Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının fəalları Vətən müharibəsində şəhid olan Eissavi Muhammad Mazen oğlunun ailəsini şəhidin dünyaya göz açdığı 18 fevral tarixində ziyarət etmişlər. Təşkilat tərəfindən şəhidin ailəsinə “Anım lövhəsi” təqdim olunub. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Vətənimizin torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmış hər bir övladımızın dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini, onların adlarının əbədiləşdirilməsi üçün addımların atılacağıını və heç zaman unudulmayacaqlarını vurğulayıb.
Şəhidin ailə üzvləri dövlət və xalqımız tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirmiş, şəhid övladlarının qanlarının yerdə qalmamasına, ordumuzun xalqımıza qələbə sevinci yaşatmasına görə Azərbaycan Prezidentinə minnədar olduqlarını bildirmişlər.
Qeyd edək ki, YAP Suraxanı rayon təşkilatının fəalları şəhidin ailə üzvləri ilə birlikdə şəhidin məzarını da ziryarət etmişlər.
- Oxunub: 2130 |
- Tarix: 19-02-2021 |
-
Çap et |