“Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza səfərləri və bu səfərlər zamanı dövlət başçısının səsləndirdiyi fikirlər bizdə böyük qürur hissi yaradır”.
Bu ifadələr YAP Suraxanı rayon təşkilatının fəal üzvü, Suraxanı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Zülfiyyə Mustafayevaya məxsusdur.
Z.Mustafayevanın sözlərinə görə, Qarabağda başlanan yenidənqurma və bərpa işləri ilk növbədə gənclərdə böyük motivasiya və ruh yüksəkliyi yaratmaqdadır: “Peşəkar gənclərin, savadlı kadrların istər bərpa prosesində, istər bərpadan sonrakı inkişaf mərhələsində iştirakları regionda bütün sahələrdə aparılan işlərə mühüm töhfə olacaq. Onu da qeyd edim ki, Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyasının inşası, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilməsi və digər işlər, həmin ərazilərə köçməyi səbirsizliklə gözləyən vətəndaşlarımızın hədsiz sevincinə səbəb olur. Artıq icra olunan layihələrdən çox asanlıqla görmək olur ki, Qarabağ regionu tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoyacaq”.
“Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri təkcə ölkəmizin deyil, eyni zamanda, bölgənin inkişafına səbəb olacaq. Belə ki, bu günlərdə Prezident İlham Əliyevin təməlini qoyduğu, böyük strateji əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Ümumilikdə regionda Azərbaycanın apardığı siyasət bütün qonşu ölkələrin də maraqlarına cavab verdiyi üçün həyata keçirilən uzaqgörən siyasət regional səviyyədə dəstəklənir və müttəfiqlərimizin sayı gündən-günə artır. Bu isə Azərbaycanın yaxın gələcəkdə malik olacağı daha böyük gücdən və qüdrətdən xəbər verir”, - deyə Z.Mustafayeva bildirib.
- Oxunub: 3480 |
- Tarix: 18-02-2021 |
-
Çap et |