Ana səhifə »  Xəbər lenti »  Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
A+   Yenilə  A-
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib

Fevralın 19-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Ali Məhkəmənin sədri Plenumun iclasını açaraq, 2020-ci ilin bir sıra əlamətdar hadisələrlə yadda qaldığını bildirib. Qeyd olunub ki, bu hadisələrin ən önəmlisi otuz il düşmən işğalında olan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, rəşadətli ordumuzun hünəri ilə azad edilməsidir. Bu Zəfər xalqımızı daha da bütövləşdirdi, milli həmrəyliyimizi gücləndirdi. Bizə yaşatdıqları qürur və fəxarət hissləri üçün Prezident İlham Əliyevə, ordumuzun hər bir əsgər və zabitinə təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Diqqətə çatdırılıb ki, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanın icrası ilə bağlı ötən il bir sıra işlər görülüb. Fərmana uyğun olaraq, mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib.

“2020-ci ildə koronavirus (COVID-19) infeksiyası dünyada olduğu kimi, ölkəmizdə də həyatın bütün digər sahələri ilə yanaşı, məhkəmə fəaliyyətinə də təsirsiz ötüşməyib. Nazirlər Kabinetinin müvafiq qərarları əsas götürülərək məhkəmələrdə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla, icraatda olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınıb. Ali Məhkəmə bir neçə dəfə pandemiya dövründə məhkəmə fəaliyyətinin həyata keçirilməsi qaydaları ilə bağlı tövsiyələrin əks olunduğu məlumatlar yayıb. Bu hal böhran vəziyyətlərində ədalət mühakiməsi sistemini fəaliyyəti təmin etməyin alternativ yollarını düşünməyə dair yeni çağırışlarla üz-üzə qoyub. Bu məqsədlə məhkəmələrin ənənəvi qaydada fəaliyyətlərini təmin etməyin mümkün olmadığı böhran vəziyyətlərində onların idarə olunmasına və təməl prinsiplərə riayət etməklə ədalət mühakiməsinin həyata keçirilməsinə dair yeni yanaşmalar işlənib hazırlanmalıdır”, - deyə Ramiz Rzayev bildirib.

Vurğulanıb ki, 2020-ci ildə koronavirus infeksiyası səbəbindən işlərə baxılmasında tətbiq olunan müəyyən məhdudiyyətlərə və təxirə salmalara baxmayaraq Ali Məhkəmə öz fəaliyyətinə fasiləsiz olaraq davam edib. Ali Məhkəmənin Aparatı da 2020-ci ildə öz fəaliyyəti ilə müsbət mənada seçilib. Belə ki, milli qanunvericiliyin və insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq hüquq normalarının məhkəmələr tərəfindən tətbiqinin vahid təcrübəsinin yaradılmasını təmin etmək məqsədilə Ali Məhkəmə öz səlahiyyətləri çərçivəsində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu məqsədlə 2020-ci ildə ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi işi davam etdirilib, eyni zamanda, bəzi məsələlər üzrə məhkəmə fəaliyyətinin monitorinqlərinin aparılmasına başlanıb. Qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 400-dən çox hüquqi akt layihəsi araşdırılaraq təhlil edilib, müvafiq rəy və təkliflər verilib.

Ötən il dövlət orqanlarından və bilavasitə vətəndaşlardan Ali Məhkəməyə 23 min 878 müraciət daxil olub. Müraciətlərə müvafiq qaydada baxılıb və ya cavablandırılıb. Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlərə uyğun olaraq, 2020-ci ilin martından başlayaraq vətəndaşların fərdi və kollektiv qaydada qəbulu dayandırıldığından qəbul digər vasitələrlə həyata keçirilib. Bu dövr ərzində Ali Məhkəmənin sədri, sədr müavini və kollegiya sədrləri tərəfindən 230 nəfər, o cümlədən bölgələrdə 135 nəfər qəbul olunub. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı izahlar verilib. Eyni zamanda, təqdim edilmiş müraciətlər üzrə Ali Məhkəmənin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

Bildirilib ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulduğundan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ Azərbaycan Respublikasının hüquq sistemi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmlidir. 2020-ci ildə Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Yuxarı İnstansiya Məhkəmələr Şəbəkəsi”nin (SCN) üzvü olub. Bu şəbəkə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının üzv dövlətlər tərəfindən təyin edilmiş məhkəmələr arasında informasiya mübadiləsinin aparılması üzrə platformasının yaradılmasını nəzərdə tutur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr tərəfindən Avropa Konvensiyasının müddəalarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərini düzgün və vahid qaydada tətbiqinin təmin edilməsinə xidmət edir. 2020-ci il noyabrın 30-da Azərbaycan Respublikası Ali Məhkəməsi və “CEELI Institute”nun birgə təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa ölkələri Ali Məhkəmə sədrlərinin iştirakı ilə “Pandemiya dövründə məhkəmə fəaliyyətinin idarə edilməsi” mövzusunda konfrans keçirilib.

Məlumat verilib ki, internetdə Ali Məhkəmənin daim yenilənən saytı yerləşdirilib. Həmin saytda Ali Məhkəmənin Plenumu və müvafiq kollegiyaları tərəfindən qəbul edilmiş qərarlar və digər məlumatlar yayılır. Orada hər bir vətəndaş və media əməkdaşı Ali Məhkəmənin fəaliyyəti haqqında ətraflı məlumat əldə edə bilər. İkinci Qarabağ müharibəsi ilə bağlı bəyanatlar Ali Məhkəmənin veb-saytında dərc edilib. Ali Məhkəmənin veb-saytında yaradılmış “Qarabağ Azərbaycandır!” interaktiv bölməsində Azərbaycan, rus və ingilis dillərində materiallar yerləşdirilib, həmçinin “Facebook” və “Twitter” sosial şəbəkələrində müxtəlif xəbərlər və məlumatlar dərc olunub. “Elektron məhkəmə informasiya sistemi” və Ali Məhkəmədə mövcud informasiya texnologiyaları infrastrukturu üzrə aparılmış təkmilləşdirmə, modernləşdirmə və informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq işlər görülüb.

Plenumda Ali Məhkəmənin Kollegiya sədrlərinin 2020-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məruzələri dinlənilib.

Plenumda hər bir məruzə ətrafında geniş müzakirələr və təhlillər aparılıb. Diqqətə çatdırılıb ki, Ali Məhkəmənin icraatında 2020-ci ildə 2019-cu ilə nisbətən az iş olub. Bu səbəbdən baxılmış işlər - Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında 41 faiz azalıb. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayında 29,9 faiz azalma olub. Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılıb. Ali Məhkəməyə edilən müraciətlərdə də azalma müşahidə edilib. Bütün bu azalmalar Azərbaycanda indi də davam edən pandemiya şəraiti ilə əlaqələndirilib.

Bununla yanaşı, məruzələr ətrafında çıxış edənlər Kollegiyaların fəaliyyətində nəzərə çarpacaq keyfiyyət dəyişikliyi olduğunu xüsusi qeyd ediblər. Ləğv olunan məhkəmə qərarlarının statistikası aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilən qərarların keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olmasını göstərir.

Plenumda Ali Məhkəmənin dörd əməkdaşının hakim seçilməsi qeyd edilib.

Ali Məhkəmənin 2021-ci ilə dair iş planının təsdiqləndiyi Plenumda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

 
  • Oxunub:  2280  |  
  • Tarix:  19-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib
05 Mart 18:36
Vətəndaş həmrəyliyindən siyasi həmrəyliyə doğru
05 Mart 18:31
Qadın cəmiyyətin aparıcı qüvvəsidir
05 Mart 18:15
Prezident: Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir, amma buna nail ola bilməyəcək
05 Mart 18:04
Bakı Limanı Niderlandın Fontis Universiteti və Qilde İnstitutu ilə təlim proqramına başlayır
05 Mart 18:00
Azərbaycanda köməkçi texnologiyaların gücləndirilməsi imkanları müzakirə edilib
05 Mart 17:53
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
05 Mart 17:47
Alimlər Yerin kürəsinin daxili nüvəsində naməlum təbəqənin varlığını kəşf ediblər
05 Mart 17:46
Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilər üçün Ankarada vida mərasimi keçirilib
05 Mart 17:44
Siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi partiyamızın artan nüfuzunun və imicinin göstəricisidir
05 Mart 17:43
QDİƏT-də turizm sahəsində pandemiya ilə mübarizə üzrə işçi qrupun iclası olub
05 Mart 17:12
Tarixin bütün dövrlərində Azərbaycanın qadını ön və arxa cəbhələrdə fədakarlıqla çalışıb
05 Mart 17:06
Leyla Abdullayeva: Ermənistan XİN nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi rəsmi Yerevanın sağlam düşüncədən uzaq olduğunu növbəti dəfə göstərir
05 Mart 17:03
Azərbaycan ilə Pakistan arasında hərbi-texniki və təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib
05 Mart 16:54
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
05 Mart 16:52
Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib
05 Mart 16:46
Prezident: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
05 Mart 16:45
FHN Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
05 Mart 16:41
YAP Mətbuat Xidmətinin məlumatı
05 Mart 16:39
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
05 Mart 16:32
Prezident: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
05 Mart 16:29
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı kitab nəşr etdirilib
05 Mart 16:24
Qarabağ zəfərində Xalqın və Ordunun gücü vəhtəd təşkil edirdi...
05 Mart 16:14
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
05 Mart 16:10
Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
05 Mart 16:05
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
05 Mart 16:01
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
05 Mart 15:59
Azərbaycan Texniki Universiteti “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır
05 Mart 15:53
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Beynəlxalq Qadınlar Günü qeyd olunub
05 Mart 15:47
Qarabağa həyat yenidən qayıdacaq
05 Mart 15:45
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
05 Mart 15:34
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
05 Mart 15:30
İsrailli qadın 55 yaşlı vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb
05 Mart 15:27
Azərbaycanın və Pakistanın daxili işlər orqanları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub
05 Mart 15:20
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
05 Mart 15:15
Təhsil naziri: 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib
05 Mart 15:13
Azərbaycanda koronavirusdan 175 nəfər sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb
05 Mart 15:06
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik, bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib
05 Mart 15:02
Britaniya səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
05 Mart 14:57
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var
05 Mart 14:56
Ermənistan ordusunun Şuşada atıb qaçdığı silah-sursat aşkarlanıb
05 Mart 14:50
Deputat: Neftin qiyməti yüksək olarsa Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq
05 Mart 14:48
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
05 Mart 14:46
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
05 Mart 14:44
Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir
05 Mart 14:44
Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib
05 Mart 14:40
Səbail rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət qayğısı ilə əhatə olunublar
05 Mart 14:34
İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
05 Mart 14:31
Qarabağda böyük iqtisadi layihələr icra olunacaq
05 Mart 14:30
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA