Ana səhifə »  Xəbər lenti »  Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
A+   Yenilə  A-
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin və mədəniyyət müəssələrinin monitorinqlərinə başlanılıb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, indiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 312 tarix- mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilib.

Həmçinin aparılan monitorinqlər zamanı 571 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı, demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.

Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin ixtisaslaşmış müəssisələrinin son 30 ildə həyata keçirməli olduğu faktaraşdırıcı missiyalar təşkil edilmədiyinə görə inventarlaşdırma prosesi boşluğu doldurmalı olub. Hazırkı monitorinq Ermənistan Respublikasının 30 illik işğalı nəticəsində tarix-mədəniyyət abidələrinə qarşı törətdiyi qanunsuz hərəkətləri həmin ərazilərin hansı vəziyyətdə təhvil alındığını müəyyənləşdirməyə imkan verib.

Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılıb, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilib.

Burada Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır.

Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilib.

Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulduğu, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan vurulduğu müəyyən olunmuşdur. İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılmışdır.

Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənistan Respublikası xalqımıza məxsus məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. İşğal olunmuş ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələrə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir.

Dini ibadət yerlərinin dağıdılması və donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu abidələrin timsalında dünya və ölkəmizin mədəni irsinə münasibət beynəlxalq təşkilatlar, xarici dövlətlərin qınağına səbəb olmalıdır. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.

Təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Xocavənd rayonunda yerləşən Azıx mağarası, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunub. Eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində “bərpa” işləri adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olub, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia edib. Məqsəd isə iki qonşu və dost xalqı bir-birinə qarşı qoymaq idi.

Ermənistan tərəfinin vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərib. Belə ki, Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalıb. Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib.

Ermənistan Respublikası tərəfindən memarlıq və arxeoloji abidələrlə yanaşı bağ-park, monumental və xatirə abidələri də dağıdılıb. Belə ki, Qubadlı, Füzuli və Ağdam şəhərlərində vaxtilə yerləşmiş 1941-1945-ci il müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələri tamamilə məhv edilib. Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü, şairə Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi dağıdılıb.

Ermənistan tərəfinin mədəniyyət obyektlərinə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya”nın müddəalarını kobud şəkildə pozub.

Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına tam əminik.

 
  • Oxunub:  1890  |  
  • Tarix:  18-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

25 Fevral 22:34
Vaşinqtonun küçələrində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası başlayıb
25 Fevral 22:00
Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etməməsi xüsusi narahatlıq yaradır
25 Fevral 21:58
ATƏT Parlament Assambleyasının vitse-prezidenti Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb edib
25 Fevral 21:48
Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi
25 Fevral 21:36
Xarici jurnalistlər Xocalı soyqırımı dəhşətlərini şahidlərin dilindən dinləyiblər
25 Fevral 20:34
ABŞ-ın Minneapolis şəhərində üzərində “Xocalıya ədalət!” şüarı yazılan lövhə quraşdırılıb
25 Fevral 20:32
Almaniya portalında “Xocalı: Azərbaycanlılara qarşı erməni soyqırımı” adlı məqalə dərc olunub
25 Fevral 20:11
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib
25 Fevral 19:35
Azərbaycan ilə İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
25 Fevral 19:20
Dövlət İdarəçilik Akademiyasında onlayn təlim: Etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması
25 Fevral 19:02
Ədəbiyyat Muzeyində “Xocalının sağalmayan yarası” adlı elmi sessiya keçirilib
25 Fevral 19:02
Niderlandda “Azərbaycan yeni yaranmaqda olan Avrasiya biznes qovşağı kimi” mövzusunda vebinar keçirilib
25 Fevral 19:00
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə
25 Fevral 18:57
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
25 Fevral 18:51
Energetika Nazirliyində ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub
25 Fevral 18:48
COVID-19-dan sağalan uşaqların səhhətində problemlər qala bilərmi?
25 Fevral 18:13
Azərbaycan və Litva parlament dostluq qruplarının onlayn görüşü olub
25 Fevral 18:12
Konstitusiya Məhkəməsinin sədri onlayn formatda keçirilmiş beynəlxalq tədbirdə iştirak edib
25 Fevral 18:10
“Dostluq” yatağı üzrə hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması üçün İşçi Qrup yaradılıb – Sərəncam
25 Fevral 18:05
İstanbulda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan fotosərginin açılışı olub
25 Fevral 18:05
Dmitri Savelyev: Dağlıq Qarabağ Azərbaycana rəvan şəkildə inteqrasiya olunmalıdır
25 Fevral 17:44
Prezident İlham Əliyev: Biz bütün işlərə nəzarət edirik və ordumuzu bundan sonra da gücləndirəcəyik
25 Fevral 17:44
YAP Gəncə şəhər təşkilatında “Xocalı soyqırımını unutma! ”adlı tədbir keçirilib
25 Fevral 17:35
YAP Xətai rayon təşkilatının 2020-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
25 Fevral 17:33
YAP Ağdaş və Qəbələ rayon təşkilatlarının gəncləri “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda birgə tədbir keçiriblər
25 Fevral 17:32
Xarici jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsində olub
25 Fevral 17:26
Azərbaycanda koronavirusdan 142 nəfər sağalıb, 126 yeni yoluxma faktı qeydə alınıb
25 Fevral 17:25
Gürcüstanda şəhərlərarası sərnişindaşıma bərpa edilib
25 Fevral 17:23
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
25 Fevral 17:22
“ASAN xidmət”in fəaliyyəti BMT-nin qlobal nəşrində
25 Fevral 17:20
Prezident: Müharibədən sonra Azərbaycanda inkişaf gedir, Ermənistanda isə böhran hökm sürür, bir-birilərini didirlər
25 Fevral 17:16
Hikmət Babaoğlu: Media sahəsində aparılan islahatlar çoxşaxəli xarakter daşıyır
25 Fevral 17:11
Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində beynəlxalq konfrans keçirilib
25 Fevral 17:09
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
25 Fevral 17:06
Prezident: Bu, tarixi hadisədir, Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb
25 Fevral 17:05
Pakistanın Sərhəd İşləri Təşkilatı Azərbaycanın infrastruktur layihələrinin icrasında maraqlıdır
25 Fevral 17:04
“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsinə dair Anlaşma Memorandumu təsdiqlənib
25 Fevral 16:59
Prezident İlham Əliyev: Biz İkinci Qarabağ müharibəsində istədiyimizə az itkilərlə nail olduq
25 Fevral 16:58
Rumıniyada Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib
25 Fevral 16:53
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
25 Fevral 16:51
Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir
25 Fevral 16:47
Avropa Şurası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Ombudsman təsisatının həyata keçirdiyi layihələr müzakirə olunub
25 Fevral 16:17
Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib
25 Fevral 16:17
Səudiyyə Ərəbistanı və Azərbaycan arasında parlamentlərarası əlaqələrin perspektivləri müzakirə edilib
25 Fevral 16:09
DİA-da videokonfrans: Xocalı soyqırımı - ermənilərin beynəlxalq cinayətlərinin tərkib hissəsi kimi
25 Fevral 16:07
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
25 Fevral 16:03
Ermənistan ordusunda rüşvətxorluq halları baş alıb gedir
25 Fevral 16:01
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Macarıstan hökumətinə bəyanat ünvanlanıb
25 Fevral 16:00
Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
25 Fevral 15:57
Etna vulkanının püskürməsi kosmosdan qeydə alınıb
25 Fevral 15:29
İtaliya qəzeti: “Xocalı: Azərbaycan xalqının ürəyində açıq yara”
25 Fevral 15:28
Özbəkistanda Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
25 Fevral 15:25
Sergey Markov: Xocalı qırğını açıq-aydın siyasi məqsədlə törədilmişdi
25 Fevral 15:18
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
25 Fevral 15:12
Xocalıda baş verənlər nə üçün soyqırımıdır?
25 Fevral 15:08
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə ediblər
25 Fevral 14:51
Azərbaycanın xarici işlər naziri Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
25 Fevral 14:50
Beynəlxalq konfransda Xocalı soyqırımı yad edilib
25 Fevral 14:48
Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq
25 Fevral 14:45
Afrikanın 20-dən çox televiziya və radio kanalı “Azerspace-2” peykinin resurslarından istifadə edəcək
25 Fevral 14:44
Nikol Paşinyanın ölkədəki vəziyyətlə bağlı çıxışı gözlənilir
25 Fevral 14:40
Türkiyə parlamentində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi və sərgi keçirilib
25 Fevral 14:25
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Xocalı nişanəsi” adlı qısametrajlı film təqdim edilib
25 Fevral 14:17
İsveçrədəki soydaşlarımız cenevrəli deputatları sülhə səs verməyə çağırıblar
25 Fevral 14:10
Multikulturalizm Mərkəzi Kiyevdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirib
25 Fevral 13:42
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb
25 Fevral 13:38
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib
25 Fevral 13:34
Ermənistan hərbçiləri Paşinyanın istefasını tələb ediblər
25 Fevral 13:33
XİN: Lüksemburqun xarici işlər nazirinin Azərbaycanı ittiham etməsi onun bölgədəki vəziyyətdən xəbərsiz nümayiş etdirdiyi qərəzli mövqeyinin göstəricisidir
25 Fevral 13:29
ÜST-nin Azərbaycan nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA