Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Millət vəkili Naqif Həmzəyevin gənclərlə növbəti görüşü keçirilib

Millət vəkili Naqif Həmzəyevin gənclərlə növbəti görüşü keçirilib

18.02.2021 [17:38]

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyevin gənclərlə növbəti görüşü keçirilib.

Onlayn formatda keçən görüşdə millət vəkili Naqif Həmzəyev son illər ərzində gənclərin ictimai fəallığının daha da artmasından, onların idarəetmədəki rolundan, dünya miqyasında, beynəlxalq qurumlarda yüksək səviyyədə təmsil olunmalarından danışıb. Millət vəkili qeyd edib ki, milli-mənəvi dəyərlərimizi, gözəl adət-ənənələrimizi qoruyub yaşadan Azərbaycanın igid, mərd gəncləri üçrəngli bayrağımızı Qarabağda, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda dalğalandırdılar. Müasir Azərbaycan gəncliyi qəhrəmanlıqları ilə dünyaya səs saldılar, yeni tarix yazdılar.

Ölkə Prezidentinin “Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir” sözlərinin gənclərimiz tərəfindən dəstəkləndiyini Naqif Həmzəyev xüsusi olaraq diqqətə çatdırıb.

Tədbirdə iştirak edən YAP Azərbaycan Texnologiya Universiteti ərazi ilk partiya təşkilatının sədri Piri Axundov gənclərə tövsiyələrini verib, Azərbaycan gəncliyinin bu gün ölkədə uğurla həyata keçirilən dövlət quruculuğu prosesində müşahidəçi deyil, bilavasitə iştirakçı olduğunu qeyd edib.

Çıxış edən gənclər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı zəfərlə qürur duyduqlarını qeyd edib, ölkə Prezidentinin bütün sahələrdə yürütdüyünüz məqsədyönlü və müdrik siyasətini ürəkdən dəstəklədiklərini qeyd ediblər.

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31