Ana səhifə »  Xəbər lenti »  Ankarada 1-ci Türk Dünyası Meteorologiya Forumu keçirilib
A+   Yenilə  A-
Ankarada 1-ci Türk Dünyası Meteorologiya Forumu keçirilib

Fevralın 19-da Ankarada 1-ci Türk Dünyası Meteorologiya Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Forumda iştirak ediblər.

Türkiyənin Meteorologiya Baş İdarəsinin yaradılmasının 84-cü ildönümünə həsr olunan Forumda türkdilli ölkələrin meteorologiya qurumlarının beynəlxalq platformalarda birgə fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə əvvəlcə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək deyib ki, son dövrlər iqlim dəyişmələrinin və onun fəsadlarının hər birimizin həyatına necə təsir etdiyi aydın şəkildə görünür. Dünyanın bir hissəsində daşqınlar və qasırğalar baş verərkən, digər bölgələrdə həddindən artıq isti hava və su çatışmazlığı hökm sürür. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat, kommunal, səhiyyə sektorları dəyişkən meteoroloji hadisələrə qarşı daha həssas və daha az dayanıqlıdır. Təbii fəlakətlərə meyilli, həmçinin təhlükəyə dair məlumatı vaxtında vermək və ya fəlakəti səmərəli şəkildə idarə etmək imkanlarına malik olmayan ölkələrdə problem daha da kəskinləşir. Məsələnin həlli, bir tərəfdən təbii fəlakətlərə qarşı müvafiq infrastrukturun yaradılmasıdır. Digər tərəfdən isə təhlükələri xəritələşdirmək, həssas nöqtələri müəyyənləşdirmək, ekstremal hava şəraitində təcili hərəkətə imkan verən erkən xəbərdarlıq sisteminin qurulması olduqca aktualdır. Hətta bir neçə dəqiqə öncə verilmiş xəbərdarlıq insanları xilas etməyə və iqtisadi itkiləri azaltmağa kömək edə bilər. Dünyanı sınağa çəkən qlobal iqlim dəyişmələri çağırışlarına hazırlıqlı olmaq üçün ölkələrimizin meteorologiya xidmətləri innovativ texnologiyalara malik olmaqla biri-birini tamamlamalı, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidir.

Qeyd etmək istəyirəm ki, meteorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılır. Əhalinin və iqtisadiyyatın hava-iqlim şəraitindən asılı olan sahələrinin meteoroloji təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Təhlükəli meteoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün meteorologiya sahəsi modernləşdirilir. Ölkəmizdə meteoroloji stansiyalar avtomatlaşdırılıb, iqlim məlumatlarının idarə olunması və müasir telekommunikasiya sistemi quraşdırılıb.

Meteoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi zəruriliyini vurğulayan nazir bildirib ki, Azərbaycanda proqnozların keyfiyyətinin artırılması məqsədilə 20 ildən artıqdır ki, “TURKMETCAP” proqramı tətbiq edilir. Peyk məlumat mübadiləsi sistemi ilə hava proqnozlarının hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnoz xəritələri, rəqəmsal modellərin nəticələri əldə olunur, informasiya mübadiləsi aparılır. Forumun iştirakçısı olan türkdilli ölkələrlə ətraf mühitin müxtəlif sahələri, o cümlədən meteorologiya sahəsi üzrə ikitərəfli formatda səmərəli əməkdaşlıq həyata keçirilir. Bununla yanaşı, türkdilli ölkələrin regional platformalar, o cümlədən “Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi” üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsi çərçivəsində meteorologiya sahəsində əməkdaşlıq davam etdirilməkdədir. Lakin bu sahədə əməkdaşlığın daha intensiv olmasını vacib hesab edirik.

Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinin Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurduğunu diqqətə çatdıran M.Babayev deyib ki, uzun illər ərzində işğal altında olmuş ərazilərdə yerləşən hidrometeoroloji infrastruktur sıradan çıxarılıb. Hazırda həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işlərinə başlanılıb. Yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi həmin əraziləri yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanına çevirəcək. Tezliklə müasir avtomat sistemlərin tətbiqi ilə meteoroloji müşahidələrin bərpası planlaşdırılır. Bu tədbirlər həm iqlim dəyişmələrinə təsirlərin azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan verəcək.

