımlarla ticarətdən enerjiyə, nəqliyyatdan təhsilə, kənd təsərrüfatından səhiyyəyə qədər bir çox sahələrdə daha yüksək səviyyəyə çatdırmaqda qətiyyətli olduğumuzun göstəricisidir.

X X X

Mətbuat konfransında çıxış edən Baş nazir Əli Əsədov səfərin çox uğurlu keçdiyini, iki gün ərzində məhsuldar görüşlərin olduğunu və bir sıra mühüm sənədlərin imzalandığını bildirib. Qeyd edib ki, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bugünkü iclası Azərbaycan ilə Türkiyənin fikirlərinin bütün məsələlərdə üst-üstə düşdüyünü bir daha göstərdi. Baş nazir dedi: “Bir çox məsələləri müzakirə etdik. Gündəlik kifayət qədər geniş idi və heç bir məsələ ilə bağlı fikir ayrılığı yoxdur. Niyyətimiz, amalımız birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və ölkələrimiz daha da güclü olsun”.

İclasda bir sıra önəmli qərarların qəbul edildiyini, tədbirlər planının təsdiqləndiyini vurğulayan Baş nazir diqqətə çatdırıb ki, qardaş ölkələrimizin siyasi əlaqələri barədə də geniş fikir mübadiləsi aparıldı. Bir daha əmin olduq ki, bu əlaqələr strateji xarakter daşıyır və iki qardaş xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik və bir-birimizi hər zaman dəstəkləyirik. Təbii ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsinə də toxunduq. Fürsətdən istifadə edərək hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Azərbaycanın haqq işinə dəstək verdiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə, bütün qardaş türk xalqına bir daha dərin təşəkkürümüzü bildiririk. Bu böyük siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Bu dəstək bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycan da öz növbəsində, bütün məsələlərdə beynəlxalq miqyasda daim Türkiyəni dəstəkləyir.

İqtisadi əlaqələrə dair geniş müzakirələrin aparıldığını söyləyən Əli Əsədov deyib: “İqtisadi tərəfdaşlığımız, böyük inkişaf potensialımız var. Mövcud potensialın dəyərləndirilməsi və xalqlarımızın rifahı naminə yüksəldilməsi istiqamətində bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik. Biz iqtisadi-ticari sahədə münasibətlərimizi genişləndirmək niyyətindəyik. Həm dünən keçirdiyimiz görüşlərdə, həm bugünkü iclas zamanı hər iki tərəf bunda maraqlı olduğunu bir daha təsdiqlədi. Ötən il Bakıda keçirilmiş Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında imzalanan və artıq hər iki ölkə tərəfindən təsdiqlənən Preferensial Ticarət Sazişinin rolunu da bu baxımdan yüksək qiymətləndiririk. Qarşılıqlı sərmayələrin həcmindən məmnunluğumuzu bildirdik və qarşılıqlı sərmayə qoyuluşu bundan sonra da davam etdiriləcək. Çünki bu yatırımlar xalqlarımızın rifah halını yaxşılaşdırır. Azərbaycan və Türkiyə vətəndaşlarının təkcə şəxsiyyət vəsiqəsi ilə ölkələlərimizə sərbəst şəkildə səfər etməsi barədə sənəd təsdiqlənib. Bu addım ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrinin inkişafına yeni nəfəs verəcək, ticarət dövriyyəsinin, sərmayə qoyuluşunun, turist axınının artmasına müsbət təsir göstərəcək”.

Nəqliyyat sahəsində əməkdaşlıq barədə fikir mübadiləsinin aparıldığını qeyd edən Baş nazir bildirib ki, pandemiyaya baxmayaraq, ötən il nəqliyyat sahəsində əməkdaşlığımız uğurlu olub. Belə ki, əksər ölkələr öz aralarında tranzit-nəqliyyat əlaqələrini dayandırdı, Azərbaycan və Türkiyə isə bu istiqamətdə əməkdaşlığını davam etdirdi və biz bu sahədə artıma nail olduq. Bundan əlavə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geoiqtisadi reallıq barədə də fikir mübadiləsi apardıq. Bu reallıq iki qardaş ölkə arasında münasibətlərə yeni nəfəs verəcək, iqtisadiyyatımızın və ticarətimizin artımına xidmət edəcək.

“Bildiyiniz kimi, artıq işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıb və ilkin kontraktlar imzalanıb. Əlbəttə ki, bizim şirkətlərlə bərabər, türk qardaşlarımız da layihələrdə yer alıblar. Türk şirkətləri artıq önəmli infrastruktur layihələrinin icra edilməsinə başlayıblar”, - deyə Əli Əsədov vurğulayıb.

Baş nazir deyib ki, Prezident İlham Əliyev bölgədə yeni əməkdaşlıq platforması yaratmaq barədə təşəbbüslə çıxış edib. Bu çoxtərəfli platforma böyük perspektivlər vəd edir və bütün bölgə ölkələri üçün faydalı olacaq. Əminəm ki, iclasın nəticələri ikitərəfli münasibətlərimizin genişlənməsinə təkan verəcək və əməkdaşlığımız üçün yeni imkanlar açacaq.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  19-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

07 Mart 16:42
Müdafiə Nazirliyi Ağdam rayonunun Suma kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 16:35
Azərbaycanda sutka ərzində koronavirusa 403 nəfər yoluxub
07 Mart 14:27
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
07 Mart 14:17
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
07 Mart 13:17
YAP sözün əsl mənasında ümumxalq partiyasıdır
07 Mart 12:46
Sevinc Fətəliyeva: Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir
07 Mart 11:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 11:07
Ülviyyə Həmzəyeva: Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
07 Mart 11:01
Müzəffər Azərbaycan Ordusu tarix yazdı
07 Mart 10:55
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışın təmin olunmasına dair sənəd qəbul olunub
07 Mart 10:50
6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü milli həmrəylik müstəvisində qiymətləndirilməlidir
06 Mart 22:31
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar
06 Mart 22:21
Erməni vandalları Azərbaycanın təbiətinə ciddi ziyan vurub, ekoloji terror törədiblər
06 Mart 22:14
Diplomatik korpusun rəhbərləri Qubadlı rayonuna səfər ediblər
06 Mart 21:56
Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi
06 Mart 20:50
"Bu zəfər bütün türk dünyasının qələbəsidir"
06 Mart 18:58
YAP zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır
06 Mart 18:10
Deputat: Altı siyasi partiyanın YAP-a qoşulması milli və siyasi həmrəyliyin nümunəsidir
06 Mart 18:02
Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
06 Mart 17:57
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Azərbaycanda və regionda yaranmış yeni reallıqlarla bağlıdır
06 Mart 17:54
Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub
06 Mart 17:53
Mövlud Çavuşoğlu: Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunun canlandırılmasında aparıcı rol oynayır
06 Mart 16:38
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
06 Mart 16:35
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük önəm verir
06 Mart 16:30
YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür
06 Mart 16:21
Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib
06 Mart 16:19
Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir
06 Mart 16:17
Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb
06 Mart 16:15
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
06 Mart 16:09
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb
06 Mart 15:28
Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir

06 Mart 15:03
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

06 Mart 14:43
Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi”
06 Mart 13:55
Vətən müharibəsində Qələbə Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini təsdiqlədi
06 Mart 13:21
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Türkiyədə “Məhməd Akif və İstiqlal marşı ili” elan edib
06 Mart 12:53
Tacikistan portalı Ermənistanın üçtərəfli Bəyanata zidd əməlindən yazır
06 Mart 12:52
Britaniyanın “The Telegraph” saytı: Azərbaycanlılar Qarabağa qayıtmağı səbirsizliklə gözləyirlər
06 Mart 12:51
Qubadlı rayonu ərazisində DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
06 Mart 12:48
Azərbaycan islami dəyərlərin və türk dünyasının maraqlarının təmin olunduğu beynəlxalq məkandır
06 Mart 12:09
Liviyanin müvəqqəti işlər vəkili: Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur
06 Mart 12:08
Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaradərə kəndinin videogörüntülərini yayıb - VİDEO
06 Mart 11:38
Xarici diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad olunmuş Merdinli kəndində olublar
06 Mart 11:33
YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir
06 Mart 11:31
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
06 Mart 10:47
Sabah ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdlər üçün buraxılış imtahanı keçiriləcək
06 Mart 10:42
“Qardaşlığımızı dünyaya göstərdik”
06 Mart 10:38
“Pakistan Beynəlxalq Hava Yolları” Bakıya birbaşa aviareyslərə başlayır
06 Mart 10:37
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb
06 Mart 09:24
“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb
06 Mart 09:20
Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib
06 Mart 09:10
Azərbaycan tolerant və multikultural ölkədir
06 Mart 08:49
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib
05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA