Türkiyədə səfərdə olan Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bu ölkənin İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumunun ofisində olub.
AZƏRTAC xəbər verir ki, bu barədə R.Nəbiyev özünün sosial şəbəkə hesabında paylaşım edib.
“İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumunun ofisini ziyarət faydalı oldu. Türkiyənin telekommunikasiya və poçt xidmətləri, tənzimləmə qaydaları və təcrübəsi ilə tanışlıq önəmli idi. Nazir müavini Ömer Fatih Sayan, həmçinin qurumun fəaliyyəti barədə danışdı”, - deyə nazir qeyd edib.
- Oxunub: 1770 |
- Tarix: 18-02-2021 |
-
Çap et |