Nazir deyib: “Meteoroloji infrastrukturun təhlükəli meteoroloji hadisələrin vaxtında proqnozlaşdırılmasında və zəruri qabaqlayıcı tədbirlərin görülməsində böyük rolu var. Gələcək planlarımızın uzlaşdırılması və birgə fəaliyyətimiz iqlim çağırışlarına dayanıqlı olmağa zəmin yaradacaq. Bu baxımdan, türkdilli ölkələrin meteorologiya sahəsinə cavabdeh qurumları arasında sıx əməkdaşlığı vacib hesab edirəm”.

X X X

Sonra Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmir, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın, Şimali Kipr Türk Respublikasının müvafiq qurumlarının rəsmilərinın çıxışları dinlənilib.

X X X

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Forumda çıxış edib.

Forum iştirakçılarını salamlayan Baş nazir bildirib ki, biz Türkiyənin iqlim dəyişiklikləri ilə mübarizədə səylərini yüksək qiymətləndiririk. Bildiyiniz kimi, Türkiyə bir neçə gün bundan əvvəl bu istiqamətdə yeni hədəflər və yol xəritəsi açıqlayıb. Əminik ki, bu, Türkiyənin qlobal istiləşməyə qarşı mübarizəsinə yeni töhfələr verəcək.

Türkdilli ölkələrin birliyinin, qardaşlığının əhəmiyyətini vurğulayan Baş nazir vurğulayıb ki, bu, həm ölkələrimiz, həm xalqlarımız, həm də bölgəmiz üçün önəmli amildir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk.

Baş nazir Əli Əsədov çıxışına davam edərək deyib:

- Fürsətdən istifadə edərək rəşadətli və qəhrəman Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük müharibə zamanı bizə siyasi və mənəvi dəstək verdiyinə görə hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, əziz qardaşım, hörmətli Fuat Oktay bəy də daxil olmaqla Türkiyə Respublikasının rəhbərliyinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin təşəkkürümüzü bildiririk. Biz müharibənin ilk saatlarından Türkiyənin dəstəyini hiss etdik. Bütün səviyyələrdə qardaş Türkiyə Ermənistanın təxribatını qətiyyətlə pislədi, Azərbaycanın tək olmadığını açıq bəyan etdi. Bir önəmli faktı da qeyd etmək istərdim. Mənfur düşmən 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqlarında ekoloji terror törədib. Qədim tarixə, nadir maddi və mənəvi irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ düşmən tərəfindən vəhşicəsinə istismar edilib. Regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqlar, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulub. Bölgənin təbii landşaftı ciddi deformasiyaya uğrayıb. Qeyri-qanuni olaraq təbii sərvətlərin istismarı və mənimsənilməsi həyata keçirilib. Hətta uzun illər qeyri-qanuni məskunlaşmadan sonra əzəli torpaqlarımızı boşaldarkən düşmən ağacları kəsib, meşələrimizi məhv edib. İşğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin bərpası üçün kompleks tədbirlər görüləcək. Bu torpaqlar “yaşıl enerji” zonasına çevriləcək. Keçmiş köçkün əhalimiz böyük qayıdış proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdacaq.

Təsadüfi deyil ki, bu yaxınlarda dövlətimizin başçısı, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində digər məsələlərlə yanaşı, qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın yaşıl artım ölkəsinə çevrilməsi yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.

