Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Əliağalı kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Əliağalı kəndi 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.
- Oxunub: 2010 |
- Tarix: 18-02-2021 |
-
Çap et |