Ana səhifə »  Xəbər lenti »  Prezidentin təşəbbüsünün icrasında YAP yenə də ön sıradadır
A+   Yenilə  A-
Prezidentin təşəbbüsünün icrasında YAP yenə də ön sıradadır

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunun nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına hərtərəfli qayğı dünyada nümunə kimi göstərilir. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın  ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən ardıcıl olaraq fərman və sərəncamlar imzalanıb. Hazırkı dövrə kimi dövlət şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan digər şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Prezidentin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Ümumiyyətlə, ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlər həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir. Bu istiqamətdə  bir çox sosial proqramlar da həyata keçirilir. Eyni zamanda şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr də edilir. Şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqını ödəməkdən azad olunublar. Aktiv məşğulluq proqramlarının icrasında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, eləcə də onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilir. Şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra hallarda güzəştlər də nəzərdə tutulub. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da şəhid ailələri və Qarabağ qaziləri ilə bağlı mühüm sosial layihələr həyata keçirir. Fond daim şəhid ailələrinin sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır, onların sosial müdafiəsinin gücləndirilməsinə öz töhfəsini verir.

Heydər Əliyev Fondu tərəfindən Qarabağ qazilərinin müalicəsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə qazilərimizin yüksək səviyyədə müalicəsinin aparılması, zərurət yarandıqda Türkiyəyə müalicəyə göndərilməsi təmin edilir və nəzarətdə saxlanılır. Fondun bu cür nəcib əməlləri cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır.

Dövlətin şəhid ailələrinə və qazilərimizə qayğısının daha bir nümunəsi isə “YAŞAT” Fondunun yaradılması oldu. Prezident İlham Əliyevin  fərmanı ilə fondun yaradılması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirdi. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad edilən ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirakı zamanı əlilliyi müəyyən olunmuş dövlət qurumlarının üzvlərinə və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardımlar göstərir.

Bütövlükdə, fondun yaradılması  Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.

Prezidentin müvafiq tapşırığına əsasən, şəhid ailələrinin və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbə də yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll edilməsinə xidmət edir.

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da hər zaman şəhid ailələrinin və qazilərinin sosial problemlərinin həllinə həssaslıqla yanaşır. Bu istiqamətdə YAP müxtəlif layihələri həyata keçirməkdədir. Vətən müharibəsi başlanan vaxtdan isə partiya tərəfindən “Şəhid ailələrinə qayğı” aksiyasına start verilib. Aksiya hazırda da davam etməkdədir.

“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP-ın İcra Katibliyi və onun rayon (şəhər) təşkilatlarının nümayəndələri mütəmadi şəkildə şəhid ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır və maddi dəstək göstərirlər. Layihə çərçivəsində bu günə qədər 1000-dən artıq şəhid ailəsi ziyarət olunub.

Şəhidlər bizim müqəddəs and yerimiz, qürur mənbəyimizdir. Onlar heç vaxt unudulmayacaq, həmişə minnətdarlıq duyğuları ilə yada salınacaq, xatirələrinə dərin ehtiram bəsləniləcək. 

Şəhidlərimizin ruhu həm də ona görə rahatdır ki, əmanət qoyub getdikləri doğmalarının - valideynlərinin, övladlarının yanında qüdrətli Azərbaycan dövləti var. Şəhidlərin xatirəsi bizə nə qədər əzizdirsə, onların doğmalarının, ailələrinin sosial rifahı, mənzil-məişət şəraiti də bir o qədər dövlətimiz üçün önəmlidir və daim diqqət mərkəzində saxlanılır. Bu sahədə ən gözəl nümunəni isə Azərbaycan Prezidenti ortaya qoyub. Prezident xoşməramlı, humanist missiyası ilə hər kəsə şəhid ailələrinə, qazilərimizə münasibətin necə yüksək olmasını göstərir. Azərbaycan vətəndaşı, xüsusilə də ən həssas təbəqə olan şəhid ailələri, müharibə əlilləri bir daha şahidi olurlar ki, dövlət də, ölkənin lideri də hər zaman onların yanındadır, daim onlara sahib çıxıb və bundan sonra da belə olacaq.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  18-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

02 Mart 17:03
Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib
02 Mart 16:51
Hesablama Palatasının Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir
02 Mart 16:42
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
02 Mart 16:16
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
02 Mart 16:10
Mərkəzi Bank: Pul bazası artıb
02 Mart 16:06
Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır
02 Mart 16:04
BDU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
02 Mart 16:00
Nazir: Yanvar-fevral aylarında vergi daxilolmaları 118,7 faiz icra olunub
02 Mart 15:58
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir
02 Mart 15:52
Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu
02 Mart 15:49
Abbas Müsəvi: Azərbaycan ilə əlaqələrin inkişafı İran üçün prioritet siyasi xətt təşkil edir
02 Mart 15:07
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub
02 Mart 15:02
Qaxda səyyar “ASAN xidmət”ə bir gündə 130-dək müraciət qeydə alınıb
02 Mart 14:52
Azərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb
02 Mart 14:51
Təmraz Tağıyev: Azərbaycanda şəhid ailələrinə və Qarabağ qazilərinə yüksək dövlət qayğısı mövcuddur
02 Mart 14:43
Naxçıvan nümayəndəliyinin rəhbəri "Huawei Technologies Azərbaycan" MMC-nin baş direktoru ilə görüşüb
02 Mart 14:40
Ankarada dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunan mərasim keçirilib
02 Mart 14:38
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
02 Mart 14:36
Prezident İlham Əliyevin mətbuat konfransından alınacaq dərslər
02 Mart 14:27
Strasburqun Kleber meydanında Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
02 Mart 14:17
Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
02 Mart 14:13
Azərbaycan və Türkiyə hər zaman, ən çətin anlarda belə qardaşlıq nümunəsi ortaya qoyublar
02 Mart 14:08
Ötən gün ölkəmizdə 22 mindən çox vətəndaş koronavirus əleyhinə peyvənd olunub
02 Mart 13:52
Xəzər dənizində zəlzələ olub
02 Mart 13:24
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində mülki müdafiə tədbirləri müzakirə olunub
02 Mart 13:20
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə əlaqədar səssiz aksiya keçirilib
02 Mart 13:12
Futbol üzrə Azərbaycan millisi Türkiyə seçməsi ilə yoldaşlıq görüşü keçirəcək
02 Mart 13:10
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
02 Mart 13:09
ÜST: Son yeddi həftə ərzində COVID-19-a yoluxmaların sayı ilk dəfə olaraq yenidən artıb
02 Mart 12:59
Azərbaycanın mədəniyyət naziri Türkiyənin xarici işlər naziri ilə görüşüb
02 Mart 12:56
Prezident İlham Əliyevin mətbuat konfransını İspaniyanın “La Vanguardia” qəzeti də işıqlandırıb
02 Mart 12:50
Xorvatiya portalında ermənilərin Qarabağda törətdikləri vandallıq aktları ilə bağlı məqalə dərc olunub
02 Mart 12:41
Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək
02 Mart 12:39
Azərbaycanla Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
02 Mart 12:36
Bu il Formula 1 Azərbaycan Qran-Prisi tamaşaçılar buraxılmayacaq
02 Mart 12:18
Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək
02 Mart 12:12
Vüqar Rəhimzadə: Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir
02 Mart 12:11
Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndinin videogörüntülərini yayıb - VİDEO
02 Mart 12:10
Təhsil Nazirliyi: Fevralda Vətən müharibəsi iştirakçılarının ailə üzvlərindən 87 nəfər işə qəbul olunub
02 Mart 12:09
Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı tikilir
02 Mart 12:06
Türkiyədə ənənəvi təhsil bu gündən bərpa olunur
02 Mart 12:04
Fransa portalında Azərbaycan multikulturalizmindən bəhs olunub
02 Mart 09:45
Qalib Azərbaycan dövləti öz şərtlərini diktə etmək iqtidarındadır
02 Mart 09:42
Hikmət Babaoğlu: Dünyanın heç bir lideri medianın gücündən Azərbaycan Prezidenti kimi istifadə edə bilməyib
02 Mart 09:39
Revanşistlərlə radikalların sinxron hərəkəti
02 Mart 09:35
YAP Lənkəran rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
02 Mart 09:34
David İbramxəlilov: Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizin sosial-iqtisadi inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldəcək
02 Mart 09:33
YAP Şəmkir rayon təşkilatının fəalları qazilərlə görüşlərini davam etdirir
02 Mart 09:31
Hafis Bəşirov: Milli Prioritetlər vacib hədəfləri və əsas strateji məqsədləri ehtiva edir
02 Mart 09:29
YAP Salyan rayon təşkilatının hesabat yığıncağı keçirilib
02 Mart 09:28
Turani Əliyev: Milli Prioritetlər ölkənin əsas inkişaf perspektivlərini müəyyənləşdirir
02 Mart 09:27
Əlisahib Hüseynov: Şəhid ailələrinə və qazilərə daim həssaslıqla yanaşılır, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılır
02 Mart 09:27
Əsli Kazımova: Dövlətimiz qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq
02 Mart 09:26
Sübut Əsədov: Böyük Qayıdışın həyata keçirilməsi üçün bütün işlər Azərbaycanın öz daxili resursları hesabına görüləcək
02 Mart 09:24
Qabil Hüseynli: Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və Azərbaycan öz ərazi bütövlüyünü təmin edib
02 Mart 09:23
Əli Kərimli sosial şəbəkələrdə ermənipərəst dairələrin təbliğatçısı kimi...
02 Mart 09:11
Ermənistanda siyasi böhranın yeni dalğası müşahidə olunur
02 Mart 09:08
Azərbaycan dilində böyük qazax şairi Abayın “Şeirlər, poemalar, Qara sözlər” kitabı nəşr olunub
02 Mart 09:07
“Peyvəndləmə tədbiri nəticəsində həyat normal məcraya dönəcək”
02 Mart 09:05
Azərbaycançılıq ideologiyasının təbliği milli ədəbiyyatımızın aktual mövzularındandır
01 Mart 21:32
BMT və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb
01 Mart 21:26
Prezident İlham Əliyev dünya siyasi elitasının nüfuzlu nümayəndələrindən biri olduğunu bir daha sübut etdi
01 Mart 21:25
Mühsin Rezayi: Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar aparıb öz torpaqlarını geri qaytardı
01 Mart 21:21
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib
01 Mart 21:18
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
01 Mart 20:55
Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır
01 Mart 20:52
Azərbaycan Prezidenti mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi
01 Mart 20:44
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından mühüm önəm kəsb edir
01 Mart 19:26
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
01 Mart 19:25
Şəhid ailələri və müharibə əlilləri ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+3 +5