COVID-19 pandemiyası səbəbindən sərhədlərin bağlandığı bir vaxtda türkdilli dövlətlərin belə bir mühüm forum çərçivəsində bir araya gəlməsi çox rəmzi xarakter daşıyır. Forum iştirakçısı olan türkdilli ölkələrlə müxtəlif sahələr üzrə səmərəli əməkdaşlığımız davam etdirilir. Məhz belə qarşılıqlı əməkdaşlıq əlaqələri regionda geosiyasi mənzərənin müsbət dəyişikliklərə gətirib çıxarmasına səbəb olub. Azərbaycan Respublikası qlobal iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılması təşəbbüsünə töhfə olaraq 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyasının səviyyəsinin 35 faiz azaldılmasını qarşıya hədəf qoyub. Qeyd etmək lazımdır ki, Paris Sazişinin həyata keçirilməsi dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir və emissiyaların azaldılmasına imkan verə biləcək yol xəritəsi funksiyasını daşıyır. Keçən il noyabrın 11-də qardaş Türkiyənin təşəbbüsü ilə “Gələcəyə nəfəs” kampaniyası çərçivəsində ölkəmizdə də keçirilən ağacəkmə aksiyasını xoş təəssüratla xatırlayıram. Kampaniya çərçivəsində aksiyalarımızı davam etdiririk və inanırıq ki, bu tədbirlər iqlim dəyişikliklərinə qarşı mübarizədə böyük rol oynayacaq. Bugünkü tədbir sərhəd tanımayan meteorologiya məsələlərinə həsr olunub. Hesab edirəm ki, bu sahədə məlumat və təcrübə mübadiləsi türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq. Forumun işinə müvəffəqiyyətlər arzulayıram.

X X X

Forumda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubu oxunub.

Məktubda deyilir: “Türk dünyası olaraq geridə qoyduğumuz dövrdə, koronavirus pandemiyası səbəbindən dostlarımız və sevdiklərimiz daxil olmaqla bir çox insanı itirməyin ağrısını yaşadıq. Ancaq, eyni dövrdə, 30 illik işğaldan sonra Qarabağın ana Vətəni ilə yenidən qovuşmasının sevincini də ürəyimizdə hiss etdik. Azərbaycanlı qardaşlarımı 44 gün davam edən şanlı mübarizələri ilə böyük bir Zəfərə imza atmaları münasibətilə bir daha təbrik edirəm.

Həm Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız, türk dünyasının müdafiədən diplomatiyaya, səhiyyədən əkinçiliyə, turizmdən enerjiyə qədər hər sahədə birlik, həmrəylik və bərabərliyinin vacibliyini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir 300 milyonluq çox böyük bir ailə olduğumuzu bu vəsilə ilə təkrar gördük. Ailə üzvləri olaraq qarşıdakı dövrdə əsas məsuliyyətimiz bu əlaqələri gücləndirmək və aramızdakı əməkdaşlığı daha da artırmaq olmalıdır. “Türk Dünyası Meteorologiya Birliyi”nin yaradılması təşəbbüsünün bu istiqamətdə atılan mühüm bir addım olduğunu düşünürəm”.

Türkiyə Prezidenti Forumun işinə uğurlar arzulayıb.

X X X

Daha sonra Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay çıxış edərək Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə rəsmi səfəri çərçivəsində Forumda iştirakından məmnunluğunu bildirib.

Meteoroloji hadisələrin bütün cəmiyyətlərə ciddi təsir göstərdiyini vurğulayan Vitse-prezident bildirib ki, ildən-ilə təsirini daha da artıran iqlim dəyişikliyi meteoroloji fəlakətlərin intensivliyinin artmasına səbəb olub. Qlobal istiləşmə dünyada ekosistemin və insanların ayaqlaşa bilmədiyi qədər sürətli dəyişikliklərlə müşahidə edilir. Hər gün dünyanın müxtəlif bölgələrində sel, qasırğa, quraqlıq və meşə yanğınlarına dair xəbərlər yayımlanır.

Təbii fəlakətlərin insan tələfatı ilə yanaşı, iqtisadiyyata, xüsusən kənd təsərrüfatına ciddi ziyan vurduğunu deyən Fuat Oktay vaxtında verilmiş dəqiq proqnozların, xəbərdarlıqların və bu fəsadlara qarşı dayanıqlılığın əhəmiyyətini diqqətə çatdırıb. Buna görə də iqlim dəyişikliyinə qarşı səylərin birləşdirilməsinin, əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinin önəmini qeyd edən Vitse-prezident bu baxımdan Türk Dünyası Meteorologiya Birliyinin yaradılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu yolla həm iqlim dəyişikliyi, həm də meteoroloji fəlakətlərə qarşı mübarizə imkanlarını da genişləndirmək mümkündür.

Dil, tarix, mədəniyyət və din birliyi ilə böyük bir ailə olan türkdilli ölkələrin Türk Dünyası Meteorologiya Birliyi çərçivəsində əməkdaşlığının vaxt itirmədən gücləndirilməsinin zəruriliyini qeyd edən Fuat Oktay Forum nəticəsində türk dünyasında meteorologiya sahəsində qurulacaq işbirliyinin iqlim dəyişikliyi ilə mübarizədə türkdilli ölkələr üçün dönüş nöqtəsi olacağına əminliyini bildirib.

X X X

Forumun yekununda Türk Dünyası Meteorologiya Birliyinin yaradılması barədə qərar qəbul olunub.

 
  • Oxunub:  2280  |  
  • Tarix:  19-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib
05 Mart 18:36
Vətəndaş həmrəyliyindən siyasi həmrəyliyə doğru
05 Mart 18:31
Qadın cəmiyyətin aparıcı qüvvəsidir
05 Mart 18:15
Prezident: Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir, amma buna nail ola bilməyəcək
05 Mart 18:04
Bakı Limanı Niderlandın Fontis Universiteti və Qilde İnstitutu ilə təlim proqramına başlayır
05 Mart 18:00
Azərbaycanda köməkçi texnologiyaların gücləndirilməsi imkanları müzakirə edilib
05 Mart 17:53
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
05 Mart 17:47
Alimlər Yerin kürəsinin daxili nüvəsində naməlum təbəqənin varlığını kəşf ediblər
05 Mart 17:46
Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilər üçün Ankarada vida mərasimi keçirilib
05 Mart 17:44
Siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi partiyamızın artan nüfuzunun və imicinin göstəricisidir
05 Mart 17:43
QDİƏT-də turizm sahəsində pandemiya ilə mübarizə üzrə işçi qrupun iclası olub
05 Mart 17:12
Tarixin bütün dövrlərində Azərbaycanın qadını ön və arxa cəbhələrdə fədakarlıqla çalışıb
05 Mart 17:06
Leyla Abdullayeva: Ermənistan XİN nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi rəsmi Yerevanın sağlam düşüncədən uzaq olduğunu növbəti dəfə göstərir
05 Mart 17:03
Azərbaycan ilə Pakistan arasında hərbi-texniki və təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib
05 Mart 16:54
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
05 Mart 16:52
Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib
05 Mart 16:46
Prezident: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
05 Mart 16:45
FHN Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
05 Mart 16:41
YAP Mətbuat Xidmətinin məlumatı
05 Mart 16:39
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
05 Mart 16:32
Prezident: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
05 Mart 16:29
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı kitab nəşr etdirilib
05 Mart 16:24
Qarabağ zəfərində Xalqın və Ordunun gücü vəhtəd təşkil edirdi...
05 Mart 16:14
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
05 Mart 16:10
Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
05 Mart 16:05
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
05 Mart 16:01
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
05 Mart 15:59
Azərbaycan Texniki Universiteti “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır
05 Mart 15:53
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Beynəlxalq Qadınlar Günü qeyd olunub
05 Mart 15:47
Qarabağa həyat yenidən qayıdacaq
05 Mart 15:45
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
05 Mart 15:34
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
05 Mart 15:30
İsrailli qadın 55 yaşlı vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb
05 Mart 15:27
Azərbaycanın və Pakistanın daxili işlər orqanları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub
05 Mart 15:20
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
05 Mart 15:15
Təhsil naziri: 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib
05 Mart 15:13
Azərbaycanda koronavirusdan 175 nəfər sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb
05 Mart 15:06
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik, bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib
05 Mart 15:02
Britaniya səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
05 Mart 14:57
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var
05 Mart 14:56
Ermənistan ordusunun Şuşada atıb qaçdığı silah-sursat aşkarlanıb
05 Mart 14:50
Deputat: Neftin qiyməti yüksək olarsa Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq
05 Mart 14:48
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
05 Mart 14:46
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
05 Mart 14:44
Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir
05 Mart 14:44
Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib
05 Mart 14:40
Səbail rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət qayğısı ilə əhatə olunublar
05 Mart 14:34
İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
05 Mart 14:31
Qarabağda böyük iqtisadi layihələr icra olunacaq
05 Mart 14:30
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA