Ana səhifə »  Xəbər lenti »  Xaricdə yaşayan soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər
A+   Yenilə  A-
Xaricdə yaşayan soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər

Bu, Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin daha da güclənməsinə xidmət edir
Hər bir dövlətin gücü, qüdrəti müxtəlif amillərlə şərtlənir ki, burada ideoloji əsaslar müstəsna əhəmiyyət daşıyır. Bu baxımdan, vahid milli məfkurə olan azərbaycançılıq ideologiyasının dövlətçiliyimizin əsaslarının qorunması və gücləndirilməsi kontekstində əhəmiyyətini xüsusi vurğulamaq gərəkdir. Bu məqamda xatırlatmaq yerinə düşər ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyinin qorunmasını, xalqımızın vahid məfkurə ətrafında sıx birləşməsini təmin etdi. Bununla yanaşı, azərbaycançılıq ideologiyası milli birliyimizin formalaşdırılmasında təməl prinsipə çevrildi. Ulu Öndər Heydər Əliyevin yaratdığı bu milli ideoloji konsepsiya o dövrdə kövrək, yeni əldə olunmuş müstəqilliyimizin qorunmasında mühüm amil olmaqla yanaşı, xaricdə yaşayan həmyerlilərimizin də milli dövlətçiliyin inkişafındakı yerini və rolunu müəyyənləşdirdi. Bu ideoloji xəttin 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi isə milli birliyimizin daha da möhkəmlənməsinə öz töhfəsini verdi.
Yeri gəlmişkən, 2020-ci ildə işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda aparılan Vətən müharibəsi fonunda müşahidə olunan reallıqlar bu dediklərimizi bir daha təsdiqləyir. Ötən il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı bir yumruğa çevrilərək bütün sferalarda düşmənə qarşı mübarizədə böyük əzm nümayiş etdirdi. Bu fəaliyyətə özünəməxsus töhfələr verən xaricdə yaşayan azərbaycanlıların apardıqları mübarizə isə bu kontekstdə mühüm əhəmiyyətə malikdir.
Təbii ki, xaricdə yaşayan soydaşlarımızın vahid milli məfkurə ətrafında birləşməsində dövlətimizin diaspor siyasəti də mühüm əhəmiyyət kəsb edir. “Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə, əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək” söyləməklə xarici ölkələrdə məskunlaşan soydaşlarımızı vahid ideya ətrafında daha sıx birləşməyə çağıran Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində də bildirib ki, qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsi daim ölkəmizin diqqət mərkəzindədir: “Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirmişdir”.
Prezident İlham Əliyev onu da qeyd edib ki, sayı milyonlarla ölçülən xaricdə yaşayan azərbaycanlılar yaşadıqları ölkələrin vətəndaşları kimi böyük mövqelərə nail olur, yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynayırlar.
Bu siyasət “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” söyləyən və milli təfəkkürün formalaşmasında azərbaycançılıq ideyalarının möhkəmlənməsini birlik və həmrəyliyimiz üçün başlıca amil hesab edən Ulu Öndər Heydər Əliyevin tövsiyələrinin həyatda təşəkkül tapmasının ifadəsidir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Ulu Öndər Heydər Əliyevin 16 dekabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri kimi təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədəki qərarın qəbulu birlik və həmrəyliyimizin formalaşmasında müstəsna əhəmiyyət daşıdı. Ümummilli Lider Heydər Əliyev 9 noyabr 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında vurğulayırdı ki, azərbaycançılıq xalqımızın çox böyük əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Milli dövlət ideologiyası kimi azərbaycançılıq bu gün hər vətəndaşın qarşısında dəqiq ifadəsini tapmış ideya kimi dayanır. “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənəmizdir”, - deyə Ulu Öndərimiz söyləyib.
Yeri gəlmişkən, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasında, sonrakı illərdə keçirilən dünya azərbaycanlılarının qurultaylarının, Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərinin, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Dünya Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin Forumlarının təşkilində də məqsəd diaspor fəaliyyətini gücləndirmək, erməni təbliğatına qarşı mübarizədə eyni ideologiya ətrafında sıx birləşmək olub ki, bunun da əsasında məhz milli ideoloji məfkurə olan azərbaycançılıq dayanır.
Bu proseslər fonunda xaricdə yaşayan soydaşlarımızın digər xalqların icma və təşkilatları ilə əlaqələrinin möhkəmlənməsi də olduqca əhəmiyyətlidir. Dövlətimizin xarici siyasətində əsas istiqamətlərdən olan Azərbaycan həqiqətlərinin, Xocalı faciəsi dəhşətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ötən illər ərzində kütləvi aksiyaların keçirilməsi də bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Paralel olaraq ölkəmizə rəğbət və hörmətlə yanaşan başqa millətlərin nümayəndələri, siyasətçilər, elm xadimləri, siyasi partiyaların təmsilçiləri tolerant Azərbaycanın siyasi, iqtisadi inkişafı proseslərində, multikulturalizm sahəsində qazanılan uğurların təbliğində iştirak edirlər.
Ən mühüm məsələlərdən biri budur ki, türk diasporu ilə birgə fəaliyyət göstərən, hər iki xalqın milli, siyasi, iqtisadi maraqlarının təminatına yönələn səylər erməni lobbisinin qərəzli siyasətinin, məkrli niyyətinin əsl məqsədini dünya ictimaiyyətinə çatdırır. Bu cür əməkdaşlıq, həmçinin Azərbaycanın ədalətli, beynəlxalq hüquqa əsaslanan siyasətinin dünya miqyasında dəstəklənməsinə daha böyük töhfələr verib. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədə bu amilin də müəyyən rolu var. Bütövlükdə, təkcə Türk dünyasına deyil, beynəlxalq aləmdə baş verən proseslərə təsir imkanları artan Azərbaycan diasporunun güclənməsi, dost xalqlarla birgə fəaliyyəti dünyada mövqelərimizin möhkəmlənməsinə xidmət edir.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan xalqının milli bayramları, əlamətdar günlər, 20 Yanvar və Xocalı faciələri ilə əlaqədar dünyanın müxtəlif ölkələrində çoxsaylı insanların iştirakı ilə keçirilən aksiyalar göstərir ki, təşkilatlar arasında koordinasiya işlərini yerinə yetirən diasporumuz fəaliyyət göstərdikləri respublikalarda siyasi qüvvə kimi tanınırlar. Azərbaycan dövlətinin xarici ölkələrdə bir parçası, simvolu olan səfirlik, konsulluq və diplomatik nümayəndəlikləri ilə birgə çalışan diaspor təşkilatları ölkəmizin xarici siyasətinin dünyada dəstəklənməsində, təbliğində yaxından iştirak edirlər. Bir millət, iki dövlət olan Türkiyə-Azərbaycan diaspor təşkilatları gücləri birləşdirməklə, siyasi, iqtisadi məsələlərin müzakirəsində vahid mövqedən çıxış edirlər.
Ümumiyyətlə, müştərək tarixi, milli-mədəni kökləri eyni olan türkdilli xalqların mövqeyinin, birliyinin regional əməkdaşlıqdan da artıq səviyyədə, dünya birliyində vacib amilə çevrilməsi iqtisadi, siyasi əlaqələrin inkişafının göstəricisidir. İqtisadi sahədə eynilik təşkil edən maraqların siyasi müstəvidə də üst-üstə düşməsi hər iki dövlətin diplomatiyasında da özünü büruzə verir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar indiyədək aparılmış danışıqlarda, Vətən müharibəsinin gedişində Türkiyənin məsələ ilə bağlı münasibətinin dəyişilməzliyi, beynəlxalq təşkilatlarda da “bir millət, iki dövlət” prinsipinə sadiqlik göstərilməsi strateji önəm daşıyır. Ən vacib məqamlarrdan biri budur ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə alternativ görmədiyini qətiyyətlə bildirən, Azərbaycanın ədalətli mövqeyini müdafiə edən, problem həll olunmayınca Ermənistanla sərhədlərini açmayacağını bəyan edən rəsmi Ankara Vətən müharibəsinin gedişində ölkəmizə birmənalı olaraq qətiyyətli mənəvi və siyasi dəstək verdi. Bu dəstək Ermənistanın havadarlarına da ciddi mesaj oldu. Bu birlik, eyni zamanda, erməni lobbisinə, onların qərəzli bəyanatlarına cavab, azərbaycançılıq ideyasının təbliğinə xidmətdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, diasporumuzun güclənməsi o deməkdir ki, biz böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bir ümumxalq ideologiyamız var azərbaycançılıq məfkurəsi!”
Bunlarla yanaşı, mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində də dövlətimizin ardıcıl və qətiyyətli mövqeyi beynəlxalq aləmdə rəğbət hissi ilə qarşılanır. Bu sahədə də azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmiş diaspor təşkilatlarının koordinasiyalı fəaliyyətləri, birlik nümayiş etdirmələri ümumi mənafeyimizin güclənməsinə xidmət edir.
Nardar BAYRAMLI

 
  • Oxunub:  4920  |  
  • Tarix:  19-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

07 Mart 16:42
Müdafiə Nazirliyi Ağdam rayonunun Suma kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 16:35
Azərbaycanda sutka ərzində koronavirusa 403 nəfər yoluxub
07 Mart 14:27
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
07 Mart 14:17
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
07 Mart 13:17
YAP sözün əsl mənasında ümumxalq partiyasıdır
07 Mart 12:46
Sevinc Fətəliyeva: Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir
07 Mart 11:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 11:07
Ülviyyə Həmzəyeva: Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
07 Mart 11:01
Müzəffər Azərbaycan Ordusu tarix yazdı
07 Mart 10:55
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışın təmin olunmasına dair sənəd qəbul olunub
07 Mart 10:50
6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü milli həmrəylik müstəvisində qiymətləndirilməlidir
06 Mart 22:31
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar
06 Mart 22:21
Erməni vandalları Azərbaycanın təbiətinə ciddi ziyan vurub, ekoloji terror törədiblər
06 Mart 22:14
Diplomatik korpusun rəhbərləri Qubadlı rayonuna səfər ediblər
06 Mart 21:56
Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi
06 Mart 20:50
"Bu zəfər bütün türk dünyasının qələbəsidir"
06 Mart 18:58
YAP zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır
06 Mart 18:10
Deputat: Altı siyasi partiyanın YAP-a qoşulması milli və siyasi həmrəyliyin nümunəsidir
06 Mart 18:02
Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
06 Mart 17:57
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Azərbaycanda və regionda yaranmış yeni reallıqlarla bağlıdır
06 Mart 17:54
Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub
06 Mart 17:53
Mövlud Çavuşoğlu: Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunun canlandırılmasında aparıcı rol oynayır
06 Mart 16:38
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
06 Mart 16:35
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük önəm verir
06 Mart 16:30
YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür
06 Mart 16:21
Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib
06 Mart 16:19
Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir
06 Mart 16:17
Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb
06 Mart 16:15
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
06 Mart 16:09
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb
06 Mart 15:28
Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir

06 Mart 15:03
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

06 Mart 14:43
Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi”
06 Mart 13:55
Vətən müharibəsində Qələbə Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini təsdiqlədi
06 Mart 13:21
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Türkiyədə “Məhməd Akif və İstiqlal marşı ili” elan edib
06 Mart 12:53
Tacikistan portalı Ermənistanın üçtərəfli Bəyanata zidd əməlindən yazır
06 Mart 12:52
Britaniyanın “The Telegraph” saytı: Azərbaycanlılar Qarabağa qayıtmağı səbirsizliklə gözləyirlər
06 Mart 12:51
Qubadlı rayonu ərazisində DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
06 Mart 12:48
Azərbaycan islami dəyərlərin və türk dünyasının maraqlarının təmin olunduğu beynəlxalq məkandır
06 Mart 12:09
Liviyanin müvəqqəti işlər vəkili: Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur
06 Mart 12:08
Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaradərə kəndinin videogörüntülərini yayıb - VİDEO
06 Mart 11:38
Xarici diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad olunmuş Merdinli kəndində olublar
06 Mart 11:33
YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir
06 Mart 11:31
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
06 Mart 10:47
Sabah ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdlər üçün buraxılış imtahanı keçiriləcək
06 Mart 10:42
“Qardaşlığımızı dünyaya göstərdik”
06 Mart 10:38
“Pakistan Beynəlxalq Hava Yolları” Bakıya birbaşa aviareyslərə başlayır
06 Mart 10:37
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb
06 Mart 09:24
“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb
06 Mart 09:20
Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib
06 Mart 09:10
Azərbaycan tolerant və multikultural ölkədir
06 Mart 08:49
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib
05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA