Hazırda temperatur fevral ayının iqlim normasından 2 dərəcəyə kimi aşağıdır.
Bunu Trend-ə ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, fevralın 17-dən müşahidə edilən proses nəticəsində ən aşağı temperatur ölkənin dağlıq və dağətəyi rayonlarında qeydə alınıb: "Böyük Qafqazın Şahdağ, Qrız ərazilərində və Kicik Qafqazın dağlıq ərazilərində havanın temperaturu mənfi 14 dərəcəyə kimi aşağı enib. Respublikanın Aran rayonlarında isə havanın temperaturu mənfi 1 dərəcədən müsbət 3 dərəcəyə kimi dəyişib".
- Oxunub: 1860 |
- Tarix: 18-02-2021 |
-
Çap et |