Çox vaxt insanlarda kəskin və ya stresslə bağlı yuxusuzluq müşahidə olunur. “MedikForum”da məlumat verilib ki, yuxusuzluq xəstəlik deyil, sindromdur. Əsas xəstəliyi müalicə edən kimi, yuxusuzluq da aradan qalxır.
Yuxunun uzun müddətə pozulması ciddi fəsadlara gətirib çıxarır. Belə ki, immunitet zəifləyir, ürək-damar xəstəlikləri, diabet və onkoloji xəstəliklər riski artır.
Mütəxəssislər yuxusuzluğa qalib gəlmək üçün bir neçə məsləhət veriblər.
Əgər yuxusuzluq problemi iki-üç həftə davam edirsə, həkimə müraciət etmək lazımdır. Yatmağa getməzdən 6 saat əvvəl idmanla məşğul olmaq çox faydalıdır. Müntəzəm fiziki fəallıq yuxunun keyfiyyətini yaxşılaşdırır. Bunu elmi tədqiqatlar da təsdiq edir.
Həmçinin yuxusuzluğa qalib gəlmək üçün eyni vaxtda yuxuya getmək və yuxudan oyanmaq lazımdır.
Bundan əlavə, axşam saatlarında qəhvə, çay və spirtli içki içmək məsləhət görülmür, çünki onlar orqanizmə stumullaşdırıcı təsir göstərir. İşıqlandırma zəif, səslər isə boğuq olmalıdır.
Çox vaxt xalq təbabəti vasitələri, məsələn, bal qatılmış isti süd, çobanyastığı çayı və digər sedativ bitki komponentlərinin çayları da tövsiyə olunur.
- Oxunub: 2670 |
- Tarix: 18-02-2021 |
-
Çap et |